DataLife Engine / "1-ci qrup əlillərin müavinətləri artırılsın"- Qənirə Paşayeva

"1-ci qrup əlillərin müavinətləri artırılsın"- Qənirə Paşayeva

"1-ci qrup əlillərin müavinətləri artırılsın"- Qənirə Paşayeva










Millət vəkili Q. Paşayeva MM-də hökuməti 1-ci qrup əlillərə, fiziki imkanları məhdud uşaqlara və yaşa görə müavinətləri artırmağa çağırıb.

Bu gün Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə keçirilən gələn ilin büdcə müzakirələri zamanı, "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Q. Paşayeva 1-ci qrup əlillərin üzləşdiyi problemlər, çətinliklər barədə danışaraq hökuməti 1-ci qrup əlillərə verilən müavinətlərin və təqaüdün yaşayış minimumundan çox olması üçün artırmağa çağırıb."Məlum olduğu kimi, 1-ci qrup uşaqlıqdan əlillərə, eləcə də 1-ci qrup əmək stajı olmayan ümumi səbəbdən əlillərə verilən müavinətin məbləği yaşayış minimumundan çox aşağıdır və cənab Prezidentin onlara təqaüd verilməsi barədə qərarından sonra 1-ci qrup əlillərin aldığı ümumi məbləğ ölkə üzrə yaşayış minimumuna bərabər olmuşdu.

Amma devalvasiya, qazın, işığın və bir sıra məhsulların qiymətinin artması fonunda əlillərin aldığı vəsait onların ehtiyaclarını qarşılaya bilmir. Üstəlik 2017-ci ildə ölkə üzrə yaşayış minimumu 140 manatdan 155 manata qaldırılır və demək 1-ci qrup əlillərin aldığı müavinət və təqaüd birlikdə yenə ölkə üzrə yaşayış minimumundan aşağı olacaq. Ona görə də yaxşı olardı ki, 1-ci qrup əlillərə verilən müavinət və təqaüd birlikdə ən azı ölkə üzrə yaşayış minimumu səviyyəsindən yuxarıya qaldırılsın. Və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova da sualım elə budur ki, 2017-ci ildə bu məsələ nəzərdə tutulurmu? Çünki 1-ci qrup əlillər ağır xəstəliklərdən əziyyət çəkən insanlardır, iş imkanları yoxdur. Bütün bunları nəzərə alaraq 1-ci qrup əlillərə verilən müavinətlərin artırılmasına ciddi ehtiyac var. 1-ci qrup əlillərin vəziyyəti doğurdan da çətindir və hökumətdən xahiş edirik ki, onların müavinətlərinin artırılması məsələsinə baxsınlar və həllinə kömək etsinlər”.

Millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud on cəkkiz yaşına çatmayan əlil uşaqların aldığı 67 manat müavinətin də çox aşağı olması barədə danışıb və onun ölkə üzrə ən azı ehtiyac meyarı məbləğinə qaldırılmasının vacibliyini vurğulayıb. "Bu uşaqların ehtiyaclarını, sağlamlığı, təhsili, təlimi və s. istiqamətlərı də nəzərə alsaq ailələrin üzərinə düşən çətinlikləri görə bilərik. Onların gündəlik ehtiyacları ilə yanaşı, dərmanlarının alınması, müalicəsi və s. kimi ehtiyacları böyükdür və 67 manat onları qarşılamaq üçün çox azdır. Ailələrin bu məsələ ilə üzləşdiyi çətinlikləri nəzərə alaraq bu müavinətlərin artırılmasına böyük ehtiyac var. Səlim müəllimdən bilmək istəyərdik ki, 2017-ci ildə bu məsələ diqqətdə olacaqmı? Çünki bu məbləğin artırılması çox vacibdir. Əlil uşaqların ehtiyacını aldıqları 67 manat müavinət demək olar ki qarşılamır və onlara dəstəyin artırılması vacibdir”. Millət vəkili yaşa görə müavinətlərin artmasının vacibliyinə də toxunub.

"Mən bu günlərdə Tovuzdan səfərdən gəlirəm. Kənddə bir pensiyaçı sakinimiz məndən soruşur ki, Qənirə xanım siz pensiyaçı ananıza kömək edirsinizmi? Deyirəm, bəli, edirəm. Deyir, amma mənim övladım sağ deyil, dünyasını dəyişib və indi onun da balalarına mən dəstək olmalıyam, bəs 67 manat müavinətlə mən nə edim? Ona görə yaşa görə müavinətlərin artmasına da böyük ehtiyac var. Səlim müəllimdən soruşmaq istəyərdim ki, bu məsələ, yəni yaşa görə müavinətlərin artması 2017-ci ildə nəzərdə tutulubmu? Manatın devalvasiyası, qaz, elektrik qiymətlərinin və eləcə də bəzi məhsulların qiymətinin artması fonunda bu artıma çöx böyük ehtiyac var və insanlar bunu gözləyir”.
8-12-2016, 17:25
Geri dön