"Avtoş"un məmur atasının işdən qovulacağı gözlənilir
Sosial
Oxunub: 818
24 may 2016 | 10:01
"Avtoş"un məmur atasının işdən qovulacağı gözlənilir











Prezidentin harın məmur övladlarına dözümsüz münasibəti XİN-in turizm şöbəsinin müdiri Nurpaşa Abdullayevə də şamil oluna bilər; onun yaxın günlərdə vəzifədən çıxarılacağı haqda xəbərlər yayılıb

Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Abdullayevin avtoxuliqanlıq etməsi sosial və peşəkar mediada hələ də müzakirə olunur.

N.Abdullayev “KIA” markalı maşınla şəhərin mərkəzində “avtoşluq” edib. 20-yə yaxın yol polisi əməkdaşının təqibindən sonra onu süni tıxac yaratmaqla saxlaya biliblər. Məlum olub ki, o, sükan arxasına spirtli içki qəbul edərək əyləşib.

Mayın 20-də Nərimanov rayon Məhkəməsinə aparılan N.Abdullayev 20 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib və DİN-in İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib. Mediada N.Abdullayevin təcridxanaya göndərilərkən polislərlə dialoqu yayılıb. Gənc avtoxuliqan əməlini sıradan bir hal hesab edir.

“Mən oğurluq etməmişəm, cibə girməmişəm. Camaat 15 il “srok” yatır. Mən də sürmüşəm, tutublar, cəzamı da çəkirəm. Burada nə var ki?” – deyib gənc “avtoş”.

Mətbuatın xəbərinə görə, Nurpaşa Abdullayev oğlu ilə saxlama yerinə görüşə gedərkən qalmaqal baş verib. Oğluna su ötürmək istəyən ata Abdullayevə deyiblər ki, su saxlanılan şəxslərə verildiyindən onun gətirdiyi suya ehtiyac yoxdur.

Bu sözdən sonra məmurun özündən çıxdığı, nəzarətçiləri hədələdiyi deyilir.

Olaydan sonra mətbuat Nurpaşa Abdullayevin kimliyini araşdırıb. Məlum olub ki, o, həm Xarici İşlər Nazirliyində şöbə rəisidir, həm də bazar sahibidi. N.Paşayev 3-cü mikrorayon bazarının sahiblərindən biridir.

Qanunla biznesmenin dövlət məmuru olması yasaqdır. Amma N.Abdullayevə münasibətdə qanunun bu tələbi keçərli olmayıb. 3-cü mikrorayon bazarının sahiblərindən biri olan N.Abdullayevi bazarkom olmasına rəğmən XİN-də işə götürüblər...

Bəs məmur-bazarkom Nurpaşa Abdullayevin aqibəti necə olacaq? Onu qanunla cəzalandıracaqlarmı? Ölkə prezidenti indiyədək övladları avtoxuliqanlıq edən xeyli məmuru işdən qovuq. Bu, N.Abdullayevə də şamil olunacaqmı?

Prezidentin həmin çıxışından sitat: “Harınlayırlar, qudururlar, heç kimi saymırlar! Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaqdır.

Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcəkdir. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır. Onu hamı bilsin!”

Prezidentin bu çıxışından sonra bir Yevlax gömrüyü rəisinin oğlu, polis əməkdaşı Tural Həsənovun və Rahib Abdulbağırovun Zığ şosesində “BMW X6” və “Lada Priora” avtomobilləri ilə saatda 240 kilometri keçən sürətlə yarışa çıxdıqlarını əks etdirən videokadrların sosial şəbəkələrdə, daha sonra saytlarda yayıldı. Ardınca DİN onların hər ikisini həbs etdi.

T.Həsənov 20, R.Abdulbağırov 15 sutka azadlıqdan məhrum ediliblər. Həmçinin T.Həsənov polis orqanlarından qovuldu, atası Əliməmməd Həsənov isə vəzifəsindən çıxarıldı.

Daha bir oxşar olay Suraxanı rayonu, Zığ şosesində baş verdi. Vüqar Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı Az 10 NB 466 nömrə nişanlı avtomobilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun yüksək sürətlə idarə etdiyi "Mercedes-Benz G-55" markalı, Az 90 FE 007 nömrə nişanlı avtomobilə çırpıldı.

Nəticədə "VAZ-2106"da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu olaydan sonra Mübariz Mədətov işdən qovuldu, oğlu Xalid Mədətov isə həbs olundu.

Sonuncu belə olaya qol qoyan Nicat Abdullayevi polis süni tıxac yaradıb saxlamasaydı, hansı nəticə olacağını düşünmək belə ağırdır. Hazırda N.Abdullayevin özünün etdiyi hərəkətlərə qiymət verməsi üçün qarşıda azı 15 günü var...

Onu da qeyd edək ki, bu N.Abdullayevin ilk məhkumluğu deyil. Məmur-biznesmenin oğlu qonşularla davaya görə bir ay əvvəl də həbsdə olub. Məhkəmə qərarında qeyd olunur ki, valideynləri evin tək övladı olan Nicatı ərköyün böyüdüblər. O, evdə tez-tez dava salır, valideynlərindən külli miqdarda pul tələb edir, ala bilmədikdə isə özünə xəsarət yetirəcəyini deyib evdən qaçırmış. Demək olar ki, hər ay Nicatın hərəkətləri ilə bağlı qonşulardan polisə daxil olur.

O, evdə valideynləri ilə mübahisə etdikdən sonra balkondan gül dibçəklərini qonşuların həyətdə park etdiyi maşınların üzərinə atıb ziyan vurur, söyüş söyüb onları narahat edirmiş. Polisə daxil olan növbəti şikayətdə isə Nicat sahə müvəkkilinə müqavimət göstərib və buna görə də aprelin 8-də Nəsimi rayon Məhkəməsi ona bir aylıq həbs cəzası verib.

Bundan əvvəl isə yanvarın 18-də də Nicat Abdullayevin 30 günlük inzibati həbsi olub. Onun ilk məhkumluğu isə 2014-cü ilin 29 oktyabr tarixində olub. Bu dəfə də o, Xəzər rayon Məhkəməsi tərəfindən avtoxuliqanlıq etdiyi üçün sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün inzibati həbs cəzası ilə cəzalandırılıb/musavat.com/.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb