TQDK: Abiturientlərin 40 faizi fənlərin ən azı birindən sıfır bal toplayıb
Sosial
Oxunub: 878
28 fev 2016 | 13:08
TQDK: Abiturientlərin 40 faizi fənlərin ən azı birindən sıfır bal toplayıb










“Sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində daha çoxdur”

I-IV qruplar üzrə sonuncu qəbul imtahanlarında iştirak edən abituriyentlərin 40.2%-i (33 352 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb. Sıfır bal toplayanların faizi I qrupda xarici dil, IV qrupda isə kimya fənləri üzrə daha yüksəkdir.

Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, imtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir. Bu bölmə üzrə I ixtisas qrupunda xarici dil, kimya və riyaziyyat, II və III qruplarda xarici dil və riyaziyyat, IV qrupda isə riyaziyyat, fizika və kimya fənlərindən sıfır bal toplayanlar daha çoxdur. Rus bölməsində daha çox sıfır bal I ixtisas qrupunda riyaziyyat və kimya, II qrupda Azərbaycan tarixi, III qrupda riyaziyyat və tarix, IV qrupda isə kimya, biologiya və riyaziyyat fənlərindəndir.

Azərbaycan bölməsi üzrə III qrupda ədəbiyyat, II qrupda Azərbaycan tarixi, I qrupda ana dili fənləri üzrə, rus bölməsində isə III qrupda ana dili və ədəbiyyat, II qrupda ana dili, Azərbaycan tarixi və xarici dil fənləri üzrə sıfır bal toplayanların sayı ötən ildəkindən çoxdur.

TQDK sədri qeyd edib ki, builki qəbul imtahanlarında rus bölməsi abituriyentlərinin, Azərbaycan tarixi, tarix və coğrafiya fənləri istisna olmaqla, digər bütün fənlər üzrə göstəriciləri Azərbaycan bölməsi abituriyentlərinin göstəricilərindən yüksək olub. Belə üstünlük özünü ingilis dili fənni üzrə daha qabarıq şəkildə göstərib:

“Bu seçmədə rus bölməsinin çox hazırlıqsız abituriyentləri iştirak etmir. Çünki onlar qəbul imtahanlarından əvvəl yalnız rus bölməsi üçün keçirilən Azərbaycan dili imtahanında qeyri-məqbul nəticə göstərdiklərinə görə qəbul imtahanlarına buraxılmayıblar. Müsabiqə şərtlərini ödəyərək ixtisas seçimində iştirak edən abituriyentlər seçməsi üzrə Azərbaycan və rus bölmələri abituriyentlərinin imtahan fənləri üzrə düzgün cavablarının müqayisəsi göstərir ki, burada artıq rus bölməsi abituriyentlərinin birtərəfli üstünlüyündən söhbət gedə bilməz.

Əgər ədəbiyyat, ingilis dili (I, II və III qruplar üzrə), riyaziyyat və ingilis dili (V qrup) fənləri üzrə üstünlük rus bölməsi abituriyentlərinin tərəfindədirsə, ana dili, biologiya, kimya, coğrafiya, tarix və Azərbaycan tarixi fənləri üzrə üstünlük Azərbaycan bölməsindədir. Digər fənlər üzrə bölmələrin göstəriciləri arasında kəskin fərq yoxdur”.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO