Ölüm kreditləri (ARAŞDIRMA)
Sosial
Oxunub: 1 643
12 okt 2014 | 14:58
Yaxud banklar sadə vətəndaşların həyatı ilə necə oynayır?
Ölüm kreditləri (ARAŞDIRMA)
Avtomobil kreditləri üçün çətinlik yaradılmasına baxmayaraq, Azərbaycan yenə də istehlak kreditlərinin kəskin artımı dövrünü yaşayır.
ANS PRESS-in məlumatına görə, 2014-cü ilin yanvar-avqust aylarında ölkə bankları verdikləri istehlak kreditlərinin həcmini keçən ilin uyğun dövrünə nisbətən 27,46 faiz artırıblar.
Bu müddət ərzində bankların verdikləri istehlak kreditlərinin ümumi kredit çantasında payı da xeyli artıb. Bu göstərici 2013-cü ilin yanvar-avqust aylarında 38,55 faiz təşkil etmişdi və verilən istehlak kreditləri 5 milyard 572,6 milyon manat təşkil etmişdi. Amma 2014-cü ilin yanvar-avqust aylarında bu göstərici 7 milyard 102,9 milyon manata qalxıb və istehlak kreditlərinin ümumi kredit çantasında payı 41 faizə yüksəlib. Yəni Azərbaycan ailələrinin istehlak məqsədi ilə aldığı kreditlərin həcmi təxminən 1,6 milyard manat artıb. Ailəbaşına götürdüykdə orta hesabla ailələrin illik kredit borcu daha 800 manat artıb.

İstehlak kreditlərinin artımı ölkə üzrə orta maaş artımından dəfələrlə çoxdur. 2013-cü ilin ortaları ilə müqayisədə Azərbaycanda orta maaş göstəricisi cəmi 7% artıb. Əgər keçən ilin iyul ayında Azərbaycanda orta maaş 412,7 olubsa, 2014-cü ilin iyul ayında bu göstərici 440 manata qalxıb. Göründüyü kimi, istehlak kreditlərinin artım sürəti (27,46%) orta maaşın artım sürətini 4 dəfə üstələyir və nəticədə istehlak kreditləri qaytarılmaz hala gəlir. Təsadüfi deyil ki, mediada krediti verə bilmədiyinə görə ailə başçılarının həyatlarına qəsd etməsi barədə xəbərlərə tez-tez rast gəlinir.

Yəni əhali bankların şirnikləndirərək verdiyi kreditləri ödəməkdə çətinlik çəkir. İndi Azərbaycanda elə ailə var ki, ildə 10 min manata yaxın istehlak krediti ödəyir. Banklar adamları istehlak kreditinə cəlb etmək üçün hər üsuldan istifadə edirlər. Bəziləri sadəcə şəxsiyyət vəsiqəsinin yığaraq ailə üzvlərinin qeyri-rəsmi gəlirlərini nəzərə almaqla 10 min manata yaxın kredit verir. Və bundan sonra ailənin yaşamaq uğrunda mübarizəsi başlayır. Çünki çoxları bankların keçirdiyi həmin müsahibələr zamanı gəlirləri barədə şişirdilmiş məlumatlar verir. Bu kreditin qaytarılması zamanı böyük çətinliklər yaradır. Nəticədə, ölkə üzrə problemli kreditlərin miqdarı 1 milyard manatı ötərək, ölkənimn ümumi kredit portfelində 6 faizə çatıb. Dünya Bankının standartlarına görə isə bu, 3 faizdən çox olmamalıdır.

Bu sahədə vəziyyət o qədər gərgindir ki, ölkə başçısı İlham Əliyev də məsələyə diqqət yetirib. 2014-cü ilin birinci yarısının yekunları barədə danışan prezident dövlət büdcəsindən kommersiya banklarına güzəştli şərtlərlə verilən 300 milyon manat barədə danışıb: "Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün. Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti vardır və dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?! Ona görə burada çox ciddi islahatlar aparılmalıdır".

Mərkəzi Bankın məlumatlarından görünür ki, Azərbaycan banklarının kreditlərinin əslində 85 faizdən çoxu istehlak yönümlüdür. Yəni kreditlərin 41 faizi konkret istehlak krediti kimi göstərilsə də, ticarət və xidmətlərə ayrılan vəsaitlər 14,4 faiz, tikinti və əmlak üçün verilən kreditlər isə 13,7 faiz təşkil edib ki, bunların əksəriyyəti istehlak yönümlüdür. Vəsaitlərin yalnız 11,6 faizi (2 milyard 008,5 milyon manat) sənaye və istehsala yönəlib.

Bankların istehlak kreditlərinə meyl etməsinin səbəbləri çoxdan bəllidir. İstehsal kreditləri ilə müqayisədə məbləğin kiçik olması belə kreditlərin risk səviyyəsini aşağı salır. Həmçinin istehlak kreditlərinin gəlir səviyyəsi də nisbətən yüksəkdir. Təsadüfi deyil ki, Azərbaycana sərmayə yatıran bir çox xarici ölkələr verilən kreditlərin məhz istehlak istiqamətində yatırılmasını tələb edirlər. Məsələn, Azərbaycana 700 milyon manata yaxın sərmayə yatırmış Almaniyadan gələn vəsaitlərin əksəriyyəti istehlak kreditlərinə yönəlib. Almanların bu məsələdə üçüncü bir məqsədi də var - istehlak kreditləri ilə alınan məişət texnikasının əksəriyyətində müəyyən qədər Almaniyanın payı var - ya Almaniyadan gətirilmiş yığım hissələrindən düzəldilib, ya da patent almanlara məxsusdur. Bu cəhətdən bu cür xarici sərmayələrin yönümünü dəyişmək çox çətindir.

İqtisadçı ekspert, Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov da bu fikirdədir. "Mərkəzi Bankın xətti ilə ayrılmış kreditlərin istehsal istiqamətinə yönəldilməsi daha asandır. Yəni Mərkəzi Bank kommersiya bankına vəsait ayırırkən şərt qoya bilər ki, pul istehlak istiqamətində xərclənməsin",- deyə iqtisadçı ekspert ANS PRESS-ə bildirib.
Onun fikrincə, kommersiya banklarını digər mənbələrdən cəlb etdikləri sərmayələri də istehsala yönəltməyə həvəsləndirmək mümkündür: "Bunun üçün Yaponiya modelindən istifadə etmək olar. Yaponiyada əgər bir bankın kredit çantasının 25 faizi real sektora yönəldilirsə, ona qarşı vergi güzəştləri tətbiq edilir. Buna görə də banklar real sektora yatırılan kreditlərin dairəsini genişləndirməkdə maraqlı olurlar".
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi