Xalq şairinin kürəkəni dövlət xəstəxanasında bazar açıb - İTTİHAM VAR
Sosial
Oxunub: 861
24 okt 2016 | 15:02
Xalq şairinin kürəkəni dövlət xəstəxanasında bazar açıb - İTTİHAM VAR










Bir müddət öncə 5 saylı Kliniki Xəstəxanada baş verən birabırçı durumla bağlı informasiya vermişdik. Hələ o zaman adıçəkilən xəstəxanada antisanitariyanın, rüşvətin baş alıb getdiyini, pinti mühitin, dözülməz şəraitin olduğunu yazmışdıq.

Qlobal.az-a verilən məlumata görə, üzərindən bir ilə yaxın zaman ötsə də, bu xəstəxanada vəziyyət daha da ağırlaşıb. Belə ki, burada xəstələrə qarşı həkimlərin sərgilədiyi neqativ münasibət- onlara insan kimi yox, pul kisəsi kimi yanaşmaları artıq dözülməz həddə çatıb. Xəstəxanada çirkabın əlindən tərpənmək olmur. Hər yan kir, pas, çirk, irin qoxuyur. Sanki bu xəstəxanada həftələrlə təmizlik işləri aparılmır.

Məlumata görə, burada təmizlik aparan işçilər pul ödəməyən xəstələrin palatalarını təmizləmirlər. Hətta bəzən elə olur ki, palatada yerləşən çarpayıların bəzilərinin altı çirkli qalır. Bu üsulla təmizliyə baxan işçilər onlara "görüm-baxım" eləməyən xəstələri cəzalandırırlar.

Xatırladaq ki, bir neçə il öncə Respublika prezidenti İlham Əliyev cənabları dövlət xəstəxanalarında pulsuz tibbi xidmətin həyata keçirilməsi barədə göstəriş verdi. Ancaq prezidentin bu göstərişinə baxmayaraq 5 saylı Xəstəxanada tibbi xidmətlərin əksəriyyəti hələ də pul ilə həyata keçirilir.

Məlumata görə, xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir. Xəstələr, xəstə yaxınları qarşılaşdıqları bu qanunsuz əməllərdən yuxarı instansiyalara şikayət edəcəklərini deyəndə isə, həkimlər "hara istəyirsiz şikayət edin, lap Heydər Əliyev Fonduna yazın"- deyə cavab verirlər.

Qeyd edək ki, hələ ilin əvvəlində xəstəxanada "UZİ"-dən keçən xəstələr 25 AZN, bronxların və ağciyərlərin rentgeni 20 manat, ürəyin kardioqramması 15 manat, mədənin endeskopiyası isə 30 manata, həkimlərin müayinə haqqı 20-30 manat civarında idi. İndi isə bu qiymətlər xeyli qaldırırlb. Səbəb kimi isə bazarlarda kartofun- soğanın bahalaşması göstərilir.

Bunlar azmış kimi, rayonlardan təcili olaraq göndərişlə gətirilən xəstələr saatlarla qapıda qəsdən gözlədilir. Ağır durumda olan xəstələrinin acınacaqlı halına dözə bilməyən xəstələrin yaxınları axırda özləri məcbur qalıb həkimlərə pul təklif edirlər. Xəstə yaxınlarının saytımıza söylədiklərinə görə, bu xəstəxanada astadan danışan həkim sanki yoxdur, burada yetən xəstənin- xəstə yaxınlarının başına qışqırır. Bu xəstəxanada nəyəsə etiraz etmək mümkün deyil. O saat həkimlər, tibb bacıları kasıb və ağır durumda olan insanları şantaj edərək deyirlər ki, "hara istəyirsiz gedə bilərsiz. Buradan xoşunuz gəlmir gününə 200 manat verin gedin özələ".

Məsələnin ən acıcaqlı tərəfi isə odur ki, bu xəstəxanada alətlərin əksəriyyəti pasiyentlərə edilən xidmətdən sonra təmizlənmir. Hətta burada işləyən həkimlər və tibb bacıları tibbi maskalardan və əlcəklərdən istifadə etmirlər. Xəstaxanada baş verən neqativ hallara isə baş həkim Ziya Əsədov qətiyyən irad bildirmir.

Ümumiyyətlə baş həkim Ziya Əsədovun bu xəstəxanada söz sahibi olmadığı, vəzifəsinin öhdəsindən gələ bilmədiyi qeyd olunur. Deyilənə görə, 5 saylı xəstəxana 2-3 həkimin əlində qalıb. Burada bütün qayda-qanunları, daha doğrusu rüşvəti onlar tənzimləyirlər. Və "baş həkim"i də unutmurlar. Onsuz da yaşının çoxluğu səbəbi ilə yaxın zamanlarda vəzifəsindən alınacağı gözlənilən Ziya Əsədov da bu halından çox məmnun görünür. "Az aşım, ağrımaz başım" prinsipi ilə hərəkət edir.

Xatırladaq ki, 5 saylı Kliniki Xəstəxananın baş həkimi Ziya Əsədovun adı əvvəllər də bir çox qalmaqallarda hallanıb. 2014-cü ildə 5 saylı Kliniki Xəstəxananın tərkibindən adı dəyişdirilərək çıxarılan Respublika Yanıq Mərkəzinin keçmiş baş həkimi Vüqar Ələkbərovun "vurulmağında” da Ziya Əsədovun xüsusi rolu olduğu deyilir. Neqativ fəaliyyəti ilə tez-tez mətbuatın gündəminə gələn Ziya Əsədovun rəhbərlik etdiyi 5 saylı Kliniki Xəstəxana ötən il daha bir biabırçı olaya imza atdı.

Belə ki, birinci qrup Qarabağ əlili Dadaş Quliyevə xəstəxanada yeri pulla satmaq istəyən 5 saylı Kliniki Xəstəxananın həkimlərinə etiraz olaraq Dadaş Quliyev Xəstəxananın önündə intihar etmək istəyirdi. Bu biabırçı olaya mətbuatın müdəxiləsindən sonra nəhayət ki, birinci qrup Qarabağ əlilinə 5 saylı Kliniki Xəstəxanada pulsuz yer verildi.

Xəstə yaxınları bildirirlər ki, baş həkim Ziya Əsədovun xalqımızın böyük, sevimli və unudulmaz şairi Bəxtiyar Vahabzadənin kürəkəni olduqlarını bilən insanlar isə sadəcə təəssüflə başlarını bulayırlar.

Görünür milyonlara sevgi, mərhəmət, düzgünlük aşılayan ŞAİRin kəlamlarını eşitməyənlər, dərk etməyənlər də varmış... Lap ocağının başında, dizinin dibində olsa belə!

Şikayətdəki iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi