Prezidentin Sumqayıta ayırdığı milyonlar hara xərclənir?
Sosial
Oxunub: 976
18 mar 2016 | 13:47
Prezidentin Sumqayıta ayırdığı milyonlar hara xərclənir?









Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın bütün şəhər və rayonlarının inkişafına xüsusi diqqət və qayğı göstərir, vaxtaşırı olaraq Prezidentin Ehtiyat Fondundan abadlıq və quruculuq, təmir-bərpa işləri üçün vəsait ayırır. Prezident Sumqayıt şəhərinin inkişafı, aparılan təmir işlərinin başa çatdırılması üçün dəfələrlə vəsait ayırıb. Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizovun dövründə bir neçə dəfə milyonlarla vəsait ayrıldı və icra başçısı hər dəfə müsahibə verəndə deyirdi ki, Sumqayıt inkişaf edəcək, bulvar olacaq və s. Sumqayıtlılar bir neçə il bu nağıllarla aldadıldılar və bir gün Eldar Əzizov vəd etdiyi möcüzələri yaratmamış Səbayel rayonuna icra başçısı təyin olundu. Alınan milyonlar necə oldu, hara xərcləndi məlum olmadı, Eldar Əzizov hesabatı da deyəsən özü ilə apardı.

Bu dəfə sumqayıtlılar ümidlərini yeni gələn icra başçısı Zakir Fərəcova bağladılar ki, Sumqayıt sakinidir, şəhər əhalisinin əksəriyyətinin aztəminatlı olduğunu bilir, problemlərinə bələddir, gələn kimi yeni iş yerləri açılmasına çalışacaq, camaatın güzəranının qayğısına qalacaq, şəhəri abadlaşdıracaq, evlərin damı, zirzəmiləri düzələcək, yaşıllıqlar artacaq. Prezidentin ard-arda sərəncam verib Sumqayıta yenə də Ehtiyat Fondundan bir neçə dəfə vəsait ayırması da bu ümidləri gücləndirdi.

Zakir Fərəcov 2015-ci il sentyabrın 2-də Sumqayıta icra başçısı təyin olundu. Prezidentin sərəncamı ilə 2015-ci il oktyabrın 13-də Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,7 milyon (üç milyon yeddi yüz min) manat, 2015-ci il dekabrın 15-də Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat, 2016-cı il martın 3-də isə Sumqayıt şəhərində çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 9 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat vəsait ayrılıb. Ümumilikdə Zakir Fərəcovun icra başçısı təyin olunduğu 7 ay ərzində Sumqayıta Prezidentin Ehtiyat Fondundan 17.7 milyon manat pul ayrılıb. Bəs görəsən bu qədər pul hara xərclənib?

Bu suala cavab tapmaq üçün şəhərdə ümumi müşahidə apardıqda məlum oldu ki, şəhərin ancaq mərkəzi küçələrində abadlıq işləri görülür, onların da çoxu elə əvvəlki başçının dövründən qalmadır. Z. Fərəcov şəhərə gələndən ancaq keçmiş başçının qoyduğu qadağaları götürməklə məşğul olub. İcra Hakimiyyətinin qarşısındakı yolu açıb, Bayraq Meydanında fontanlar bərpa edilir, Sumqayıtın iki inzibati əraziyə bölünməsi barədə qərar ləğv olunub, hazırda Kimyaçılar klubunun qarşısındakı bağlı yolun açılması gözlənilir və s. Bir də 5-ci, 17-ci mikrorayonlarda bəzi binaların dam örtüyünün dəyişdirilməsi istiqamətində işlər görülüb ki, hazırda o işlərin də fəhlələr pullarını ala bilmədikləri üçün dayandığı deyilir.

Z.Fərəcov icra başçısı təyin olunandan ancaq söküntü xəbərləri eşidilib. Dəniz kənarında hasarlanmış ərazilərin bir hissəsi sökülsə də, bəziləri, hansı ki, vəzifəli şəxslərə məxsusdur, onlara toxunulmayıb. Bu da şəhərdə ayrı-seçkiliyin olduğunu göstərir. Elə MİS rəisləri də bundan ruhlanıb mikrorayon və məhəllələrdə vətəndaşlar arasında ayrı-seçkiliyi davam etdirirlər və onlara dur deyən yoxdur. Şəhərin 11-ci və 13-cü mikrorayonlarında da demək olar ki, aztəminatlı insanlar yaşayır. Binaların damları, zirzəmilər bərbad vəziyyətdədir, amma hələ ki , heç bir təmirdən söhbət getmir. Şəhərin mərkəzi küçələri şüşə kimi asfaltlansa da mikrorayonlar, xüsusilə 9, 11 və 13-cü mikrorayonların yolları böyrək daşı xəstəliyindən əziyyət çəkənlər üçün əla müalicə vasitəsidir. 17 saylı MİS rəisi Abdin Əliyev və onun əslində adi fəhlə olan, lakin rəisin kassiri kimi tanınan Elxan adlı fəhləsi 11-ci mikrorayona şəxsi təsərrüfat kimi baxırlar. Hansı mənzildə təmir işi başlansa Elxan dərhal özünü ora yetirir və rəisi görmək lazım olduğunu bildirir. Elxanın sözü eşidilməyəndə dayısı şəhərin Mənzil Təsərrüfat Birliyində rəis müavini olduğu üçün heç kimin “gözün üstə qaşın var” demədiyi mhəndis özünü yetirir. Vətəndaş əgər hüquqlarını iblirsə təbii ki, heç kimə heç nə vermir, yox əgər evini təmir etməyin cinayət olduğunu “anlayırsa” onda 100 manatından keçməli olur. Razılaşma ilə bu məbləğ 20 manata da düşə bilər. Bunun nəticəsidir ki, yeni təyin olunanda işə piyada gedən Abdin Əliyev indi qəttəzə, “sellofan” Nissan avtomobili sürür. Yəni MİS heç də kənardan göründüyü kimi gəlirsiz sahə deyil. Mikrorayon isə bərbad, yollar dağınıq, zirzəmilər su ilə dolu, damlar damır, MİS rəisini görənlər istədiyi yerdə hasar çəkir, hətta binanın ətrafında daş hasar hörən də var. Atası Sumqayıt şəhər Mənzil Təsərrüfatı Birliyinin keçmiş rəisi Təvəkkül Məmmədovun sürücüsü olduğu üçün MİS-ə rəis təyin olunan A. Əliyev icra hakimiyyətinin şöbə müdiri Gündüz Əliyevə arxalanaraq öz istədiyini etməkdədir. Vətəndaşların şikayətinə isə baxan yoxdur,

Bütün bunlar araşdırmamızın kiçik bir hissəsidir. Redaksiyamıza fotolar, videolar da daxil olub, onları da diqqətə çatdıracağıq. Hələlik isə Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərdiyimiz sorğunun cavabını gözləyirik. Belə ki, bir martın 13-də icra hakimiyyətinə sorğu göndərsək də hələ cavab gəlməyib. İcra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyevin iş telefonuna (018-655-91-10) müxtəlif vaxtlarda bir neçə dəfə zəng etsək də yerində tapa bilmədik. Müavini İlqar Allahverdiyevlə əlaqə saxladıqda sorğuya cavab vermək səlahiyyətinin olmadığını bildirdi. Biz isə hələ də o boyda İcra Hakimiyyətində nəhayət ki, bir nəfərin sorğumuzu cavablandıracağı günü səbirsizliklə gözləyirik. Suallarımız hələ çoxdur. Ardı növbəti yazımızda faktlarla, video və fotolarla olacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)