Ölkə məhkəmələrindəki rəzalətdən prezidentə ilginc şikayət...
Siyaset
Oxunub: 980
15 fev 2016 | 00:55
Ölkə məhkəmələrindəki rəzalətdən prezidentə ilginc şikayət...











Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

AR CM-nin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs Ağayev Sahib Qüdrət oğlu tərəfindən

MÜRACİƏT

Möhtərəm Prezident!


Əvvəlki məhkəmə proseslərində mən Sizə dəfələrlə ictimai formada müraciət etmişəm və bunun nəticəsində müəyyən qədər obyektivlik göstərilərək, məhkəmələrdə işim qismən də olsa obyektiv formada araşdırılmışdır. Lakin çox maraqlı hal ondan ibarətdir ki, hər hansı bir qurumun qüsurunu ortaya çıxarmamaq üçün məqsədli şəkildə bir nəfər şəxsin həyatını ləkələyən məmurlarımız da vardır.
Əvvəlki yazdığım müraciətlərdəki məlumatları təkrarən qeyd etməyi lüzum bilmədim.
Sizin dəfələrlə məmurlara ictimai formada vətəndaşlara qarşı qanunsuzluq, haqsızlıq etməmələrini tapşırmağınıza baxmayaraq, hələ də bəzi məmurlar öz hikkələrindən əl çəkməyərək, vətəndaşları incitməkdə, həyatlarını məhv etməkdə davam edirlər.
Mənim Sizə müraciət etməkdə əsas məqsədim ondan ibarətdir ki, qanunlara riayət etməyən və qanunlardan öz mənafeləri üçün istifadə edən məmurlar ən azından bu müraciətimi görərək işlərinə məsuliyyətlə yanaşsınlar. Lakin, təəssüf ki, bəzi məmurlar qanunlara riayət etsələr də, bəziləri isə ümummilli liderimizin "Hər kəs qanun qarşısında eyni məsuliyyəti daşıyır və statusuna görə heç kimə üstünlük verilə bilməz!” və Sizin dəyərli kəlmələrinizə əhəmiyyət vermədən statuslu şəxslərdən "tapşırıq” alaraq onların xeyirlərinə qərar verirlər.

Cənab Prezident!

Təsəvvür edin ki, mən 6 məhkəmə prosesindən keçmişəm və 7-ciyə doğru gedirəm:

1.Bakı Ağır Cinayətlər məhkəməsi AZ CM-nin 178.3.2 və 313-cü maddələri ilə məni təqsirli bilərək 8 il azadlıqdan məhrum edilmə barədə hökm verdi (hakim Rauf Əliyev).
2.Bakı Apellyasiya Məhkəməsi bu hökmü dəyişdirmədən qüvvəsində saxladı (hakim Həsən Əhmədov).
3.Azərbaycan Respublikasının Ali Məhkəməsi bəraətverici əsaslarla işi yeni apellyasiya baxışına qaytardı (hakim İlham Cəfərov).
4.Bakı Apellyasiya Məhkəməsi tam əsaslarla bəraət hökmü verdi (hakim Faiq Qasımov).
5.Azərbaycan Respublikasının Ali Məhkəməsi ağır ittihamlarla işi yeni apellyasiya baxışına təyin etdi (Fərhad Kərimov).
6.Bakı Apellyasiya Məhkəməsi 1 nəfər şəxsi əsas tutaraq əməlimi AR CM-nin 178.2.4-cü maddəsinə tövsif edərək cərimə cəzası tətbiq etdi (hakim Qədim Babayev).
7.18 fevral 2016-cı ildə yenidən Ali Məhkəmə təyin olunmuşdur (hakim İnqilab Nəsirov).


