Bakı bulvarına giriş biletlə olacaq
Sosial
Oxunub: 812
12 in 2016 | 11:04
Bakı bulvarına giriş biletlə olacaq













Paytaxt Bakının ev sahibliyi edəcək "Formula-1" yarışlarına sayılı günlər qaldığından Dənizkənarı Bulvarda hazırlıq işləri daha da intensivləşib. "Formula-1" yarışlarını izləmək üçün bileti olmayan şəxslərə narahat olmağa dəyməz.

Bakı Dənizkənarı Bulvar ərazisinin cəmi 3 kilometrlik hissəsi bağlı qalacaq. Bu hissə Azneft dairəsindən, Dəniz limanı ərazisinə qədər olan yerdir. Bu ərazilərə bilet və xüsusi dəvətnamələrlə daxil olan şəxslərə bulvar ərazilərində pulsuz xidmətlər göstəriləcək. Bulvar ərazisinin qalan hissəsi isə sakinlərin ixtiyarında olacaq.

"Formula-1" yarışlarına hazırlıq çərçivəsində mümkün qəzaların baş vermə ehtimalına qarşı Neftçilər Xəstəxanasında xüsusi şəraitli palata yaradılıb. Xəstəxananın baş həkiminin müavini Nadir Mehdiyevin sözlərinə görə, palatada Türkiyə və Qərb istehsalı olan müvafiq avadanlıqlar, yara səthinin soyudulması üçün nəzərdə tutulan aparat quraşdırılıb.

Digər palatalarda isə xüsusi yataqlar hazırlanıb ki, onların döşəməsi qumdandır. Bundan başqa xəstəxanada, anastezioloq, neyrocərrah, palstik cərrah, tibb bacılarından ibarət qrupa Türkiyədən gələn mütəxəssislər hazırlıq keçib. Hazırda yarışlar vaxtı baş verə biləcək bədbəxt hadisələr zamanı Təcili tibbi yardım xidmətinin necə yardım göstərməsi üzrə təlim məşğələlər aparılır. Yarışlar zamanı sürət maşınlarının keçdiyi ərazilərdə xüsusi hazırlanmış təcili yardım maşınları növbə çəkəcəklər.

Yarışların başlanma tarixi yaxınlaşdıqca qara bazarda Formula-1 yarışlarına biletlər satılmağa başlayıb. bu proses ən çox sosial şəbəkələrdə həyata keçirilir. Burda ən ucuz biletin qiyməti 60 manatdan başlayır. Əslində isə "Formula-1" yarışlarına ən bahalı bilet rəsmi olaraq 700 manata qədərdir. Amma qeyri-rəsmi məlumatlara görə, bax görüdüyünüz bu yerlər VİP zona hesab edilir. Hər bir şəraitlə və yeməklə təmin olunmuş bu yerlərin qiymətləri 4500 manatdir. (ans)
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”