Bakıda 5 yaşlı qızı ilə süpürgəçi işləyən ananın acı həyat hekayəsi…
Sosial
Oxunub: 1 108
3 apr 2016 | 17:22
 Bakıda 5 yaşlı qızı ilə süpürgəçi işləyən ananın acı həyat hekayəsi…Hər birimizin həyatı bir hekayədir. Bu hekayələr arasında şirin olanı da var, acı olanı da... Aramızda elələri var ki, onların bütün ömürləri çətinliklərlə, porblemlərlə, sıxıntılarla doludur.
Bəzi insanlar var ki, ömrün müxtəlif çağlarında bu dərdlərin onu tərk edəcəyini, nə zamansa yeni və gözəl bir həyat yaşayacağını ümid edir. Ancaq bu, belə olmur, dəyişən yalnız zaman və onun geridə qalan ömrü olur.
Elə həyatı dərk edəndən yalnız çarəsizliklə, imkansızlıqla, problemlərlə üz-üzə qalanlardan biri də Afət Bağırovadır. O, hər gün yol kənarlarını süpürərkən gördüyümüz xanımlardan biridir.
Bu xanımın 32 yaşı var. Amma yaşadıqları, gördüyü çətinliklər onun yaşını çoxdan aşıb. O, bu günədək yaşadığı həyatı yalnız acı tərəfindən görüb. Ailə həyatı qurduqdan sonra bəlkə daha rahat həyat yaşayacağı ümidi də puç olub.
Hər gün paytaxt küçələrində gördüyümüz onlarla süpürgəçidən biri olan Afət xanımın həyat hekayəsini öyrənməyimizin səbəbi başqadır. Afət Bağırova diqqətimizi yanındakı 5-6 yaşlı qız uşağı ilə çəkdi.
Heydər Əliyev prospektində yol kənarını süpürən Afət xanımın bir neçə metrliyində oynayan bir qız uşağı gördük. Onun kim olduğu ilə maraqlanarkən öyrəndik ki, bu uşaq Afət xanımın kiçik övladı, 5 yaşlı Ülkərdir. 5 yaşlı qızcığazın anasının yanında niyə olduğunu yəqin ki, təxmin etdiniz. Məcburiyyət…

Əslən Cəlilabaddan olan Afət Bağırovanın rəsmi nikahı var və həyat yoldaşı da sağdır. Lakin uşaqlarına lazım olan diqqət və qayğını göstərmir. Bir müddət əvvəl də məhkumluq həyatı yaşayan həyat yoldaşının bu laqeyid münasibəti ilə barışan Afət xanım övladlarını tək böyütmək üçün çalışır.

Ülkərdən başqa Afət xanımın 8 yaşlı Qismət adlı oğlu da var. O, birinci sinifdə oxuyur. Qismətin 8 yaşında birinci sinifdə oxumasının səbəbi Afət xanımın imkansızlıqdan onu məktəbə vaxtında qoya bilməməsi olub.

“Nə qədər çalışdımsa, olmadı. Oğlumu vaxtında məktəbə qoya bilmədim. İndi də qızımın 5 yaşı tamam olub. O da məktəbə gedəcək. Çalışıram, qızımı vaxtında məktəbə göndərim. Tək özüm işləyirəm. Həm də kirayədə yaşayırıq” - deyə Afət xanım acı həyat hekayəsini bizimlə bölüşməyə başlayır:

- İndi harada yaşayırsınız?

- Yasamal rayonunda, “Sovetski”də kirayədə yaşayırıq.

- Öz eviniz olmayıbmı?

- İndi kirayədə yaşadığım evin həyətində öz evimiz var idi. Həyat yoldaşım həbsdə olanda qaynımgil evi öz adlarına keçirdilər. Ev qayınatamın idi. Biz həmin evdə yaşayırdıq. Evdən çıxmağa məcbur olduq. 100 manata kirayədə yaşayırıq.

- Həyat yoldaşınız niyə həbs olunmuşdu?

- Dava eləmişdi. Tutuldu və bir neçə ilə həbsdə yatdı.

- Bəs, ailənizdən sizə kömək edən varmı? Qayınlarınız sizi niyə çölə atdı?

- İndi hamı ancaq özünü dolandıra bilir. Atam da anamı atıb, gedib. Anam qardaşımla birgə yaşayır. Qardaşım da fəhlə adamdır. Öz ailəsinə ancaq baxır. Qayınatamın evi “Sovetski”də plana düşüb. Qaynım deyir ki, ev söküləndə sənin uşaqlarına da kömək edəcəm.

- Yoldaşınız heç sizi görməyə gəlirmi?

