Nobel prospektində nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib
Sosial
Oxunub: 790
5 apr 2016 | 16:18
"Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində Xaqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində “Azəravtoyol” ASC tərəfindən yeni yeraltı piyada keçidinin tikintisi işləri aparılır.
ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu səbəbdən sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib.
Belə ki, mərkəzdən Nobel prospektinə doğru hərəkətdə olan nəqliyyat vasitələri Neftçilər prospekti ilə Nobel prospektinin kəsişməsində yerləşən yeni Dənizkənarı avtomobil yolundan istifadə edərək Nobel prospekti boyunca hərəkətlərinə davam edə bilirlər. Əks istiqamətdə, yəni Nobel prospektindən mərkəzə doğru hərəkətdə olan nəqliyyat vasitələri üçün müvəqqəti olaraq Xəqani Rüstəmov küçəsi ilə kəsişmədə mövcud yola paralel olaraq yeni yol hissəsi salınıb. Nəqliyyat vasitələri həmin yeni yol hissəsindən istifadə edərək hərəkətlərinə rahat və maneəsiz şəkildə davam etdirirlər.
Tikintisi aparılan yeraltı piyada keçidinin 4 çıxışı var. Keçidin uzunluğu 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 8 ədəd eskalatorla təmin olunacaq. Keçidin tikintisi ilə "Bakı Ağ Şəhər"dən vətəndaşların birbaşa Dənizkənarı Bulvar ərazisinə və əksinə rahat, təhlükəsiz keçidi təmin olunacaq.
Yeraltı piyada keçidinin giriş hissələrinin tikintisi demək olar ki, yekunlaşıb. Hazırda keçidin Nobel prospektinin altından keçən hissəsinin inşası işləri aparılır. Buna görə, Nobel prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində sıxlığın yaranmaması üçün sürücülərdən tikinti işlərinin aparıldığı müddət ərzində öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri tövsiyə olunur.
Qeyd edək ki, "Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Xaqani Rüstəmov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri də həyata keçirilir. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək küçənin yenidən qurulması layihəsi çərçivəsində daha bir bu cür keçidin inşası Süleyman Vəzirov küçəsi ilə kəsişmədə də aparılacaq.

Nobel prospektində nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib
Nobel prospektində nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilib
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb