Səhiyyə Nazirliyinin “qara ledi”si: Nigar Əliyeva haqda ilginc dosye - təfsilat
Sosial
Oxunub: 1 521
4 iy 2016 | 08:44
Səhiyyə Nazirliyinin “qara ledi”si: Nigar Əliyeva haqda ilginc dosye - təfsilat









Ölkənin səhiyyə sistemindəki vəziyyət elə bir həddə çatıb ki, artıq sözün tam anlamında səhiyyədəki vəziyyəti məsuliyyətsizlik sindromu adlandırmaq olar

Çünki baş verənlər, xüsusən də həkimlərin günahı ucbatından insan ölümlərinin sayının artması məhz səhiyyədəki məsuliyyətsizlikdən yaranır. İnsan həyatına dəyər verməyə deyil, soyğunçuluğa və qəssab davranışlarına üstünlük verən həkimlərin sayı isə günü-gündən artmaqdadır. Təbii ki, bu vəziyyəti yaradan ilkin səbəb səhiyyədə baş alıb gedən və bütün səhiyyəni bataqlığına çəkən korrupsiyadır. Məhz korrupsiya həkimlərdə, tibb işçilərində məsuliyyətsizlik yaradır. Elə ona görə də ölkənin səhiyyə sistemində çalışanlar insan həyatını özlərinin biznes şəbəkəsinin alver predmetinə çeviriblər və bunu adi hal kimi qəbul edirlər. Xəstələrini öldürən həkimlərin cəzasız qalmaları isə bu sahədə vəziyyəti daha da qarmaqarışıq hala salıb.

Səhiyyədəki problemlərin başında doğurdan korrupsiya, xüsusən də savadsız həkimlərin rüşvət verərək işə qəbul edilmələri dayanır. Bu mövzu medianın hər zaman diqqətində olub və Politika.Az olaraq bu istiqamətdə media üzərindən apardığımız araşdırmalardan savadsız həkimlərin işə alınmasında isə Səhiyyə nazirinin xanım müavini Nigar Əliyevanın dayandığını öyrəndik. Çünki məhz bu xanım müavin Səhiyyə Nazirliyndə işə qəbulu tam öz nəzarəti altında saxlayır və məcburi qaydada hətta kənd xəstəxanalarına belə yeni təyin olunan şəxsdən rüşvət alınmasını tələb edir. Bildirək ki, mediada yer alan xəbərlərdə göstərilir ki, səhiyyə idarələrinin rəhbərləri hər ay Nigar Əliyevanın qarşısında işə qəbul olunanlarla bağlı "hesab” verirlər: “Ona görə də heç kimi pulsuz işə götürülməsi mümkün deyil. Daha çox pulu isə bir qayda olaraq savadsız həkimlər, tibb işçiləri verirlər. Məlumatlı şəxsin bildirdiyinə görə hər ay Nigar Əliyeva onların "gəlirlərinin” 60 faizini alır. Ölkəninin bütün xəstəxanalarından, səhiyyə idarələrindən və sanatoriyalarından hər ay Nigar xanımın "qara kassasına” külli miqdarda vəsait toplanır”.

Səhiyyə Nazirliyindən Politika.Az-a daxil olan məlumatlara görə isə, Nigar xanım qeyri-rəsmi olaraq təkcə kadr "siyasətini” kurasiya etmir. Nazir Oqtay Şirəliyevin bir nömrəli etimad göstərdiyi şəxs olaraq xanım Əliyeva səhiyyədəki bütün korrupsiyanın sükanının möhkəmcə öz əlində tutur. Birdən- birə nazir müavini olan xanım Əliyevanının bu yüksəlişinin bir çox qaranlıq məqamlarının da olduğu bildirilir ki, bu barədə ikinci yazımızda ətraflı söhbət açacağıq. Xanım müavinin adının səhiyyə sistemindəki bütün qaranlıq işlərdə keçdiyi bildirilir.

Qeyd edək ki, Nigar Əliyeva nazir müavini olmamışdan əvvəl Respublika Diaqnostika Mərkəzində sıravi həkim işləyib. Adi həkimlikdən nazir müavini postuna yüksələn xanım Əliyeva haqda yayılan məlumatlar onun öz işinin öhdəsindən gələ bilmədiyini düşünməyə əsas verir. Politika.Az olaraq mediada yer alan və rəsmən təkzib olunmayan həmin məlumatları ümumiləşdirərək diqqətinizə çatdırırıq: "Xanım məmurun adı son 6 il ərzində ancaq qalmaqallı hadisələrdə, büdcə vəsaitlərinin mənimsənilməsində və sair xoşagəlməz işlərdə çəkilib. O da bəzi vəzifəli şəxslər kimi şəxsi imkanlarını yaxşılaşdırmaq barədə fikirləşir. Nazir müavini postuna qoyulana qədər maddi baxımdan sıxıntı yaşayan Nigar xanım hazırda ölkənin ən varlı şəxslərindən birinə çevrilib.

Bu illər ərzində Bakının müxtəlif ərazilərində mənzillər, ticarət obyektləri alıb. Əlində olan səlahiyyətlərdən istifadə edərək qohumlarının adına apteklər, bir neçə özəl klinika açıb. Yığdıqları ömrünün axırına kimi ona bəsdir. Nigar Əliyevanın əsas qazanc yerlərindən biri də səhiyyə ocaqlarına təyinatlarla bağlıdır. Belə ki, Bakı şəhərində, o cümlədən bölgələrdə fəaliyyət göstərən doğum evləri və qadın məsləhətxanalarının əksəriyyətinin rəhbər işçiləri nazir müavininin kadrlarıdır.

Təbii ki, həmin insanlar təmənnasız olaraq vəzifəyə qoyulmayıblar. Yerləşdiyi qəsəbə və rayondan asılı olaraq hər doğum evinin, qadın məsləhətxanasının baş həkimi vəzifəsinin öz problemi var.

Sıravi həkim işləmək isə nisbətən problemsiz başa gəlir. Ən dəhşətlisi isə odur ki, Nigar Əliyevanın vasitəsilə vəzifəyə düzələn şəxslər vətəndaşlara əlavə problemlər yaradır və səhiyyə sektorunda rüşvətxorluğun yayılmasına zəmin hazırlayırlar".

Nazir müavininin adı bir müddət əvvəl qalmaqallı olaya qarışıb. Belə ki, Aygün Əliyeva adlı qadın 200 nəfəri aldadaraq onlara ümumilikdə 5 milyon manat ziyan vurub. Bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində 22 epizod üzrə istintaq aparılıb.

Məhkəmənin qərarı ilə 5 il azadlıqdan məhrum edilən Aygün Əliyeva bəzi maraqlı məqamları açıqlayıb. Qeyd edək ki, adıçəkilən xanım axtarışda olduğu vaxt 15.06.2012-ci ildə Lerik Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib.

Doğum haqqında sənədi xəstəxananın nevropatoloqu Etibar Həşimov verib. Məhkəmənin 29 noyabrda Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə (böhtan atma) hökm oxuduğu son iclasında Aygün Əliyeva uşağın sənədini səhiyyə nazirinin müavini Nigar Əliyeva vasitəsilə aldığını deyib: "Nigar rəfiqəmdir, hara yazsanız da o cavabınızı verəcək. Bütün respublikanın səhiyyəsinə o baxır. Nəyi sübuta yetirəcəksiniz?". Saxta sənəd hazırlamaqda ittiham olunan nazir müavininin barəsində isə təəssüf ki, heç bir tədbir görülməyib. Yəqin buna görədir ki, Nigar xanım səhiyyə sistemində öz bildiklərini edir.
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir