Azərbaycanda təriqətçilər şəhid ailəsinin pulunu mənimsədilər? – ŞİKAYƏT
Sosial
Oxunub: 918
18 avq 2016 | 08:50
Azərbaycanda təriqətçilər şəhid ailəsinin pulunu mənimsədilər? – ŞİKAYƏT








Azərbaycanda müxtəlif dini cərəyanlara aid şəxslərin ayrı-ayrı çevrələr yaratması və hətta biznesdə də ortaq davranması az müşahidə olunmayıb. Bu, bəzən özünü qanuni formada göstərir, bəzən isə gizli. Çünki bəzi dini cərəyanlara aid dini icmalar Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyib və onların istifadə etdikləri, yaydıqları dini ədəbiyyat da ölkədə qadağan olunub. Beləliklə, bu təriqətin nümayəndələri davamlı olaraq yerlərini dəyişir, müxtəlif kirayəlik mənzillərdə dini ayinlər keçirir, lakin öz biznes imkanları və “qardaşlıq fondları” vasitəsilə daha da böyüyürlər. Adətən, bu cür “qardaşlıqlar”ın hədəf qrupu iş sarıdan çətinlik çəkən, maddi və mənəvi problemlər yaşayan insanlar olur ki, onları daha zəngin süfrə və maddi yardımla şirnikləndirir, etibarlarını qazanaraq “qardaşlığa” qoşurlar.

Bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Gədəbəy sakini Şakir Abdullayev Nəbi Dadaşov adlı birinin onu aldatdığını və şəhid qardaşının ailəsinə məxsus 12 min 700 manat pulunu mənimsədiyini bildirib. Qafqaznews.az-ın məlumatına görə, Ş.Abdullayev öz ərizəsində qeyd edib ki, uzun müddətdir Gədəbəy rayonundan mal-qara gətirib Bakıda satmaqla məşğuldur: “Əziyyətlə çörək pulu qazanırıq. Keçən il Qurban bayramı ərəfəsində, müxtəlif marketlərə ət satışı ilə məşğul olan Nəbi Dadaşov adlı şəxs məndən qurbanlıq ət istədi və mən ona 7 baş iribuynuzlu və 21 baş xırdabuynuzlu mal-qara əti verdim. Əvəzində Nəbi Dadaşov mənə 12 min 700 manat pul verməliydi.

O, bu əti çevrəsindəki dindar “qardaşlar”ına satacağını və 1-2 günə pulu çatdıracağını dedi. Lakin üstündən 1 il keçib və mən o pulu Nəbi Dadaşovdan ala bilmirəm. İndi isə ortaq tanışlarımıza deyir ki, “mənim ona borcum yoxdur”. Qeyd edim ki, onun mənimsədiyi o mal-qara əti mənim şəhid qardaşımın ailəsi tərəfindən kənddəki təsərrüfatda yetişdirilib və hazırda mən Nəbi Dadaşova görə şəhid balalarının haqqını verə bilmirəm. Bir sözlə, bu insan şəhid ailəsinin pulunu mənimsəyib. Qarabağ müharibəsində tankçı kimi döyüşən qardaşım Şərif İsaq oğlu Abdullayev 1992-ci ildə Ağdamın müdafiəsində şəhid olub. Onu da əlavə edim ki, Nəbi Dadaşovun daxil olduğu dini icma məndə şübhələr yaradıb. Belə ki, onlar tez-tez Bakıda və Sumqayıtda yerlər dəyişirlər və müxtəlif mənzillərdə dini ayinlər keçirirlər. Bildiyimə görə, onların qrupunun başında Gökhan Demir adlı Türkiyə vətəndaşı durur və liderləri Türkiyədə Haydar Baş adı ilə tanınan şəxsdir.

Xahiş edirik, bu məsələni araşdırasınız. Və media vasitəsi ilə hüquq mühafizə orqanlarına da müraciət edirəm ki, bizə bu işdə yardımçı olsunlar”. Ş.Abdullayev bildirdi ki, Nəbi Dadaşovun çevrəsiylə maraqlandıqda, onların Sunqurilər kimi tanındığını da eşidib, lakin hansı icmaya aid olduqlarına əmin deyil. O, həmçinin Nəbi Dadaşovun çevrəsində Amil Eyvazov (“Amil doktor”), Gökhan Demir və Əfqan İbrahimlinin də adlarını çəkdi. Həmçinin, şikayətçi “qardaşlıq” üzvlərinin Əhməd Rəcəbli 205-də, eləcə də Binəqədi rayonu, 7-ci Binəqədi küçəsi, bina 1, mənzil 72-də (sahibi İ.H.Qocayev) və Nigar Rəfibəyli 33 ünvanlarında toplaşdığını əlavə etdi.

