İdman
Dünya
12-09-2016, 06:28 Oxunub: 516
Azərbaycanda Qurban bayramı qeyd olunur Böyüt

Azərbaycanda Qurban bayramı qeyd olunur
Bu il Azərbaycanda Qurban bayramı sentyabrın 12-də və 13-də qeyd edilir.
Qurban bayramı və ya Dini qurban kəsmə bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir.
Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulub. Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yaranıb. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələnib. Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranıb. Əhvalata görə yuxuda Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazırlaşır, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda “Quran”da yazılıb. Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.
Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı ilə əlaqədar Azərbaycanda senytabrın 12-ü və 13-ü qeyri-iş günüdür.
XƏBƏR LENTİ
22:26 | “Sipark İnşaat” alimləri süründürür - GİLEY 22:14 | Qüdrət Həsənquliyevdən növbəti şok sözlər - “Naxçıvanda Prezidentə çıxışı olan adamlar işini itirməsin!” 21:53 | “Qərara gəldik ki, marketə girək” — Borc-xərclərinə “çarə” tapan oğrular – VİDEO 21:44 | Şəmkir “qala”sı içindən çökdürüldü... - İDDİA 20:30 | Maliyyə bazarlarındakı yoxlamalara məhdudiyyət olmayacaq 19:50 | Laçında təhsil sistemi necə çökdürüldü... - İTTİHAM 19:18 | Qaragilənin ürəyə inanılmaz faydası 18:43 | Prezident sığorta müddətini artırdı 17:50 | "Standart İnsurance"dan növbəti fırıldaq - Kameraya əl salla, məşhur oldun 17:22 | Azərbaycan Prezidenti estoniyalı həmkarını təbrik etdi 16:39 | Milli Məclisdə daha iki qanun layihəsi müzakirəyə çıxarılır 16:30 | Paşinyanın “iki stul” siyasəti fiasko oldu - Qarabağa görə strateji səhv... 15:44 | Məktəb direktoru valideynlərin pulu ilə “korpus tikir” - NAZİRLİK SUSUR 15:17 | “Məhkumları istirahət günləri güllələyirdilər” – ölüm hökmünün ləğvinin 21 ili… 15:00 | Millət vəkili 23 fevrala üsyan etdi