Həkim icazəsi olmadan evlənmək qadağan edildi
Sosial
Oxunub: 1 500
17 okt 2014 | 15:39
Həkim icazəsi olmadan evlənmək qadağan edildiMilli Məclisdə Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Dəyişikliyə əsasən bundan sonra nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayış təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.
H. Rəcəbli deyib ki, son variantda həkim məsləhətinin də həmin arayışların arasında olması təklifi yer alıb. Digər dəyişikliyə əsasən nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və İİV virusunun törətdiyi xəstəliyin (QİÇS) olmasını o biri tərəfdən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
H. Rəcəbli nəzərə çatdırıb ki, 20 minə qədər uşaq anadangəlmə əlilliyə görə müavinət alır. Onun sözlərinə görə, Azərbaycanda ildə 300-ə yaxın talassemiyalı, 200 hemofiliyalı uşaq dünyaya gəlir, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Talassemiya Mərkəzi tikiləndən sonra bu statistikada azalma qeydə alınır. H. Rəcəbli bildirib ki, əvvəllər bu uşaqlar 17 yaşadək yaşayıb, hazırda isə müalicələr nəticəsində 22 yaşadək yaşayırlar.
Hadı Rəcəblinin təqdimatından sonra deputat Vahid Əhmədov nikaha daxil olan şəxslərin sağlamlıq arayışının həqiqiliyinə kimin zəmanət verəcəyi haqda sual verib: "Xəstə olan şəxs də hansısa yollarla belə arayış əldə edə bilər. Pulunu verib sağlam olmaları haqda arayış ala biləcəklər. Kim verilən arayışın doğruluğuna zəmanət verə bilər? Fikrimcə, biz qanunu qəbul edərkən belə halları da nəzərə almalıyıq".

Ziyafət Əsgərov isə həkim arayışlarının tam pulsuz veriləcəyini bildirib.
Hadı Rəcəbli əlavə edib ki, nikaha daxil olmaq istəyənlərin hansı xəstəliklər üzrə yoxlanılacaqlarını Nazirlər Kabineti təsdiqləyəcək: "Burada təxminən 6 xəstəlik üzrə yoxlamalardan söhbət gedir. QİCS, vərəm və bu kimi digər yoluxucu xəstəliklər yoxlanılacaq. Yoxlanışdan keçən xəstələrin hansı xəstəlikdən əziyyət çəkdikləri arayışda yazılacaq".
Vitse-spiker Bahar Muradova müzakirələrdə səslənən fikirləri ümumiləşdirib bütün təkliflərin qanun işlədikcə nəzərə alınacağını bildirib.
İqbal Ağazadə bu arayışlar olmadan nikaha daxil olmanın inzibati məsuliyyət yaratması barədə qanuna dəyişiklik təklif edib. H. Rəcəbli qeyd edib ki, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinə ilə bağlı arayışları bir-birinə təqdim etmələri barədə öhdəlik qoyulmayıb: Ancaq həkim məsləhəti də həmin arayışların arasında yer alacaq. Yəni insanlara məsləhət veriləcək ki, özlərini müalicə etdirsinlər.

Rəfael Cəbrayılov isə nəzərə çatdırıb ki, tərəflərdən tibbi müayinə ilə bağlı arayışı bir-birinə təqdim etməyi tələb etmək olmaz: Nəzərə almaq lazımdır ki, tibbi müayinənin nəticələrindən sonra bu insanlardan biri nikaha daxil olmaqdan vaz keçə bilər.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM