Azərbaycanda boşanma mədəniyyəti
Sosial
Oxunub: 1 471
27 okt 2014 | 16:12
Azərbaycanda boşanma mədəniyyətiBoşanma mədəniyyətdir, amma Azərbaycanda yox...

Təranə Mehdiyeva: "Azərbaycanda kişilər öz həyat yoldaşlarına şəxsi mülkiyyət kimi yanaşır"

"Mən uzun illərdir, boşanmaq istəyirəm. Ailə həyatım ürəyim istəyən kimi alınmayıb və bundan sonra düzəlməyəcək, bilirəm. Amma boşanmaq daha ağır olacağı üçün bunu edə bilmirəm. Bu ölkədə boşanmış qadına hansı gözlə baxıldığını bilirəm. Bütün həyatım qaralacaq, indikindən daha ağır problemlərin əlində qalacam. Anama, xalama, nəslimizdəki digər qadınlara baxıb təsəlli tapıram. Xoşbəxt ailə yoxdur, "bizimki də belə gətirdi" deyib yerimdə otururam..."

41 yaşlı Mehparə üçün ailə həyatı çoxdan öz ömrünü başa vurub. İndi onun ailə adına etdiyi bir mükəlləfiyyət, mexaniki işlər toplusudur. Səhərdən axşama qədər ev işləri, uşaqların qayğısı, üzünə belə baxmadığı həyat yoldaşının ütülü köynəyi, təmiz ayaqqabısı və sair. Özünün də dediyi kimi, boşanma onun üçün bir kabusdur. Çünki boşanandan sonra onu problemləri ilə birgə qəbul edəcək valideynləri, bacı-qardaşı, qohumu yoxdur. Zamanında ali təhsil almadığı üçün indi iş həyatına başlamaq da qəhrəmanımız üçün çətindir. Necə dolanacaq, hansı formada uşaqlarına və özünə baxacaq, baxa biləcəkmi? Və beləcə, sualların məngənəsində daha bir bədbəxt ailə öz həyatına davam edir.
Amma Azərbaycanda boşanmanın kabus olduğu dönəm geridə qalıb. Statistika insanlarımızın bu sahədə xeyli cəsarətli olduğunu üzə çıxarıb. Necə deyərlər, hər kəs Mehparə qədər cəsarətsiz deyil.
2014-cü ilin yanvar-iyul ayları ərzində rəsmi qurumlar ölkədə 44 min 500 nikah qeydə alıb. Boşananların sayı isə 6 min 900 nəfərdir. Ümumiyyətlə, 6 ayda əhalinin hər min nəfərinə 8,1 nikah, 1,3 boşanma düşüb.
2013-cü ildə 86852 rəsmi nikah qeydə alınıb. Ötən il baş verən boşanmaların sayı isə 11730 olub. Qeydə alınan 40528 nikah, 3279 boşanma hadisəsi kənd yerlərində, 46324 nikah, 8451 boşanma hadisəsi isə şəhər yerlərində qeydə alınıb.
Azərbaycanda ötən il nikaha daxil olanların orta yaşı qadınlar arasında 24, kişilərdə 28 yaş olub. Birinci dəfə nikaha daxil olanların orta yaşı kişilərdə 27,7, qadınlarda 23,7 yaş olub.

Rəqəmlər bu sahədə vəziyyətin o qədər də ürəkaçan olmadığını sübut edir.
"Təmiz Dünya" Mərkəzinin rəhbəri Mehriban Zeynalova ailem.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda boşanmış qadınların problemləri onların təhsil, peşə, iqtisadi və ailə münasibətlərindən asılı olaraq, müxtəlif ola bilir: "Əgər qadının heç bir təhsil, peşə və eləcə də iqtisadi imkanları yoxdursa, qohumlar tərəfindən dəstəklənmirsə, bu problemlər daha çox olur. Lakin iqtisadi vəziyyəti yaxşı, təhsili olanların da digər problemləri var. Öncə onu deyim ki, son zamanlar boşanan qadınlara qarşı ittihamlar daha çox əxlaq məsələləri ilə bağlı olur. İkinci məsələ uşaqlarla manipulyasiyadır. Bu, uşaqların anaya qarşı qoyulması və ya uşağın oğurlanması ilə bağlı baş verir".

M.Zeynalova dedi ki, Azərbaycanda boşanma həm də uşağın oğurlanması ilə müşayiət olunur. Amma alimentin ödənməməsi də bu problemlərin ən aktualıdır: "Əgər ailə dəstək verirsə, qadın bu problemi ağrısız keçirir. Yox, əksinə olursa, bu problemlər daha çox dərinləşə bilir. Məsələn, qadın boşansa belə, əri tərəfindən zorakılıq davam edə bilər".

