Bütün taksilərə vahid qiymət müəyyən ediləcək
Sosial
Oxunub: 870
28 iy 2016 | 15:19
Bütün taksilərə vahid qiymət müəyyən ediləcək









Bakıda fəaliyyət göstərən bütün taksilərdə vahid qiymət müəyyən ediləcək.

Azerinfo.az-ın məlumatına görə, XəzərNews.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Qurum rəsmisi bildirib ki, paytaxtda taksi xidməti sistemində vahid qiymətlər tətbiq ediləcək. Bu qiymətlər isə Tarif Şurası tərəfindən tənzimlənəcək.

Hazırda taksi xidmətində qiymətləri fərdi taksi sürücüləri və şirkətlərin müəyyənləşdirdiyini deyən N.Allahverdiyeva bildirib ki, yeni sistem fəaliyyətə başlayandan sonra vahid tarif tətbiq ediləcək. Bu prosesdə taksi şirkətlərinə müəyyən sərbəstlik veriləcək.

Yeni sistemlə taksilərdə xidmət haqqı hər kilometrə görə hesablanacaq və maşınlarda taksometrlər quraşdırılacaq. N.Allahyarova deyir ki, yeni qurğu vasitəsilə sürücülərin qeydiyyatı və vergiyə cəlb olunması asanlaşacaq. Bu sistem həm taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə, həm də fərdi avtomobili ilə taksi fəaliyyəti göstərən sürücülərə şamil ediləcək: “ İstər şirkət taksisi olsun, istərsə də fərdi avtomobili ilə taksi xidməti göstərən şəxs, taksi xidməti göstərmək üçün fərqlənmə nişanı alan bütün taksilərdə xidmət haqqı kilometrlərlə müəyyənləşəcək və Tarif Şurasının müəyyən etdiyi qiymətlə hesablanacaq".

N.Allahyarovanın sözlərinə görə, bu vaxta qədər 16 min fərdi taksi sürücüsü və 3 özəl şirkət qeydiyyatdan keçib.

Xidmət rəhbəri bildirib ki, hazırda Bakıda 79 adda qeydiyyatdan keçən və 81 adda qeydiyyatsız taksi dayanacağı fəaliyyət göstərir: “Biz onların yerləşdikləri ərazilərin inzibati və şəhərsalma qaydalarına uyğunluğunu araşdırırıq. Tələblərə cavab verən dayanacaqlar saxlanılacaq, əlverişli yerdə olmayan taksi dayanacaqları isə ləğv olunacaq. Tələblərə cavab verən taksi dayanacaqları həmçinin qeydiyyata alınacaq”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi