20 saylı Poliklinikada Tamerlan İsmayılov «tufanı»
Sosial
Oxunub: 871
11 in 2016 | 13:05
20 saylı Poliklinikada Tamerlan İsmayılov «tufanı»












Ayaq üstə güclə dayanan baş həkim piyada yolunu belə qazanc mənbəyinə çevirib

Ölkə səhiyyəsinin hansı vəziyyətdə olduğunu deməyə gərək yoxdur. Çünki durum göz qabağındadır. Səhiyyə Nazirliyi ard-arda bəyanatlar versə də, xəstələrin həkim naşılığı üzündən ölüm halları durmadan artır. Bu azmış kimi, pulsuz olan səhiyyəmiz (kağız üzərində) təpədən-dırnağa qədər rüşvət və korrupsiyaya bulaşıb.
JAM.AZ «İrevan Press»ə istinadən xəbər verir ki, Nəsimi rayonunda fəaliyyət göstərən 20 saylı Poliklinikanın baş həkimi Tamerlan İsmayılov kürsünü əldən vermək fikrindən çox uzaqdır. Saytın yazdığına görə, baş həkim yaşıyla əlaqədar olaraq güclə yeriyir və oturduqdan sonra bir xeyli ayağa qalxa bilmir. «Baş həkimi bəzi hallarda işçiləri 4 tərəfli əlləri ilə qaldırıb ayaq üstə qoysalar da, o, yenə də müvazinəti itirir. T.İsmayılov hətta piyadaların səkisini də ələ keçirərək, pullu avtomobil dayanacağına çevirib. Əlbəttəki bu dayanacaqdan dövlətə 1 qəpikdə verilmir, yığılan pullar isə baş həkimin cibinə axır».
«İrəvan Press»in yazdığına görə, poliklinikanın vəziyyəti də ürəkaçan deyil. «Bu tibb müəssisəsində, demək olar ki, bütün xidmətlər təmənnalı şəkildə göstərilir. Aparılan müayinələr, yazılan müalicə prosedurası pulla həyata keçirilir. Yerindən güclə qalxan Tamerlan həkim hətta “ölü canlar” da saxlayır».
Məlumatda qeyd edilir ki, 20 saylı poliklinikada hər gün şıdırğı alver gedir. “Xəstəxanaya daxil olan vətəndaş, hələ qəbul məntəqəsindən soyulmağa başlayır. Texniki işçilər tərəfindən soyulan xəstənin həkimin qəbuna düşənədək elə yoldaca haləti bir az da pisləşir. Həkim isə xəstəni ümumiyyətlə “yataq rejiminə düçar edir”.
Daha sonra bildirilir ki, baş həkimin xeyir -duasi ilə nazirlik tərəfindən xəstələrə pulsuz verilməsi nəzərdə tutulan dərman preparatları gizlədilərək, «qara bazar»a çıxarılır. «Bütün bunlardan əlavə, baş həkim xəstələrə təqdim olunan bületen, 88 saylı forma və sağlamlıq haqqında arayışları əməlli- başlı alver preqmentinə çevirib. Hətta, bildirilir ki, bu poliklinikada əvvəlki tarixlərə də arayış almaq mümkündür. Əgər sadə arayışın qiyməti 20 manatdırsa, tarixləri dəyişdirilmiş, keçmişə və hətta gələcəyə yazılmış arayışların qiymətləri 60-80 manat arasında dəyişir».
Sayt sonda vurğulayır ki, Tamerlan İsmayılovun Səhiyyə Nazirliyində və digər dövlət qurumlarında yaxın adamları çalışır. «Məhz bu səbəbdəndir ki, o, istədiyi kimi fəaliyyətinə davam edir. Pensiya yaşı çoxdan çatmasına rəğmən, hələ də vəzifəsində qala bilir».
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb