BAXCP rəsmi Bakını həmsədrlərin vasitəçiliyindən imtina etməyə çağırıb
Siyaset
Oxunub: 1 062
23 yan 2016 | 15:23
ATƏT-in Minsk qrupu həmsədrlərinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) müzakirəyə çıxarılacaq "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarla bağlı qəbul etdikləri bəyanat Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) kəskin etirazına səbəb olub.
BAXCP rəsmi Bakını həmsədrlərin vasitəçiliyindən imtina etməyə çağırıb
“Onların vasutəçilik missiyası ilə barışmaq kapitulyasiya aktına doğru addım-addım irəliləmək anlamına gəlir”

Partiyadan APA-ya daxil olan məlumatda qeyd edilib ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmış münaqişənin həll olunmamasının və status-kvonun qorunub saxlanılmasının əsas səbəbkarlarının ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olduğunu bildirib.
BAXCP sədri deyib ki, bu bəyanat Minsk qrupu həmsədrlərinin bü günə kimi göstərdikləri fəaliyyətin mahiyyətini və onların münaqişənin həlli ilə bağlı əsl mövqelərini bur daha nümayiş etdirir: “Bu bəyanatla ATƏT-in Minsk qrupu həmsədrləri benəlxalq hüquqa tüpürməklə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ermənipərəst mövqelərini bir daha ortaya qoydular və bundan sonra onların vasitəçilik missiyalarını davam etdirməyə mənəvi və hüquqi haqları qalmır”.
BAXCP sədri hesab edir ki, Azərbaycan müti seyrçi mövqeyi tutmamalı, ATƏT-in və bu qurum tərəfindən formalaşdırılan Minsk qrupunun fövqəladə toplantısının çağırılmasına nail olmalı, Rusiya, ABŞ və Fransa üçlüyünün vasitəçilik missiyasından imtina etməlidir: “ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç dövlətin ermənipərəst siyasət yürütməsi onların nə zamansa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olacaqlarına və bu istiqamətdə fəaliyyət göstərəcəklərinə ümid yaratmır. Həmsədr dövlətlərdən biri - Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, digər həmsədr dövlətlərin - ABŞ və Fransanın siyasi elitası isə erməni diasporunun təsiri və nəzarəti altındadırlar. Belə olduğu təqdirdə, onların vasitəçilik missiyası ilə barışmaq kapitulyasiya aktına doğru addım-addım irəliləmək anlamına gəlir”.
Q. Həsənquliyev AŞPA-dakı nümayəndə heyətinin məhz bu kontekstdən çıxış edərək, Minsk qrupu həmsədrlərinin fəaliyyətinə diqqət çəkmələrinin vacibliyini də vurğulayıb: “Azərbaycan nümayəndə heyətinin üzvləri AŞ PA-nın sessiyasında münaqişənin tənzimlənməməsində və mövcud status-kvonun qorunub saxlanılmasında məhz Minsk qrupu həmsədrlərinin maraqlı olduqlarını qurum üzvlərinin diqqətinə çatdırmalıdırlar. Qeyd edilməlidir ki, problemin bu günə qədər həll olunmaması və bunun nəticısi kimi torpaqlarımızın 20 %-nin işğal altinda qalması, bir milyondan çox insanin 25 ildən artıq bir zamanda acı qaçqın həyatı yaşamasının əsas günahkarları işğalçı Ermınistanla yanaşı təzyiq və şantaj yolu ilə prosesi öz nəzarətlərində saxlamağa çalışan Rusiya, ABŞ və Fransadır”.
BAXCP sədri Azərbaycan hökumətini Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasından imtina edilməsi ilə bağlı təxirəsalınmaz addımlar atmağa və torpaqlarımızı azad etməyə çağırıb.
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı