2006-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb
Sosial
Oxunub: 1 152
19 mar 2016 | 19:06
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri daim davam etdirilən islahatlar sırasındadır.

Müstəqilliyin ilk illərində əhalinin pensiya təminatı sahəsində görülən işlər

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkədə hökm sürən iqtisadi tənəzzül, keçmiş sovet dövründən qalmış sosial müdafiə, o cümlədən pensiya sisteminin bazar iqtisadiyyatı ilə nəzərə çarpacaq dərəcədə uyğunsuzluğu müşahidə olunurdu ki, bu uyğunsuzluqlar da öz növbəsində çoxsaylı problemləri meydana çıxarır və əhalinin yoxsulluğu sürətlə dərinləşirdi.
Belə bir zamanda vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı və 1996-cı ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə pensiya və müavinətlər 50% artırıldı.
Bundan sonra, ölkə başçısının imzaladığı fərman və sərəncamlarla 1997-ci ilin avqust ayında ölkə üzrə pensiyaçıların yarıdan çoxunun pensiyasının məbləği 2,2 dəfə qaldırılıb, eləcə də əlillərin, tənha və ahıl vətəndaşların və sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlər müəyyən edilib, 1998-ci ilin avqust ayından şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləği 2 dəfədən çox artırılıb.
Bundan başqa, 2000-ci ilin noyabr ayından sosial pensiyaçıların pensiyalarına əlavə olaraq aylıq müavinət təyin olunub, 2001-ci il yanvarın 1-dən isə 20 Yanvar əlillərinin və Azərbaycanın bütövlüyü uğrunda əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlər orta hesabla 1,5 dəfə, aztəminatlı ailələrə uşaq doğularkən verilən birdəfəlik müavinət 1,4 dəfə, dəfn üçün müavinət 1,5 dəfə, üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinət orta hesabla 1,8 dəfə artırılıb.
Ümumiyyətlə, 2001-ci ilin iyul ayından etibarən Azərbaycanda pensiya sistemində köklü dəyişikliklərə başlanılır, sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılması ilə sosial sığorta haqlarının fərdi uçotuna əsaslanan avtomatlaşdırılmış sığorta-pensiya sisteminin yaradılması və ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləğlərinin əlaqələndirilməsi təmin edilir. Cəmi iki il sonra, 2003-cü ilin avqustundan işləməyən əmək pensiyaçılarının pensiya və müavinətlərinin ümumi məbləğinin minimum həddi 40% artırılır.



Son 10-12 il ərzində pensiya təminatı daha da gücləndirilib.

Həmin dövrdən ötən 10-12 il ərzində iş yerlərində qeydiyyatın gücləndirilməsi hesabına Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 6,3 dəfə artıb. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, bu göstərici 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2014-cü ildə 4,6%-ə çatıb.
Qarşıya qoyulan məqsəd kimi yoxsulluq probleminin aradan qaldırılması və bu məsələdən irəli gələrək pensiyaların davamlı artırılmasına dair Azərbaycan prezidenti İlham Əliyevin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir. Halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunub və qeyd olunan dövrlə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb.
Ümumilikdə isə 2003-cü ildən bu yana sığorta-pensiya sistemində xeyli işlər görülüb, pensiya sisteminin maliyyə dayanıqlığı xeyli yüksəldilib və 2003-2015-ci illərdə DSMF-nin büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 9 dəfədən çox artıb.
Pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan nisbətinə gəlincə, əhəmiyyətli şəkildə yüksəlmə baş verib, 2003-cü ildə 3,9% təşkil etsə də, 2015-ci ildə 5,1%-ə çatıb.
Bundan başqa, 2006-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artaraq 18,4 manatdan 176,0 manata çatdırılıb və bu məbləğ yaşa görə pensiyalar üzrə 196,1 manat təşkil edib. Eyni dövrdə yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3%-dən 43,4%-ə çatdırılıb.

