Dolları olanlar, bayrama saxlamayın
Sosial
Oxunub: 2 560
17 mar 2016 | 13:32
Dolları olanlar, bayrama saxlamayın







Novruz bayramı ilə əlaqədar martın 19-dan 28-dək qeyri-iş günləri elan olunub. Deməli, digər qurumlar kimi, banklar da 9 gün işləməyəcək. Bəs bayram günləri valyuta dəyişmək istəyənlər hara müraciət etməlidirlər? Ölkəni təcili tərk etmək və ya bayramı Azərbaycanda keçirmək istəyənlər nə etməlidirlər?

Virtualaz.org saytının əməkdaşları bir neçə banka müraciət edib.

“Bank of Baku”dan bildiriblər ki, qurum 9 gün işləməyəcək: “Bununla bağlı bizə heç bir təlimat verilməyib. Bizim bankın şöbələri qeyri-iş günlərində fəaliyyət göstərməyəcək. Kredit borcu olanlar isə terminallarda ödəniş edə bilərlər”.

Bayram günləri “Unibank” və “NBC Bank” da işləməyəcək. “Biz bayramda işləməyəcəyik. Bu qərar bütün filiallara, o cümlədən otellərdə yerləşən filiallarımıza da aiddir”, - deyə “Unibank”dan əlavə ediblər.

Mərkəzi Bank isə bayram günlərində valyuta dəyişməsi ilə bağlı heç bir tədbir nəzərdə tutmayıb: “Biz bu barədə heç nə deyə bilmərik. Mərkəzi Bank müştərilərlə işləmir. Kommersiya banklarına da heç nə tövsiyə edilməyib”, - deyə Mərkəzi Bankdan sualımıza cavab verilib.

İqtisadçı Azər Məmmədov kommersiya banklarının bayram günlərində işləməsini məqbul hesab edir: “Ölkəyə turist cəlb etmək istəyiriksə, bu problem həll edilməlidir. Ölkəyə gələn turistlər həftənin şənbə və bazar, eləcə də bayram günlərində valyutanı asanlıqla dəyişə bilməlidir. Ölkədən təcili getmək istəyənlər hava limanında pulu dəyişə bilirlər, amma turistlərin təcili pul dəyişməsinə ehtiyac yaranıbsa, onlar çətinliklə üzləşirlər”.

Vəkil Əkrəm Həsənov isə deyir ki, əvvəlki illərə nisbətən banklar bayramlarda işləməyə həvəs göstərmir və buna görə onlara irad bildirmək olmaz: “Mərkəzi Bank bayram günlərində işləməyəcək. Kommersiya banklarına təcili dollar lazım olsa, müraciət edə bilməyəcəklər. Deməli, qara bazar hərəkətə gələ bilər. Buna görə də, Mərkəzi Bank bayram günlərində valyuta dəyişməsi üçün tədbir görməlidir”.

Vəkil hesab edir ki, aparıcı banklarla razılığa gəlmək olar. Belə ki, bəzi banklar günün yarısınadək işləyə bilər. Bu da problemin yaranmasını əngəlləyə bilər.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...