Bir küçənin sakinləri suyun içində və susuz qalıb: “Elə bil XVI əsrdə yaşayırıq” - Foto
Sosial
Oxunub: 1 049
22 mar 2016 | 20:38
Bir küçənin sakinləri suyun içində və susuz qalıb: “Elə bil XVI əsrdə yaşayırıq” - Foto











Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 15 ünvanında su borularında baş verən qəza səbəbindən əhali bir neçə gündür ki, su üzünə həsrət qalıb. Həmin ünvandakı yaşayış binalarının sakinləri üçün “Azərsu” ASC tərəfindən müvəqqəti olaraq iritutumlu su maşınları su gətirilir. Lakin yuxarı mərtəbələrdə yaşayan vətəndaşlar gündəlik istifadə etdikləri suyu əllə daşımaqda çətinlik çəkirlər. Onlar neçə gündür ki, vedrə və balonlarla 8-9-cu mərtəbələrdəki mənzillərinə su daşıyırlar.
Bir küçənin sakinləri suyun içində və susuz qalıb: “Elə bil XVI əsrdə yaşayırıq” - Foto
Bir küçənin sakinləri suyun içində və susuz qalıb: “Elə bil XVI əsrdə yaşayırıq” - Foto
Bir küçənin sakinləri suyun içində və susuz qalıb: “Elə bil XVI əsrdə yaşayırıq” - FotoEtibar Bəkirli küçəsinin sakinləri Musavat.com-un müxbirinə deyiblər ki, 5 gündür su üzünə həsrətdirlər: “Binanın su boruları bərbad vəziyyətdədir. Tez-tez su problemi ilə qarşılaşırıq. Binaya daxil olan əsas su borusu partlayıb. Lakin 3 gündür ki, su idarəsinin işçiləri bu problemi aradan qaldıra bilmirlər. Su borusun hansı istiqamətdən keçdiyi bəlli deyil. Bildiyimizə görə, su xəttinin üzərində transformator tikilib. Bir neçə gündür ki, aidiyyatı olmayan su borularını kəsirlər. Nəticədə binanın zirzəmisi bataqlığa çevrilib. Su maşını isə bu binada yaşayan 150-dən çox ailəyə kifayət etmir. Gördüyünüz kimi, camaat az qalır su üstündə savaşsın".
Küçənin sakinləri su ilə yanaşı, qaz və elektrik enerjisinin verilməsində yaranan problemlərdən də əziyyət çəkirlər. Binanın aşağı mərtəbələrində yaşayan ailələrin mənzilləri isə rütubət içərisindədir. Zirzəmiyə yığılan su mənzillərin divarlarında nəmişlik yaradıb.
Qeyd edək ki, binada yaşayanların çoxu məcburi köçkün ailələridir. Füzuli rayonundan məcburi köçkün olan Akif İsmayılov binanın zirzəmisinin də su içərisində olduğunu deyir: “4-5 gündür ki, bu vəziyyətdəyik. Binanın zirzəmisində olan su boruları partlayıb. Bundan əlavə, binada işıqlar tez-tez kəsilir.Ümumiyyətlə, binada qaz yoxdur. Bir sözlə, bina yaşanılası vəziyyətdə deyil. Dəfələrlə bu barədə aidiyyatı orqanlara müraciət etsək də, heç bir nəticə verməyib”.
Ərazidə iş aparan “Azərsu” ASC-nin nümayəndələri yaxın günlərdə problemin həll olunacağını bildirdilər: “Hazırda partlayan su borusunu axtarırıq. Binanın arxa tərəfində işlər gedir. Xəndəklər qazaraq borunu tapıb probelmi köklü şəkildə həll edəcəyik. Bina sakinlərini müvvəqəti olaraq su maşınları ilə təmin edirik”.

musavat.com
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"