Böhran və yeyinti “Qaçqınkom”u o günə qoydu ki... - Təfərrüat
Sosial
Oxunub: 996
24 okt 2016 | 20:51
Böhran və yeyinti “Qaçqınkom”u o günə qoydu ki... - Təfərrüat









Məcburi köçkünlərə dövlət tərəfindən ayrılan güzəştlərlə bağlə problemlər yaranıb. Köçkünlər artıq bir neçə aydır güzəştlərdəm məhrum ediliblər

Politika.Az-ın verdiyi xəbərə görə, Bakının Qanlıgöl massivində yaşayanların həm elektrik, həm də ev telefonlarının aylıq limiti “Qaçqınkom” tərəfindən ödənilməyi. Bu ərazidə təxminən 20 qaçqın ailəsi var, hər birində bu problem yaranıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi isə heç bir açıqlama vermir.

Görünür, böhran “Qaçqınkom”a da təsir edib. Halbuki komitə sədrinin oğlu lüks həyat yaşayır. Amma köçkünlərin kommunal borclarını ödəməyə imkan tapılmır.

Qeyd edək ki, Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə əlaqədar qəbul edilmiş normativ-hüquqi sənədlərə (oktyabr 2003-oktyabr 2008-ci illər) əsasən qaçqın və məcburi köçkünlər kommunal və digər xidmət haqları - elektrik enerjisi, təbii qaz, içməli su, telefon abunə haqqı ödəməkdən azaddırlar.

Bütün bunlar qanunlar və Prezident fərmanları ilə tənzimlənir. Amma Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən artıq 3-cü aydır ki, abunə haqları ödənmir. Komitənin sayəsində hər abunəçi üçün 5 manat borc məbləği yığılıb.

Bununla bağlı komitədən quruma məktub da ünvanlayıblar. Komitənin maliyyə şöbəsinin rəisi T.Şamilzadənin adından daxil olan məktubda yazılır:

“Maliyyə çətinliyi ilə əlaqədar olaraq 1 avqust 2016-cı il tarixindən köçkünlər üçün abunə haqqının ödənişi dayandırılıb. Abunə haqlarının abuçəçilərin özləri tərəfindən ödənilməsini təklif edirik”.

Politika.Az-ın xəbərinə görə, bu ilin dövlət büdcəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə köçkünlərin xərci üçün birbaşa 224 390 879 manat ayrılıb.

Təkcə bu pul deyil. Büdcədən əlavə olaraq komitənin saxlanması üçün inzibati xərclər, köçkünlər üçün salınan qəsəbələrdə abadlıq işlərinə vəsait nəzərdə tutulub.

Bununla yanaşı Dövlət Neft Fondundan da köçkünlərin məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni qəsəbələrin salınması üçün 90 milyon manat ayrılıb.

Keçən il də birbaşa ayırma 224 490 879 manat təşkil edib. Odur ki, ayrılan vəsaitlərin az olduğunu, maliyyə çətinliyinin yarandığını iddia etmək üçün heç bir əsas yoxdur.

Köçkünlər üçün komitənin bu il ekstra xərci çıxmayıb, xərclər və məbləğ eynidir. Amma baxır kimin nə qədər “yemək” istəyinə. Bunun üçün də köçkünlərin “cibinə” girmək daha asandır.
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi