"Gözləmək lazım deyil ki, bu saxtakar həkimin səhvi nəticəsində çoxlu sayda insan ölsün" - ŞİKAYƏT
Sosial
Oxunub: 758
4 avq 2016 | 10:24
"Gözləmək lazım deyil ki, bu saxtakar həkimin səhvi nəticəsində çoxlu sayda insan ölsün" - ŞİKAYƏT








Ucar rayonu 20 Yanvar küçəsi döngə 8 ev 3 sakini Hüseynov Qəfər Tofiq oğlu DİA.AZ-a şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş yazır:

"Ucar Rayon Xəstəxanasının terapevt həkimi Pərvanə Eyvazovanın savadsızlığı və saxtakarlığı nəticəsində uzun müddət yataq xəstəsi olub səhv müalicəyə görə xeyli miqdarda pul xərcləmişəm.Belə ki, səhhətimdə ağrılar olduğu üçün 23 dekabr 2015-ci il tarixdə Ucar Rayon Mərkəzi Xəstəxanasına həkim Pərvanə Eyvazovaya müraciət etdim.Onun məsləhəti ilə pul verib qan, sidik analizi verdim, rentgen və ultura səs müayinədən keçdim.Pərvanə həkim mənə bildirdi ki, sənin ağciyərində güclü xəstəlik var.Mənə buna görə bahalı firma dərmanları yazdı.

Bir ay müalicə edildikdən sonra yaxşılaşmadığım üçün Pərvanə həkimin qəbuluna getdim, onun məsləhəti ilə təkrar olaraq pul verib qan, sidik analizi olundum, rentgen və ultura səs müayinədən keçdim.Yenə əvəlki qaydada mənə ağır dozalı bahalı firma dərmanları yazdı.Yenə müalicəm effekt vermədi yenə qəbuluna getdim yenə həmin qaydada pul verib analiz, müayinə yenə bahalı dərmanlardan müalicə yazdı.Bundan sonra dərmanların təsirindən səsim batdı,arıqlayıb 58 kq oldum.Səriştəsiz, saxtakar həkim Pərvanə Eyvazovanın səhv mülaicəsi nəticəsində səhhətim dahada ağırlaşdı deyə məni təcili qonşu Göyçay rayon Xəstəxanasına apardılar.Orada məni müayinə edən həkimlər bildirdilər ki, sənin ağciyərində heç bir problem olmayıb diaqnozların və müalicən səhv aparılıb, sənin ürəyində problem var.Orada həkimlərin məsləhəti ilə Bakı şəhərinə Mərkəzi Neftçilər Xəstəxanasına gəldim".

Daha sonra dia.az-a daxil olan müraciətdə deilir: "Mərkəzi Neftçilər Xəstəxanasında məni həkim Saleh Hüseynov obyektiv müayinə etdi və müalicə yazdı. Həkim Saleh Hüseynovun düzgün müalicəsi nəticəsində sağaldım, indi özümü yaxşı hiss edirəm. Ucar rayon mərkəzi xəstəxanasının saxtakar, savadsız həkim Pərvanə Eyvazovanın dələduzluğunun qurbanı olub uzun müddət yataq xəstəsi oldum deyə işimi , sağlamlığımı itirdim, səsim batdı, maddi ziyana düşdüm.Müalicə üçün Pərvanə həkim məndən xeyli miqdarda aldığı pul yox mənim səhhətimə vurduğu cidi zərər məni çox-çox narahat edir.Ucar rayon Xəstəxanasının həkimi Pərvanə Eyvazovanın bu hərəkəti cinayət əməlidir.Mən onun saxtakarlığı, savadsızılığı barədə Prezidentə, Mehriban xanım Əliyevaya, Səhiyyə Naziri Oktay Şirəliyevə, Baş Prokurora və digər orqanlara şikayət ərizəsi ilə müraciətlər etmişəm.Onun cinayət əməllərini təsdiq edən subutları orqanlara təqdim edəcəyəm.Gözləmək lazım deyil ki, bu saxtakar həkimin səhvi nəticəsində çoxlu sayda insan ölsün.Belə yaramaz, savadsız və saxtakar həkimin fəaliyyəti araşdırılmalı və onun barəsində ciddi tədbirlər görülməlidir.Pərvanə Eyvazova səhiyyə sistemindən xaric edilməlidir.Sizdən xahiş edirəm təcili tədbirlər görəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb