Azərbaycanda şəxsiyyət vəsiqələrində YENİLİK
Sosial
Oxunub: 995
19 okt 2016 | 10:40
Azərbaycanda şəxsiyyət vəsiqələrində YENİLİK














Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən məlumatların sayı artırılıb.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında 10 oktyabr 2016-cı il tarixli fərmanında əksini tapıb.

Bundan sonra elektron daşıyıcıda (çipdə) yaradılan elektron imza yaratma və yoxlama məlumatları və vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar çipə daxil ediləcək.

Qeyd edək ki, indiyə qədər vəsiqə verən orqan elektron daşıyıcının (çipin) yaddaşında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları üçün nəzərdə tutulmuş boş sahə saxlayıb. Vətəndaş şəxsiyyət vəsiqəsini təhvil aldıqdan sonra öz istəyi ilə akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə müraciət etdikdə, həmin mərkəz vətəndaşın gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatları, elektron imza yaratma (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) və elektron imzanı yoxlama məlumatlarını şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edib.

Dəyişikliyə əsasən isə bundan sonra vəsiqə verən orqan vətəndaş barədə yoxlanılmış məlumatları sertifikat sorğusu formasında “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə göndərəcək.

Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi həmin sorğu əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar yaradacaq və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə vəsiqə verən orqana göndərəcək. Beş il müddətində etibarlı olan bu sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil ediləcək və sertifikatlar vətəndaşın istəyi əsasında aktivləşdiriləcək.

Şəxsiyyət vəsiqəsi verilərkən (dəyişdirilərkən) gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların aktivləşdirilməsini istəməyən vətəndaş daha sonra onların aktivləşdirilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlara müraciət edə bilər. Bu halda gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində aktivləşdiriləcək.

Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların, habelə elektron imza yaratma və yoxlama məlumatlarının müddəti bitdikdən sonra onların beş ilədək müddətə yenilənməsini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində həyata keçirəcəklər.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO