Rayona getmək istəyən sərnişinlər bilet tapmadılar
Sosial
Oxunub: 870
19 mar 2016 | 19:19
Bileti olan sərnişinlər isə avtobusa minə bilmədiklərini deyirlər.
Rayona getmək istəyən sərnişinlər bilet tapmadılar
Ölkədə Novruz bayramı ilə əlaqədar 9 gün qeyri-iş günü elan edilməsi bayramı Bakıdan kənarda keçirmək istəyənlərin sayının artmasına səbəb olub. ANS PRESS-in məlumatına görə, elə bu səbəbdəndir ki, bu gün bayramla əlaqədar Beynəlxalq Avtovağzalda sıxlıq yaşanıb. Bunu adıçəkilən ünvanda apardığımız müşahidələrimiz də təsdiq etdi. Bu il bayramı rayonda qeyd etmək istəyənlər bir sıra problemlərlə üzləşiblər: bəziləri əllərində bilet olsa da getdikləri istiqamətdə avtobusun olmamasından, bəziləri isə kassada biletin qalmamasından, bəziləri də biletin mövcud qiymətindən baha satıldığından şikayət edirdilər.
"Sərnişinlər getdikləri istiqamətdə avtobusun olmamasından, kassada biletin qalmamasından, gedəcək yerə qiymətin iki dəfə baha başa gəlməsindən şikayətlənirlər"

Sərnişin Oktay Allahverdiyev deyir ki, Goranboy-Tərtər istiqamətində cəmi 51 bilet olub ki, onun da hamısı satılıb: “Mən Goranboya getməliyəm. Səhər 7-dən buradayam. Evdə demişdim ki, saat 11-də gələcəm, amma indi saat 11:30-dur və mən hələ də avtovağzaldayam. Biletlərin sayını artırsalar belə olmaz”.

3 uşaqla Qubaya getmək istəyən Lalə Həsənovanın isə bileti olsa da getməyə avtobus tapmırdı: “Əlimdə biletim də var. Saat 9-dan da burdayam. Amma gedə bilmirəm. Çünki avtobus sürücüləri, bileti olmayanlardan daha artıq pul alaraq onları aparırlar. Biz isə burda qalırıq. Əlavə avtobus isə vermirlər", - deyə şikayətçi qeyd etdi.
Bileti əvvəlcədən alan sərnişinlərin sözlərinə görə, onların biletinin üzərində avtobusun yola çıxma saatı, yeri və istiqamət göstərilsə də həmin avtobuslara minə bilmirlər. Belə ki, həmin yerlərin sürücülər tərəfindən bileti olmayan digər sərnişinlər baha qiymətə satılması ilə bağlıdır. Bileti olanlar öz haqlarını tələb edəndə isə yeri tərk etməkdən imtina edirlər. Onlar da pul ödədiyini deyirlər.
Əhalinin bir qisminin əsas şikayəti isə qiymətlərin süni şəkildə qaldırılması ilə bağlı idi. Qubaya getmək istəyən Pakizə Sofiyeva deyir ki, adi günlərdə adı çəkilən rayona 5 manata gedib: "Hazırda Qubaya gedən mikroavtobuslar yoxdur. Xəttə yeni maşınlar buraxılıb. Ancaq onlar da bahadır. Onlar bir nəfəri 5 manata yox, 7 manata aparır", - deyə sərnişinlərdən bəziləri qeyd etdilər.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızının ANS PRESS-ə verdiyi məlumata görə, ötən gün regionlara 621 reyslə 15981 sərnişin yola salınıb. Bu gün isə səhər saatlarından 4 min sərnişin yola salıb.

"Ən çox şikayət Tərtər istiqamətinə getmək istəyən vətəndaşlardan olub. Buna səbəb həmin istiqamətdə gedən iki avtobusun texniki səbəbdən xarab olaraq geri qayıtmamasıdır. Artıq avtovağzala əlavə 45 avtobus da gətirilib. Qalan hər kəs vaxtında yola salınıb. Avtovağzaldan geri qayıdan vətəndaş olmayıb", - deyə qurum rəsmisi bildirdi.
Şəfa Mehmanqızı biletlərin sayının az olması və biletlərin qiymətinin süni şəkildə qaldırılması məsələsinə də toxundu: “Biletlərin sayı region üzrə xəttə buraxılan avtobusların sərnişinlərinin sayına uyğun olur. Avtobus sayından artıq bilet satmaq mümkün deyil. Qiymətlərə gəldikdə isə deyə bilərəm ki, avtovağzalın sürücüsü belə bir şey edə bilməz. Çünki onun bizimlə müqaviləsi var. Amma qiymətləri süni şəkildə qaldıranlar qeyri-rəsmi, avtovağzalın qarşısında fəaliyyət göstərən avtobuslardır”.
Avtovağzalda sıxlığın yaranmasının digər bir səbəbi isə bəzi sərnişinlərin rayona getməyinə yarım saat qalmış kassaya gəlməsi və bilet almaq istəyi ilə bağlıdır. Bu zaman bilet tapmayan və sıxlıqla üzləşən sərnişinlə avtovağzal əməkdaşları arasına narazılıq yaranır. Eyni zamanda həmin sərnişinlər digər vətəndaşların hüquqlarını pozaraq onların yerinə qeyri-qanuni yolla sahib çıxırlar.
Ötən ilin dekabrında yeni il bayramına yaxın günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet satışı ilə bağlı problem yaranmışdı. Dekabrın 22-də avtovağzalda səhər saat 11:00-dan etibarən vətəndaşlara bilet satışı dayandırılıb. Sərnişinlər Şəkiyə getmək üçün bilet ala bilməmişdilər. Həmin vaxt bilet satışının dayandırılması sistemdə yaranan nasazlıqla izah edildi.
Ümumilikdə, belə neqativ halların baş verməməsi və bileti olan sərnişinlərin yolda qalmaması üçün sürücülərin qanunsuz olaraq vətəndaşları daşımasının qarşısı alınmalıdır. Bu sahədə nəzarət tədbirləri gücləndirilsə, əvvəlcədən bilet alan sərnişinlərin yerinə sürücüyə daha çox pul ödəyən vətəndaş getməz. Eyni zamanda xəttə buraxılan avtobusların sayı da daha çox olsa, belə problemlər yaşanmaz.
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)