26-04-2016, 21:40 Oxunub: 276

“Bağırovun adına, Bağırovun imzası ilə”

Bu gün “Xəzər” Universitəsində “Bağırovun adına, Bağırovun imzası ilə” (Na imya Baqirova, za podpisyu Baqirova) adlı kitabının təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin materialları əsasında hazırlanmış kitab görkəmli dövlət xadimi Mir Cəfər Bağırovun anadan olmasının 120 illiyinə həsr edilib.
Tarixi faktlara əsəslanan sənədlərlə daha geniş oxucu kütləsinin tanış olması məqsədi ilə rus dilində nəfis şəkildə nəşr edilən kitabın tərtibatçısı şair Teyyub Qurban, redaktoru Əməkdar Jurnalist Əlirza Balayevdir.
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əlirza Balayev, sabiq baş nazir Rəhim Hüseynov, “Qobustan” jurnalının Baş redaktoru Vaqif Əlixanov, Bəstəkarlar İttifaqının katibi Sərdar Cəlalov, filologiya üzrə fəlsəfə doktoru İmaməddin Zəkiyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev, Teyyub Qurban və digərləri çıxış edərək tarixi faktlara söykənən kitabın əhəmiyyətindən danışmışlar.
Tədbirdə Mir Cəfər Bağırov irsinin varisi Məmmədtağı Bağırov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Ruslan Hüseynov və digər ziyalılar, eləcə də KİV və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

“Bağırovun adına, Bağırovun imzası ilə”
“Bağırovun adına, Bağırovun imzası ilə”
“Bağırovun adına, Bağırovun imzası ilə”
“Əlillər Dünyası” qəzetindən
“İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabı çap olunub “İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabı çap olunub Siyaset Hüseynqulu Bağırovun idarəsində anarxiya: müavinlərin savaşı və… Hüseynqulu Bağırovun idarəsində anarxiya: müavinlərin savaşı və… Bolge Bakıdan Fətullah Gülənə böyük zərbə - Bakıdan Fətullah Gülənə böyük zərbə - "Terrorun Gülən üzü" kitabı Dunya Milli Təhlükəzilik Nazirliyinin 96 illiyinə ittihaf olunan kitab. xüsusi müsahib. Milli Təhlükəzilik Nazirliyinin 96 illiyinə ittihaf olunan kitab. xüsusi müsahib. Gundem