- Daha çox rayonda olur. Hərdən iş olanda Bakıya gəlir. Pulu olanda uşaqlar üçün nəsə alır, kömək edir.

- İşə saat neçədə gəlirsiniz?

- Saat 6:30-da iş başlayır. 6-da işə gəlirik. Saat 15:30-da da işdən çxırıq.

- Bəs, uşaqlara necə baxırsınız?

- Oğlum tezdən məktəbə gedir. Axşamdan yeməyini, çantasını hazırlayıram. Özüm işə gəlirəm. O da məktbə gedir. Qızım çox vaxt evdə qalır. Hərdən “briqadir”dən icazə alıb, gedib qızımı yanıma gətirirəm ki, tək qalmasın. Buradan da bir yerdə evə gedirik. Oğlum evdə olanda bacısına baxır. Yumurta da bişirib verir. Tək qalanda qonşulardan xahiş edirəm ki, hərdən baxsınlar.

- İş qrafikiniz necədir?

- 6:30-da başlayır, 9-a qədər işləyirik. Sonra bir az fasilə olur. Yenidən 13:00-dək işləyirik. Sonra nahar olur. Fasilədən sonra da 15:30-dək işləyirik.

- Siz haranı süpürürsünüz?

- Bu ərazi mənimdir (“Koroğlu” metrostansiyasının yanından bir neçə yüz metrlik məsafəni göstərir - İ.M). Gün ərzində eyni ərazini süpürürəm.

- Nə qədər maaş alırsınız?

- 240 manat...

- Elə bunun 100 manatını kirayəyə verirsiniz. Bir uşağınız məktəbdə oxuyur. Necə çatdırırsınız? Başqa sizə kömək edən varmı?

- Yox. Elə bu maaşla dolanmağa, yaşamağa çalışırıq. Günü yola veririk. Buna yaşamaq deyirlərsə, yaşayırıq. Uşaqlar üçün yaşamaq lazımdır.

- İstirahət və ya bayram gününüz olurmu?

- Yox. Bizə nə bayram var, nə də istirahət günü... Mən indi məzuniyyətdəyəm.

- Necə yəni məzuniyyətdəyəm?

- Mən martın 11-dən məzuniyyətə çıxmışam. Sənədə də qol çəkmişəm. Amma işləməliyəm. İndi mənimlə birlikdə işləyən daha 5 nəfər məzuniyyətdədir, guya... Ancaq hamımızı işə çıxarırlar. İşləməsək qovarlar.

- Bayram günlərində, məzuniyyətdə işləyirsiniz, bəs, əlavə maaş verirlərmi?

- Bayramlar iş günü sayılmır. Ancaq biz işə çıxırıq. Rəsmi olaraq iş günü olmadığından gündəlik maaş hesablanmır. Məzuniyyət pulu yoxdur. Hələ məzuniyyət adı ilə aldığımız maaş digər aylardan 20 manat aşağı olur. Mən bu ay 220 manat alacam.

- Novruz bayramında da da işlədinz?

- Hə... Bir saat belə, tez buraxmadılar.

- Bütün rayonlarda belədir, yoxsa ancaq sizdə?

- Sabunçu rayonunda belə deyil. Süpürgəçilər məzuniyyət vaxtı işləmirlər. Ancaq bizdə işlədirlər.

- İş vaxtı sizi yoxlayan olurmu? Gəlib, işinizə baxırlarmı?

- “Briqadir” maşınla gəlib, əraziyə baxır. Bizi görür.

Onların bu qədər çarəsizliyi, qarşılaşdıqları haqsızlıqlar qarşısında söz tapmaq çətindir. Afət xanımla söhbət edərkən bizə yaxınlaşan digər süpürgəçi söhbətə qoşulur və kim olduğumuzu soruşur.

Afət xanımın iş yoldaşı olan bu xanım deyir ki, onlar bu çətinliklərə çoxdan öyrəşiblər: “Bu, bizim həyatımızdır. Biz həyatımızla barışmışıq”.

Söhbətə Afət xanım davam edir: “Bizim də qismətimiz budur. Sabah başımıza nə gələcək, bilmək olmaz. Bir neçə gün əvvəl iş yoldaşlarımızdan biri oturduğu yerdə öldü. Bilmədik ki, nə baş verdi. İşini görəndən sonra yol kənarında oturub. Deyirlər ki, ürək tutmasından ölüb. Yəni, ölümlü dünyadır, bizim qismətimizə düşən də budur”.

Bizim üçün kənardan dəhşətli görünən bu həyatı yaşayanlar kifayət qədərdir. Dinlədikcə təəccübləndiyimizi görürlər. Sağollaşarkən gülümsəməyi unutmurlar. Onlar böyük insanlardır...

Musavat.com
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?