“Gənclərin Bilik Olimpiadası” adlı layihənin bağlanış mərasimi keçirilib
Sosial
Oxunub: 875
9 in 2016 | 09:27
“Gənclərin Bilik Olimpiadası” adlı layihənin bağlanış mərasimi keçirilib











08 iyun 2016-cı il tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Bilik Olimpiadası” adlı layihənin son yarışı və bağlanış mərasimi keçirilib.

Layihənin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının Fərdi İnkişaf Mərkəzi "Etika Akademiyası"nın direktoru Günel İbrahimli, "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyin sədri Pərviz Mustafayev, İctimai Birliyin baş katibi Ləman Muradova, "Mənim təhsilim - mənim gələcəyim" kampaniyanın rəhbəri Rəşad Bayramov, ali və orta ixtisas müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və seçmə turlarında qalib gəlmiş tələbələr iştirak etmişdir.

İlk öncə qonaqları salamlayan "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verdi.

Sonra “Gənclərin Bilik Olimpiadası” layihəsinin son final mərhələsinə start verildi və 9 ali və orta ixtisas təhsil müəssisələrinin seçmə turlarında qalib gəlmiş 27 nəfər tələbə yarışmaya qatıldı.

Final mərhələsi bitdikdən sonra layihənin bağlanış və mükafatlandırma mərasimi keçirildi.

Bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini qeyd etmişdir. N.Novruzov bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərin təhsilinə, elminə göstərdiyi xüsusi diqqət və qayğısı göz qabağındadır.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının Fərdi İnkişaf Mərkəzi "Etika Akdemiyası" nın direktoru Günel İbrahimli çıxış edərək mərkəzin ölkəmizdə etika istiqamətində fəaliyyət göstərən ilk məkan olduğunu diqqətə çatdırıb. O bildirib ki, akademiya peşəkar davranış qaydalarının öyrənilməsinin vahid bazasıdır. Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışan G.İbrahimli gələcəkdə akademiyanın həyata keçirəcəyi layihələr barədə məlumat verib.

Qeyd edək ki, layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin (Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes və Kooperasiya Kolleci, “Bakı Avrasiya” Universiteti, Bakı Sosial Pedaqoji Kolleci, “Təfəkkür” Universiteti, "Odlar Yurdu" Universiteti, Azərbaycan Dövlət İqtisad

Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti ) tələbələri arasında bilik olimpiadası keçirilmişdir.

Sonda 9 ali və orta ixtisas təhsil müəssisələrinin seçmə turlarında qalib gəlmiş 27 nəfər tələbə və final mərhələsində I, II və III yerləri tutan tələbələr təşkilatçılar tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə təltif olunmuşlar.


“Gənclərin Bilik Olimpiadası” adlı layihənin bağlanış mərasimi keçirilib
“Gənclərin Bilik Olimpiadası” adlı layihənin bağlanış mərasimi keçirilib
“Gənclərin Bilik Olimpiadası” adlı layihənin bağlanış mərasimi keçirilib
“Gənclərin Bilik Olimpiadası” adlı layihənin bağlanış mərasimi keçirilib
“Gənclərin Bilik Olimpiadası” adlı layihənin bağlanış mərasimi keçirilib
“Gənclərin Bilik Olimpiadası” adlı layihənin bağlanış mərasimi keçirilib
“Gənclərin Bilik Olimpiadası” adlı layihənin bağlanış mərasimi keçirilib
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi