Coğrafiya İnstitutu: Son illərdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin ekoloji fəsadları və maliyyə ziyanları olacaq
Sosial
Oxunub: 1 506
17 okt 2014 | 16:28
"Xəzərdə suitilər arasında quduzluq xəstəliyi yayılıb"
Coğrafiya İnstitutu: Son illərdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin ekoloji fəsadları və maliyyə ziyanları olacaq"İqlim dəyişkənliyinin Xəzər dənizinə təsir amillərindən biri onun səviyyəsində özünü göstərir. Belə ki, son 2-3 il ərzində Xəzər dənizinin səviyyəsi 80 sm-1m aşağı düşüb". Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib. O bildirib ki, bunun da səbəbi Xəzərin su yığma hövzəsi olan Ural çayında yağıntının miqdarının azalması və quraqlığın keçməsi nəticəsində buxarlanmanın çoxalmasıdır. Bununla bağlı araşdırma apararkən ilk əvvəl Volqa çayına baxış keçirildiyini deyən R. Məmmədovun sözlərinə görə, ötən il Volqa çayının suyu təqribən 160-180 kub km olub: "Bu isə çox qorxunc və ən son ekoloji həddir. Bundan sonra eko-sistem ölməyə başlayır. Bunun da nəticəsi özünü Xəzər dənizinin səviyyəsinin aşağı düşməsində göstərir".
Yaranan halın fəsadlarına gəlincə, R. Məmmədov qeyd edib ki, bunun həm ekoloji fəsadları, həm də təsərrüfat baxımından maliyyə ziyanları ola bilər. Onun sözlərinə görə, ekoloji baxımından dənizin səthinin sahəsinin azalması fauna və floranın yaşam yerinin ərazisinin azalması deməkdir: "Təsərrüfat baxımından ziyan isə limanlara təsir edir. Belə ki, dəniz suyunun səviyyəsinin aşağı düşməsi gəmilərin limanlara yan almasına maneçilik törədə bilər. Yükləri boşaltmaq mümkün olmadığından yenidən limanlar tikmək lazım olur. Burada isə milyardlardan söhbət gedir. Təbii ki, belə bir hal maliyyə vəsaiti baxımından ölkə büdcəsinə ziyan vurmuş olar".
İnstitutun direktoru qeyd edib ki, iqlim dəyişikliyi Xəzər dənizinin canlı aləminə də təsirsiz ötüşməyib. O vurğulayıb ki, hazırda Xəzər dənizində suitilərin kütləvi şəkildə məhv olması müşahidə olunur: "Bu hadisə 1997-ci ildə baş vermişdi və yenidən 2014-cü ildə təkrarlanıb. Digər bir misal isə kilkələrin məhv olmasıdır. Buna səbəb isə dənizdə olan oksigen qatlarının temperaturunun artması və həmin qatların oksigenlə təmin olunmamasıdır. Oksigen olmadığı halda canlılar məhv olmağa başlayır".

Akademik son illər Xəzərin şimalında suitilər arasında quduzluq xəstəliyinin geniş yayıldığını da qeyd edib. Onun sözlərinə görə, Şimali Xəzər donanda suitilər donan yerlərə gedir və orada balalayırlar: "Həmin ərazidə isə quduz canavarların hücumuna məruz qalırlar. Quduz heyvanlar tərəfindən dişlənilən suitilərdə bir müddət sonra bu xəstəlik baş qaldırır. Bu da çimərlikdən istifadə edən insanların həyatı üçün ciddi təhlükədir. Suitilərin çimərliklərdə insanlara hücum etmə halları qeydə alınıb. Amma onların quduz olub-olmadığı məlum deyil. Buna görə isə ehtiyatlı olmaq lazımdır".
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