DataLife Engine / "Böyük nəticələrə nail olacağıq" - Prezident

"Böyük nəticələrə nail olacağıq" - Prezident

"Böyük nəticələrə nail olacağıq" - Prezident








Azərbaycanın uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün konkret addımlar atılır

Azerinfo.az AzərTac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri bu gün keçirilən bayram şənliyində bildirib.

“Əminəm, ilin sonuna qədər davam edən əsas islahatlar, yəni, qəbul ediləcək qərarlar ondan sonra elə şərait yaradacaq ki, Azərbaycan iqtisadiyyatı neft amilindən asılılığını azaldacaq və tam aradan götürəcək”, - deyə dövlətimizin başçısı dayanıqlı inkişafın əsas hədəf olduğunu vurğulayıb.

Prezident deyib: “Biz ancaq öz resurslarımıza əsaslanırıq. Biz öz hesabımıza yaşamışıq, yaşayacağıq. İndi bizim nə qədər imkanımız varsa, iqtisadi inkişafı o qədər də təmin edəcəyik... Mötəbər beynəlxalq qurumlar, xüsusilə Beynəlxalq Valyuta Fondu bizim siyasətimizi, iqtisadi islahatlarımızı dəstəkləyir və bu siyasətimizə çox yüksək qiymət verir”.

İslahatların dərinləşəcəyini, bütün sahələrdə şəffaflığın tam təmin ediləcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq”.
20-03-2016, 00:52
Geri dön