Şəhəriçi sərnişindaşımada özbaşınalıq - İstəyən yolunu dəyişir, istəyən də qiymət qaldırır...
Sosial
Oxunub: 1 013
28 iy 2016 | 09:03
Şəhəriçi sərnişindaşımada özbaşınalıq - İstəyən yolunu dəyişir, istəyən də qiymət qaldırır...









Bakıətrafı qəsəbələr üzrə hərəkət edən ictimai nəqliyyatdan sərnişinlər çox hallarda narazı qalırlar. Qara Qarayev metrostansiyası-Bilgəh qəsəbəsi üzrə işləyən 172 saylı marşrutdan da sərnişinlər şikayətlidir. Hurriyyet.org-a şikayətlənən sərnişinlərin sözlərinə görə, həm sürücülərin davranışları, həm avtobusdakı antisanitariya vəziyyəti və sıxlıq, həm vaxt intervalının çox olması, həm də özbaşına artırılan qiymətlər onların əsəblərini gərir. Zabrat 1-2, Savalan, Maştağa və Bilgəh qəsəbələrindən keçən bu marşrutun sürücüləri kimə arxayındırsa, sərnişinlərlə olduqca kobud rəftar edirlər. Son zamanlar gedişhaqqının 40 qəpiyə qaldırılması və sərnişinlərin buna narazılıq etməsini sürücülər xüsusi aqressiya ilə qarşılayırlar. Sürücülər bu özbaşına fəaliyyətlərini iqtisadi böhranla əlaqələndirib, 40 qəpik ödəməyənlərə, xüsusən də qadınlara hərbə-zorba gəlirlər, sərnişinləri təhqir edirlər.
Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxldıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirdi ki, şəhərətrafı və qəsəbəətrafı hərəkət edən marşrutlar 30 kilometrdən 40 kilometrədək məsafə qət edirsə, Tarif Şurasının qərarı ilə 35 qəp ödənilir. 172 saylı marşrut da bu siyahıdadır.
Sürücü özbaşınalığı ilə əlaqədar yazılı sualımıza isə mətbuat sözçüsü cavab yazmadı.
Daha bir şikayət isə Bakı-Mərdəkan yolu üzrə hərəkət edən 136 saylı marşrutdandır. Bir həftədən çoxdur 136 saylı avtobusla bir avtomobilin toqquşması nəticəsində baş verən qəzadan sonra marşrutun yolu dəyişdirilib.
Sanki bu qəzaya görə, sərnişinlər cəzalandırılıb. Belə ki, baş verən qəzadan sonra marşrutun yolu Ramana qəsəbəsindən keçən təmirsiz, tozlu-torpaqlı yoldan salınıb. İsti havalarda isə bu yolu gedib-gəlmək sakinlər üçün daha məşəqqətlidir. Sərnişinlərə bildirilib ki, yolun dəyişməsinə səbəb yol qəzasıdır.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...