Qafqaznews.az saytı bu istiqamətdə araşdırma aparmaq qərarına gəldi. Nəbi Dadaşovla əlaqə saxlayaraq, Şakir Abdullayevin sözlərində həqiqət payı olub-olmadığını soruşduq. O isə cavab verdi ki, Şakir Abdullayev adlı şəxsi tanımır. Həmsöhbətimiz həmçinin heç bir təriqətdə olmadığını da vurğuladı. Haydar Başın adı gəldikdə isə Nəbi Dadaşov “Bu məsələnin nə əlaqəsi var” deyərək, əlavə şərhdən yayındı. Biz sözügedən çevrəyə daxil olduğu deyilən Amil Eyvazovla da əlaqə saxlamağa çalışdıq, lakin A.Eyvazov zənglərimizə cavab vermədi.

Biz Sunqurilərlə bağlı araşdırma apararkən, öyrəndik ki, bu təriqət nurçuların gülənçilərdən ayrı qoludur və bu təriqətin üzvləri istər Türkiyədə, istərsə də Azərbaycanda şübhəli şəkildə təşkilatlanmaları ilə diqqəti çəkirlər. Xatırladaq ki, 2014-cü il aprelin 14-də Daxili İşlər Nazirliyi Bakıda “nurçu”ların saxlanılması faktı ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X. Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

E. Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb (APA). Biz Haydar Baş adı ilə bağlı da araşdırma apardıq, lakin bu zaman başqa bir təriqətlə üzləşdik. Türkiyədə Nakşilərdən (Nəqşibəndilər) ayrılan “Başiye” deyilən təriqət… Bağımsız Türkiyə Partiyasının sədri olan Haydar Başın eyni zamanda “şeyx” olaraq da dini cərəyana rəhbərlik etdiyi və çoxarvadlı həyat tərzi sürdüyü də müxtəlif resurslarda qeyd olunub. Məsələn, Haydar Başın öz dörd arvadı və 20-yə yaxın uşağı üçün Trabzonda ayrıca bina aldığı, hər arvadının bir mənzildə yaşadığı deyilir. Həmçinin, bu təriqətin sərəncamında “Yeni Mesaj” qəzeti və “Meltem TV” adlı televiziyanın da olduğunu öyrədik.

Безымянный copyNəbi Dadaşovun “Facebook” səhifəsini nəzərdən keçirərkən, Haydar Başla əlaqəli xeyli paylaşımlarına rast gəldik. Hətta Gökhan Demir və Amil Eyvazovun Haydar Başla birlikdə çəkdirdiyi fotoşəkillə də qarşılaşdıq. Bu və digər şəxslərin sosial şəbəkələrdə paylaşdığı bəzi fotoşəkilləri və “skrinşot”ları oxuculara təqdim edirik. Maraqlıdır, qardaş ölkədə həm partiya, həm də təriqət yaradan Haydar Başın tərəfdarları Azərbaycanda nə dərəcədə təşkilatlanıblar və onların siyasi məqsədləri nədən ibarətdir? İstər Sunqurçuların, istərsə də Başiyə təriqətinin Azərbaycanda rəsmi olaraq icma yaradıb-yaratmadığını da dəqiqləşdirmək, eləcə də dövlət tərəfindən bu cür qruplara qarşı hansı tədbirlər görüldüyünü öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyevaya zəng etdik. “

Mən bunu Hüquq Şöbəsi ilə danışmalıyam, amma siz “e-mail”imizə də sorğu göndərin, araşdırarıq”, – deyə Y.Əliyeva bildirdi. Az sonra biz Y.Əliyevadan bu təriqətlərin fəaliyyətinin Azərbaycanda qadağan olunub-olunmadığını təkrarən soruşduq, lakin komitə rəsmisi yalnız sabah bizə cavab veriləcəyini qeyd etdi. Ümid edirik ki, sabah Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən suallarımıza cavab ala biləcəyik. Araşdırmamız davam edir…
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