əmək pensiyasının baza hissəsinin (minimum pensiyanın) aylıq məbləği

əmək pensiyasının orta aylıq məbləği

Bütün bunlarla yanaşı, Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Bunların nəticəsi kimi perspektiv dövrdə pensiya islahatları bir tərəfdən mühüm maliyyə-iqtisadi vəzifələrin həllinə, digər tərəfdən isə bilavasitə pensiya təminatı problemlərinin tənzimləməsinə xidmət edəcək.
Ölkəmizdə aparılan islahatlar nəticəsində qurulmuş sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri Azərbaycan prezidenti 2008-ci ildə 2009-2015-ci illərdə “Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” və “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”na uyğun həyata keçirilib.
Əhalinin pensiya təminatı ilə bağlı imzalanan sonuncu konsepsiyanın icrası məqsədilə aidiyyəti dövlət orqanları ilə pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsi, o cümlədən sığorta prinsiplərinə əsaslanmayan xərclərin minimum səviyyəyə endirilməklə maliyyələşdirilməsi mənbələrinin optimallaşdırılması, pensiya təyinatı şərtlərinin hər bir şəxs üzrə ödənilən sosial sığorta haqqının məbləğinə uyğunlaşdırılması, əmək pensiyasının baza hissəsinin restrukturizasiyası və minimum pensiya məbləği göstəricisinin tətbiqi, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması, pensiya təminatında dövlət öhdəlikləri ilə sığorta – pensiya sisteminin öhdəliklərinin maliyyə mənbəyinin fərqləndirilməsi, güzəştli şərtlərlə pensiyaya çıxma hüququ olanlara tələb olunan minimum sığorta stajı illərinin sığorta prinsiplərinə uyğunlaşdırılması, kişilər və qadınlar üçün pensiya yaşının demoqrafik göstəricilərə uyğunlaşdırılması istiqamətlərində qanunvericilikdə dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanıb.
Son on il ərzində isə əhaliyə ödənişlər üzrə Dövlət Sosial Müdafiə Fondunun xərcləri də kifayət qədərdir.
Təkcə 2015-ci ildə pensiya xərcləri 2 798,7 mln. manat təşkil edib.
Pensiya məbləğlərinin artırılması və vaxtından əvvəl maliyyələşdirilməsi
Dünyada baş verən iqtisadi böhran və ötən il manatın məzənnəsinin ikinci dəfə (21 dekabr) devalvasiyasından sonra Azərbaycan prezidentinin “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği cari fevralın 1-dən 10% artırılaraq 110 manat müəyyən edilib. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ictimaiyyətə açıqlaması zamanı DSMF tərəfindən Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanmasının təmin ediləcəyini bildirib.
“Azərbaycanda cari ilin 1 yanvar tarixinə 1 milyon 296 min pensiyaçı var. Azərbaycan prezidentinin əmək pensiyalarının baza hissəsinin artırılmasına dair sərəncamı təxminən 1 milyon 223 min pensiyaçıya şamil olunacaq. Pensiyanın baza hissəsini 100% alanların (1 milyon 169 min nəfər) pensiyasının artımı 10 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaq. Əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı bir problem yoxdur və bu məqsədlərə ilin sonuna kimi təxminən 140 milyon manat əlavə vəsait yönəldiləcək”, - deyə E.Mehdiyev bildirib.
Dövlət Sosial Müdafiə Fondu pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü işlərin əməli nəticəsi kimi hər ay pensiya və müavinətləri qrafikdən əvvəl maliyyələşdirir. Hətta ötən ilin dekabr ayında manatın ikinci dəfə dəyərdən düşməsinə baxmayaraq cari ilin yanvar ayının birinci yarısına kimi pensiyaların bütün ölkə üzrə vətəndaşların şəxsi hesablarına tam köçürülməsi təmin olunub.
Bundan başqa, Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsi ölkə üzrə 15 mart tarixində yekunlaşdırıb, pensiyaların plastik kart hesablarına köçürülməsi başa çatdırılıb.
Əksər pensiyaçılar kimi Quba rayonun Rustov kənd sakini, 72 yaşlı Yəhyayeva Lumiyyə də pensiya ilə bağlı həyata keçirilən islahatlardan razıdır: “Ölkə başçısına minnətdarlığımızı bildiririk ki, vətəndaşların qayğısına qalır, bizi pensiya ilə təmin edir. Aldığımız pensiya bizi qane edir, biz yaşlılar pensiya ilə dolanır, lazım olan ehtiyaclarımızı pensiya ilə qarşılayırıq. Əvvəlki illərdə pensiya məbləği az idi, amma indi yuxarı olması, pensiyaların vaxtlı-vaxtında verilməsi bizi sevindirir. Bizi sevindirən digər məsələ bu il pensiyaların qaldırılması və pensiyaların bayramqabağı kartlarımıza köçürülməsidir. Pensiyaların tez köçürülməsi pensiyaçıların çətinliklərinin qarşısını alır”.

Vüsal Nəbiyev

Yazı Dövlət Sosial Müdafiə Fondunun “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunub.

APA
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