Nazirlikdən Raquf Orucovun xanımına cavab – SƏNƏDLƏR
Sosial
Oxunub: 888
6 avq 2016 | 13:15
Nazirlikdən Raquf Orucovun xanımına cavab – SƏNƏDLƏR









Müdafiə Nazirliyi aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadənin uşaqları üçün verilməli olan aylıq müavinəti hələ də ala bilməməsi ilə bağlı mətbuatda yayılan şikayətinə cavab verib.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, şəhidin ailəsi Müdafiə nazirinin müavini və nazirliyin müvafiq idarə rəisləri tərəfindən dəfələrlə qəbul edilib, ailənin problemlərinin həlli ilə bağlı konkret işlər görülüb.

Həyat yoldaşı qəbul zamanı şəhid R.Orucova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi arzusunda olduqlarını bildirib. Bu fəxri adın Silahlı Qüvvələrdə uzun müddət xidmətə görə deyil, hər hansı bir döyüş əməliyyatında göstərilən qəhrəmanlığa, şəxsi şücaət və rəşadətə görə verildiyi barədə şəhidin ailəsi məlumatlandırılıb. General, zabit və digər hərbi qulluqçular öz ailə üzvləri ilə birlikdə şəhidin yas mərasimlərində dəfələrlə iştirak edib, ailəsinə baş çəkib, Silahlı Qüvvələr Günündə də onları ziyarət edərək tək buraxmayıblar.

Şəhid ailəsinin pensiya təminatı ilə bağlı tələb olunan sənədlərin işlənib-hazırlanması böyük həcmli bir proses olmasına baxmayaraq, Müdafiə Nazirliyinin müvafiq qurumları bu məsələnin sürətləndirilməsi məqsədilə üzərinə düşən vəzifələri vaxtında yerinə yetirib, sənədlər hazırlanıb və adiyyəti üzrə göndərilib.

Belə ki, 9 aprel 2016-cı il tarixdə “Ölüm Haqqında Tibbi Şəhadətnamə” verilib və "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən polkovnik-leytenant Orucov Raquf İbrahim oğlu "Şəhid", onun ailəsi isə "Şəhid ailəsi" hesab edilməsi barədə Müdafiə Nazirliyinin 18.05.2016-cı il tarixli arayışı xidmət etdiyi hərbi hissənin nümayəndəsi tərəfindən şəxsən həyat yoldaşı Sevinc xanıma təqdim edilib.

Eyni zamanda, şəhid R.Orucovun ailəsinə Müdafiə Nazirliyinin xətti ilə ailə başçısının itirilməsinə görə pensiya təyin olunması məqsədilə 14 iyun 2016-cı il tarixdə həyat yoldaşına və 4 avqust 2016-cı il tarixdə atasına “Məlumat vərəq”ləri hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə göndərilib.

Aprel döyüşlərində polkovnik-leytenant R.Orucovun fəaliyyəti araşdırılıb, hərbi hissə komandanlığının təqdimatı əsasında komissiyanın qərarı ilə müvafiq qaydada vəsatət qaldırılıb. 19 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən o, ölümündən sonra yüksək döyüş medalı - “İgidliyə görə” medalı ilə təltif olunub.

Eyni zamanda bildiririk ki, şəhid polkovnik-leytenant R.Orucov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən, Bakı şəhərində 3 otaqlı daimi mənzillə təmin edilib.

Onu da qeyd edək ki, ölüm haqqında tibbi şəhadətnamə Səhiyyə Nazirliyinin 2 oktyabr 2001-ci il tarixli 100 saylı əmri ilə təsdiq edilmiş formada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, ölüm haqqında şəhadətnamə isə mərhumun qeydiyyatda olduğu şəhər və ya rayonun VVAQ şöbəsi tərəfindən həlak olanın yaxınlarına verilir.


Nazirlikdən Raquf Orucovun xanımına cavab – SƏNƏDLƏR
Nazirlikdən Raquf Orucovun xanımına cavab – SƏNƏDLƏR
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!