Əhaliyə müjdə
Sosial
Oxunub: 3 492
26 okt 2016 | 10:18
Əhaliyə müjdə









Hər 3 müəllimdən birinin əmək haqqı artırılacaq

Azərbaycanda gələn il əmək haqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatdırılacaq. Bu da ölkə üzrə hər 3 müəllimdən birinin əmək haqqının artımla ödənilməsi deməkdir.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ötən 2 il ərzində Bakı şəhərində və ölkənin 3 şəhər və 9 rayonunda dövlət ümumtəhsil müəssisələrində çalışan 60 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilib: "Onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artrılıb. Bu il isə 26 rayonun - Lənkəran, Astara, Lerik, Yardımlı, Biləsuvar, Salyan, Neftçala, Qusar, Quba, Siyəzən, Şabran, Xızı, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy və Şuşanın ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlər və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər. Qiymətləndirmədə iştirak edib zəif nəticə göstərən müəllimlər isə inkişaf yönümlü təlimlərə cəlb olunacaqlar. Diaqnostik qiymətləndirmə keçirilən rayonlar müəyyənləşdirilərkən ilk növbədə həmin rayonda müəllim-şagird nisbəti nəzərə alınır. 2015-ci ildə müəllim-şagird nisbəti 10-11-dən yuxarı götürülürdüsə, bu ildən o nisbət bir az da aşağı endi və 7-8 nisbətdə olan rayonlar diaqnostik qiymətləndirməyə cəlb olunacaqlar".

E.Bağırov bildirib ki, 2015-ci ildə keçirilən qiymətləndirmələrdə iştirak etməyən, qiymətləndirmədən keçməyən və eyni zamanda işə yeni qəbul edilən, yaxud iş yerini həmin rayonlara dəyişən, əmək haqqı əvvəlki qaydada ödənilən müəllimlər də bu il keçiriləcək qiymətləndirmədə iştirak edə biləcəklər.
E.Bağırov həmçinin deyib ki, bu ilki qiymətləndirmə də kompüter vasitəsilə, yəni proqram təminatı tətbiq edilməklə keçiriləcək.

Xatırladaq ki, 2014-cü ildə Bakıda, 2015-ci ildə isə ölkənin 3 şəhər və 9 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

///Trend
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb