DataLife Engine / Maaş, pensiya və müavinətlər artacaq - Prezident imzaladı

Maaş, pensiya və müavinətlər artacaq - Prezident imzaladı

Maaş, pensiya və müavinətlər artacaq - Prezident imzaladı









Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin ölkədə yaşayış minimumu və ehtiyac meyarının artırılması haqqında qanunlarını təsdiqləyib

Politika.Az Azərbaycan 24-ə istinadən xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” və “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanunlarının tətbiqi barədə sərəncam imzalayıb.

2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiqlənib.

Hər iki qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, bu qərarla maaş və müavinətlər də müvafiq nisbətlərdə artırılacaq.
27-12-2016, 12:45
Geri dön