800 müəllim işdən çıxarılıb? - “Deyirlər ki, nazirin əmri var...”
Sosial
Oxunub: 1 098
21 okt 2016 | 07:48
800 müəllim işdən çıxarılıb? - “Deyirlər ki, nazirin əmri var...”









Tovuz rayonu Şah İsmayıl Xətai adına Köhnəqala kənd orta məktəbinin müəllimi Aytən Əhmədova işdən azad edilməsi ilə bağlı "Qafqazinfo”ya müraciət edib

O bildirib ki, 2012- ci ildə müddətsiz müqavilə yolu ilə sinif rəhbəri kimi işə götürülüb: "Həmin vaxt bir müəllimi işdən çıxartmışdılar. Mən də onun yerinə təyin edildim. Avqust ayına kimi sinfi apardım. Yayda dedim ki, imtahandan keçmək lazımdırmı? Dedilər ki, lazım deyil, artıq əmrlə işə götürülübsən. Əlimdə müddətsiz müqavilənin əmri var. İndi direktor Xanoğlan Həsənov deyir ki, müqavilədə texniki səhv olub. Əgər texniki səhv olmuşdusa, 4 il siz məni niyə işlədirsiz? Sən demə, bu 4 ildə sinif əslində başqa müəllimənin adına imiş. Baxmayaraq ki jurnalları, bütün işləri mən yazmışam. 4 il əziyyət çəkmişəm, 18 əlaçı şagird yetişdirmişəm. İndi isə məni qanunsuz şəkildə işdən çıxarırlar.

Bu təkcə mənim başıma gəlməyib. Rayonda 800-ə yaxın müəllim əsassız bəhanələrlə son iki həftədə işdən çıxarılıb. Deyirlər ki, Təhsil naziri belə bir əmr verib ki, müddətli müqavilə əsasında işləyənlərin hamısı işdən çıxarılsın. Bəs müddətsiz müqavilə ilə işləyənləri niyə çıxardırlar? Mən universitet bitirmişəm, bütün sənədlərim yerindədir. Günlərdir rayon təhsil şöbəsinin qabağında müəllimlər işdən çıxarılmaqlarına etiraz edirlər”.

"Qafqazinfo” məsələ ilə bağlı sözügedən məktəbin direktoru Xanoğlan Həsənovla əlaqə saxlayıb. O bildirib ki, Aytən Əhmədova məktəbdə müvəqqəti əmrlə işləyib: "Ona texniki səhvlə bağlı kim nə deyib bilmirəm. Amma o müvəqqəti əmrlə bizdə işləyib. O müddətsiz müqavilə əsasında işə götürülməyib. 2010-cu ildən qayda belədir ki, hamı imtahan verib vakant yerlərə getməlidir”.

Qeyd edək ki, Aytən Əhmədovanın bizə göndərdiyi sənəddə onun müddətsiz işə götürüldüyü yazılıb.

"Qafqazinfo” rayonda 800-ə yaxın müəllimin işdən çıxarılması ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərib.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...