DataLife Engine / Bu şəxslər vətəndaşlıqdan çıxarılacaq - QAYDALAR

Bu şəxslər vətəndaşlıqdan çıxarılacaq - QAYDALAR

Bu şəxslər vətəndaşlıqdan çıxarılacaq - QAYDALAR












Dövlət başçısı qanunu təsdiqləyib

Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi qaydası qüvvəyə minib.

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı şəxsin Azərbaycan vətəndaşlığını itirməsi ilə əlaqədar məhkəməyə müraciət edir.

Ərizədə vətəndaşlığın itirilməsinə əsas olan hallar göstərilməli və ərizəyə müvafiq icra hakimiyyəti orqanının əsaslandırılmış rəyi və bununla əlaqədar toplanmış sənədlər əlavə edilməlidir. Ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 10 gün müddətində baxılır.

Ərizəyə baxılmasında vətəndaşlığın itirilməsi halları ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir. İşə mahiyyəti üzrə baxan hakim “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla, ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində məhdudiyyətlər əksini tapıb.

Başqa sözlə, Azərbaycan vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycanda hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlıqdan çıxmaq haqqında vəsatəti rədd edilə bilər.

Eyni zamanda Azərbaycan vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan vətəndaşlığından çıxması Azərbaycan dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmir.
25-06-2016, 10:33
Geri dön