Gördüyünüz kimi, mən sanki "voleybol topu”yam, bu hissədən o hissəyə, o hissədən bu hissəyə...
Çox güman edirəm ki, yenidən oyun hazırlayıblar ki, işi yenidən ləğv edib yeni apellyasiya baxışına təyin etsinlər. Prokurorluğun bəzi əməkdaşları dayanmır, çünki dayandıqları təqdirdə qanunsuzluq edən müstəntiqin başı ciddi şəkildə ağrıyacaqdır. Əlbəttə ki, dövlət ittihamçılarına sadə bir Azərbaycan vətəndaşını taleyi maraqlı olmalıdır, yoxsa statusuna görə hörmət qazanmaq naminə hər hansı bankın rəhbərliyinin sifarişini böyük məmnuniyyətlə icra edən müstəntiq? Təbii ki, müstəntiq. Vətəndaşın taleyi necə olursa olsun, əsas odur ki, qanunsuz əməllər ört-basdır olunsun.
Hətta bu məhkəmələrdən o qədər bezmişəm ki, inşallah, nə vaxtsa məhkəmələr bitərsə, mən Ginnesin Rekordlar kitabına müraciət edərək, adımı o siyahıya saldırmaq niyyətindəyəm. Hər halda məhkəmələrim dünya üzrə rekord həddə çatmaq ərəfəsindədir.

Cənab Prezident!

Hər kəsə aydın şəkildə məlumdur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi birbaşa Sizin imzanızdan sonra qüvvəyə minir. Yəni ki, bu kitablardakı hər bir cümlə Sizin tərəfinizdən yoxlanılır və qəbul edilir. Lakin bəzi məmurlar və hakimlər Sizin dəyərli imzanıza hörmət etməyərək, əhəmiyyət vermədən bəzi qanunları tətbiq etmir və ya da ki, öz istədikləri formada tətbiq edirlər.
AR CM-nin 14.2-ci maddəsində qeyd olunur ki: "Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir”. Yəni, bu maddənin açıq aydın izahı ondan ibarətdir ki, əgər hər hansı bir əməldə formal olaraq cinayət əlaməti vardırsa, lakin bu əməl ictimai təhlükə yaratmırsa, cinayət hesab edilmir. Mənim əməlimdə 3 nəfər öz doğmalarımın adına kredit rəsmiləşdirib, kredit şəklində pulu özüm götürmüşdüm və bu pulları da şikayət olunmamışdan çox əvvəl öz istəyim və məsuliyyətimlə artıqlamasıyla ödəmişəm. Burada hansı cinayətdən söhbət gedə bilər? Lakin bəzi hakimlər "Unibank” KB ASC-nin tam məğlubiyyətini ört basdır etmək naminə AR CM-nin 14.2-ci maddəsini tətbiq etmir və bununla da mənə ləkə vurmaqla yanaşı, Sizin imzaladığınız qanunlara da riayət etmirlər.
Ümumiyyətlə, AR CM-nin 14.2-ci maddəsinin hər hansı bir şəxsə tətbiq edilməsi də praktikada ya yoxdur, ya da nadir hallardadır.
Eyni zamanda, məhkəmə baxışlarında da dəfələrlə aparılmış araşdırmalardan aydın göründü ki, mənim işim mülki məsələdir. Şahid və zərərçəkmiş qismində tanınmış şəxslərin də ifadələri bunu sübut etdi.

Cənab Prezident!

Ailəmiz çox ağır durumdadır. Hətta vəziyyət o hala gəlib çıxmışdır ki, yaşadığımız evin kirayə haqqını belə ödəyə bilmirik. Üzərimdə olan bu məhkəmə prosesləri, tarixçəmin ləkələnməsi işləməyimə böyük əngəllər yaradır. Vəziyyətimiz çox ağırdır.
18 fevral 2016-ci il tarixdə hakim İnqilab Nəsirovun sədrliyi ilə Ali Məhkəmə baxışı təyin edilmişdir. Sizdən çox xahiş edirəm, bu məhkəmə prosesində haqq-ədalətin bərqərar olunmasında, işimə qanunla baxılmasında və sübutlarıma düzgün hüquqi qiymət verilməsində mənə köməklik göstərəsiniz.
Mənim, bir Azərbaycan vətəndaşı olaraq, heç bir məmurlara inamım qalmamışdır. Mən bir tək Sizə və Sizin zəhminizə inanıram.

İmza: Ağayev Sahib Qüdrət oğlu
Tarix: 14.02.2016
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR