Qarabağda döyüşmək istəyənlərlə bağlı - AÇIQLAMA
Sosial
Oxunub: 774
11 apr 2016 | 08:49
Qarabağda döyüşmək istəyənlərlə bağlı - AÇIQLAMA










Müraciətlər çoxalıb

Aprelin 1-i gecədən başlayaraq erməni silahlı birləşmələri cəbhə bölgəsində yenidən təxribatlara əl ataraq qoşunların təmas xəttinə yaxın Azərbaycan kəndlərini ağır artilleriyalardan atəşə tutdu. Bu proses bir neçə gün davam etdi. Azərbaycan Silahlı Qüvvələrinin layiqli cavabı nəticəsində işğalçı Ermənistan ordusu yüzlərlə itki verərək geri çəkilmək məcburiyyətində qaldı.

Həmin gündən etibarən Azərbaycan Silahlı Qüvvələrinin gücünü görən ölkə əhalisi orduya dəstək verməyə başladı. Ölkədə səfərbərliyin elan olunmasını istəyərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına, yerli idarə, şöbə və bölmələrinə müraciət edən könüllülərin sayı durmadan artmağa başladı. Bütün Azərbaycan əhalisi kimliyindən asılı olmayaraq, ordumuza dəstək kampaniyasına başladı.

Trend-in sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildiriblər ki, Xidmətin Aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciət daxil olmaqdadır.

Könüllü olaraq cəbhəyə getmək istəyənlər respublikanın bütün bölgələrini əhatə edir. Bu müraciətlər indiyə qədər də olurdu, son günlərdə daha da artıb.

Qeyd olunub ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət cəmiyyətdə bütün sahələrdə olduğu kimi, vətənpərvərliyin təbliğatında da müsbət nəticələr verib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Bu işlərə nümunə olaraq Xidmət tərəfindən paytaxtda və regionlarda davamlı olaraq keçirilən “Vətənin müdafiəsinə hazıram” adlı hərbi-vətənpərvərlik tədbirlərini, məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsini, “Əsgərə məktub” adlı yazı müsabiqəsini, atıcılıq turnirini və s. tədbirləri göstərmək olar.

Qurumdan bildiriblər ki, son günlərdə cəbhə xəttində düşmən tərəfdən baş verən təxribatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıq ölkədə ruh yüksəkliyinin daha da artmasına stimul verib. Bunu Xidmətin yerli idarə, şöbə və bölmələrinə cəbhəyə könüllü getmək üçün müraciət edən vətəndaşlarımızının sayının çox olması da sübut edir.

Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistanda səfərbərlik elan edilməsi, bu hala Azərbaycanda ehtiyac olub-olmaması məsələsinə gəlincə isə qurumdan bildiriblər ki, ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən tənzimlənir.

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, səfərbərliyin elan olunması barədə Azərbaycan Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

Əgər Azərbaycan Respublikasında səfərbərlik elan olunarsa, bu barədə bütün kütləvi informasiya vasitələrinə məlumat veriləcək və ehtiyatda olan hərbi vəzifəlilər səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədilə Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılacaqlar.
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir