Avropa Şurasında Azərbaycanla bağlı görünməmiş saxtakarlıq...
Siyaset
Oxunub: 934
26 yan 2016 | 16:41
Avropa Şurasında Azərbaycanla bağlı görünməmiş saxtakarlıq...










Strasburqdan gələn xəbər:

Avropa Şurasının rəhbərliyi Minsk qrupu ilə gizli şəkildə sövdələşərək, bu qətnamənin qəbulunu əngəlləyib; din xadimləri deputatları şantaj edib Fazil Mustafa: “Azərbaycan nümayəndə heyətindən çıxışa yazılmış 6 nəfərdən yalnız Rəfail Hüseynova söz verdilər” “Avropa Şurasında görünməmiş saxtakarlıq baş verdi. Robert Volterin məruzəsi Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə vəziyyətin gərginləşməsi ilə bağlı məruzəsi müzakirəyə çıxarıldı və Avropa Şurasının rəhbərliyi Minsk qrupu ilə gizli şəkildə sövdələşərək, bu qətnamənin qəbulunu əngəllədilər”. Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa bu fikirləri musavat.com-un əməkdaşının AŞPA-dakı 26 noyabr müzakirələri ilə bağlı suallarını cavablandırarkən bildirdi. Məlum olduğu kimi, sessiyanın gündəliyində Azərbaycanla bağlı iki qətnamə layihəsi (Britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” və Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olan parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı layihələr) olsa da, onlardan birincisi və ölkəmiz üçün daha mühüm olanı qəbul edilməyib. Deputat sessiyanın gedişində müşahidə etdiyi anlaşılmazlıqlardan və saxtakarlıqlardan da bəhs etdi: “Demək, iclası AŞPA-nın prezidenti Aqramunt aparırdı. Səsvərmə yaxınlaşanda qəfildən Aqramuntu çağırdılar və yerinə vitse-prezident keçdi. Səsvermənin gedişində hələ nəticəni görməmiş bildirdi ki, 24 nəfər səsvemədə iştirak etmədiyinə görə səsvermə uzadılır. Nəticədə Robert Volterin məruzəsi 66 lehinə, 70 əleyhinə olmaqla, rədd edildi”. Fazil Mustafa azərbaycanlı deputatlara çıxış imkanı yaradılmamasını da xüsusi qeyd etdi: “Azərbaycan nümayəndə heyətindən çıxışa yazılmış 6 nəfərdən yalnız Rəfail Hüseynova söz verdilər. Aldığımız dəqiq məlumata görə, Polşa və başqa ölkələrdə hətta din xadimləri deputatları çağırıb, xristian ermənilərə dəstək verməyənlərin ifşa olunacaqlarını bildiriblər. Robert Volterin məruzəsi siyasi xarakterli olduğuna və işğalı birmənalı vurğuladığına görə Avropa dövlətləri ciddi lobbiçilik göstərərək, qətnamənin qəbul olunmasının qarşısını aldılar”. Deputatın sözlərinə görə, sessiyada qəbul edilən Sərsəng su anbarı ilə bağlı Markoviçin məruzəsində də işğalla bağlı müddəalar yer alırdı: “Ancaq mahiyyətcə ekoloji xarakterli sənəd idi. Ona görə də balansı saxlamaq üçün ikinci sənədə birinci qədər sərt əngəl yaratmadılar. Markoviçin hazırladığı qətnamə 98 lehinə, 71 əleyhinə olmaqla, səs çoxluğu ilə qəbul edildi. Hər halda ermənilərin işğalçılığını təsdiqləyən belə bir sənədin qəbul olunması da bu şərtlərdə müsbət addım sayıla bilər. AŞPA-nın bu sessiyasında müsbət hadisələrdən biri də hörmətli xanım millət vəkilimiz Sahibə Qafarovanın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri seçilməsi oldu”. F.Mustafa qeyd etdi ki, AŞPA tarixində ilk dəfədir ki, Azərbaycan nümayəndə heyətinin üzvü komitəyə sədr seçilir. E.PAŞASOY, Musavat.com
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"