Mərkəz rəhbərinin dediyinə görə, boşanmış qadın psixoloji, fiziki və eləcə də iqtisadi çətinliklər qarşısında qalır. M.Zeynalova belə qadınların ən ağrılı yerinin əmlak və yaşayış məsələləri olduğunu vurğuladı: Onlar körpələri üçün qida, geyim və sair ala bilmirlər, yaşayış yerləri olmur. Məhkəməyə müraciət qaydalarını bilmirlər. Ələxüsus da onlara məhkəməyə müraciət üçün çoxlu pul lazımdır deyib aldadanda vəziyyət lap qəlizləşir. Bəzi hallarda nikahsız ailə quranlar daha çox asılı vəziyyətə düşür. Məhkəmə qərarlarının icrası məsələsi də boşanmış qadının problemlərindən biridir. Məsələn, alimentin ödənilməsi. Bu məsələ ilə bağlı qadınlar illərlə icraçılara müraciət edə bilər. Alimentin ödənilməməsi ilə bağlı məsuliyyət qanunvericilikdə nəzərdə tutulsa da, ərlərin bundan qaçması və məsuliyyətsizliyi qadınların vəziyyətini daha da ağırlaşdırır.
Boşanmış qadınların Təmiz Dünyaya yardım üçün müraciət etməsindən danışan M.Zeynalova burda da müəyyən kriteriyalar olduğunu vurğuladı. Belə ki, əgər şəxs ailəsi tərəfindən qəbul olunur və yaşamaq yeri varsa, mərkəz ona hüquqi, psixoloji, bəzi hallarda tibbi yardım göstərir: Bu halda sənədlərin hazırlanması, məhkəməyə verilməsi, məhkəmədə nümayəndə ilə təmin olunma və sair nəzərdə tutulub. Yox, əgər ailə qəbul etmirsə, sığınacaq, qida, geyim, uşaqların sənədlərinin hazırlanması nəzərdə tutulub. Uşaqların təhsil müəssisəsinə istiqamətləndirilməsi də mərkəzin göstərdiyi yardımlar siyahısındadır. Bəzən qadınlar iqtisadi cəhətdən pis vəziyyətdə olur. Belə ki, peşə yox, iş yox və onlar uşaqlarını müvəqqəti uşaq evlərinə verməli olurlar. Gördüyümüz işlər sırasında alimentin alınması ilə bağlı müraciətlər, iş tapılması, peşə kursuna istiqamətləndirmə, uşaqların sağlamlıq məsələsi və s. var. Bu tip qadınların problemlərinin həlli üçün uzun müddət lazım olur. Ələxüsus da onlarda özünü qiymətləndirmə hissini artırmaq üçün psixoloji iş aparmaqdır. Müraciətlərin əksəriyyəti boşanma və boşanan qadınların sonrakı problemləridir.
Boşanmış qadınlar arasında mərkəzdə qalanlar da var. M.Zeynalovanın sözlərinə görə, hazırda boşanmış qadınlardan biri 10 aydır mərkəzdə qalır. Buna səbəb onun əmlak məsələsini həll edə bilməməsidir və hazırda evə köçürülmə qərarını gözləyir.
Son ayların kriminal xronikası göstərir ki, Azərbaycanda keçmiş ər-arvadlar, habelə boşanmaqda olan cütlüklər arasında tez-tez ciddi münaqişələr yaşanır. Keçmiş ər arvadını bıçaqladı, Boşandığı əri qadını doğrayıb öldürdü... və s. tipli xəbər başlıqlarını son aylar, illər azmı oxumuşuq? Bu, Azərbaycanda boşanma mədəniyyətinin olmadığını göstərir, yoxsa...?

Psixoloq Təranə Mehdiyeva hesab edir ki, boşanmanı qəbul etmək azərbaycanlı kişilər üçün çox çətin olur. Çünki cəmiyyətdə həyat yoldaşına şəxsi mülkiyyəti kimi baxan güclü cinsin nümayəndələri üstünlük təşkil edir: Belə olan halda kişi boşanandan sonra da qadını nəzarətdə saxlayır. Nə etdi, nə geyindi, kimlə danışdı... Yəni qadın rəsmən boşanmış olsa da, hələ də evli sayılır. Bizim yanımıza daha çox boşanmaq istəyib, bu problemlərdən qorxan qadınlar gəlir. Qadınlar boşanandan sonra onları daha ciddi çətinliklər gözləyəcəyi üçün tərəddüd edirlər.
Psixoloq hesab edir ki, indi qadınları boşanmaya cəsarətləndirən səbəblər arasında serialları, filmləri, məişət xarakterli verilişləri göstərmək əbəsdir: Sadəcə indi ailələrdə dözümsüzlük artıb, qarşılıqlı anlayış azalıb. Ona görə də bir neçə il əvvəl bir-birini çox sevən cütlüklər çox tez zamanda bir-birini yarı yolda qoyurlar. Ağır həyat şərtləri insanların anlayış və dözüm sərhədlərini kiçildib.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb