İbad Abbasov Bakı Biznes Universitetində '' qanqsterlik edir''

İbad Abbasov Bakı Biznes Universitetində '' qanqsterlik edir''










Bakı Biznes Universiteti biznes mərkəzinə çevrilib. Rektor İbad Abbasov bu təhsil ocağında tələbələr arasında ad qazanıb.

Tələbələr arasında gedən söhbətlərə görə, İ.Abbasov da ali məktəbdə qanqsterlik edir. Məlumata görə, onun qurduğu şəbəkəyə prorektorlar Ağasəlim Ələsgərov, Rahim Sadıqov və Sabir Əmirxanov daxildir.

Necə ki, sabiq MTN generalları sahibkarların xirtdəyindən yapışaraq onların dərisini üzürmüş, eləcə də Abbasov da tələbələri soğan qabığı kimi soyur.

Hələ bu azmış kimi, o, bu günlərdə istefa verən “Təfəkkür”ün rektoru Müşfiq Atakişiyevin və ABU-nun rektoru olmuş Elşad Abdullayevin yolunu gedir.

Onun qanunsuz tələbə qəbulu ilə də məşğul olduğu iddia edilir. Bu əməlinə don geyindirmək üçün vakant qalan yerlərə keçirilən daxili imtahanla məsələni legitimləşdirir. Əslində təkcə bu FAKT (sübut edə bilərik!) İbad Abbasovun rüşvət mexanizmini ifşa etmək üçün yetərlidir.(24saat)Tələbələr isə danışırlar ki, ABU və “Təfəkkür” rektorlarının aqibəti İ.Abbasov üçün də istisna deyil. Hələ ki, sehirli əllər onu himayə edir. Rektor da universitetdə yaratdığı dekan-metodist çetesi ilə çovdarovsayağı tələbələrin “qanını içir”.
Belə ki, adıçəkilən təhsil ocağına daxil olmaq üçün 8-10 min manat istənilir. İmtahanlarda isə qiymətlər fərqlidir. Qiyabi şöbədə təhsil alan tələbələrdən hər bir imtahan üçün 50 manat arası rüşvət alındığı bildirilir.

Əyani şöbədə isə bu rüşvət 70 manatdan başlanır. Hər qayıbın qiyməti isə 5 manatdan hesablanır. Rektor isə BBU-na təhsil ocağı yox, supermarket kimi baxır. Yəni universitetin adı onun biznes profilli olduğunu nümayiş etdirir.

Qubad İbadoğlu: “Manat ucuzlaşmağa məhkumdur”

Bakı Biznes Universiteti qış bazarlığını açıq elan edib. Rektor İbad Abbasov ali məktəbin tələbələrinə geniş imkan yaradıb ki, bu soyuqda yaxşıca “tərləsinlər”.
Rektor İbad Abbasov tələbələrin hesabına külli miqdarda gəlir əldə etməklə tək özünü yox, yuxarı dairələri də yemlədiyini yaxın çevrəsində bəyan edir. Bakı Biznes Universitetində (BBU) təhsil alan tələbələr buranı özəl təhsilimizin üz qarası adlandırırlar.

Əslində, tələbələrə bu fikirdə haqq qazandırmaq olar. Çünki özəl təhsil sektorunda müşahidə edilən çoxsaylı problemlərin əsas yaradıcılarından biri də məhz BBU-dur.
1993-cü ildən fəaliyyət göstərən təhsil müəssisəsi 21 il ərzində təhsilimizin inkişafına heç nə ilə yardım edə bilməyib. Əksinə, universitetdə qeydə alınan xoşagəlməz hadisələr təhsil sisteminə sarsıdıcı zərbə vurub.

Onu da qeyd edək ki, BBU mətbuatda da himayə olunur. Bu səbəbdəndir ki, heç bir tələbəsinə rəhm etməyən universitetin qaranlıq əməlləri ictimaiyyətə olduğu çatdırıla bilmir.

Mövzunu davam etdirəcəyik…
Loading...
XƏBƏR LENTİ
Bütün xəbərlər
Maraqlı
Tarixdə bu gün
“Rolls Roys” Azərbaycanda kimə rüşvət verib? - Beynəlxalq qalmaqal
Təyyarədə qadınları cinsi təcavüzdən qorumaq üçün xüsusi oturacaqlar olacaq
Kamil Zeynallı `qara siyahı`ya salınacaq? - AZAL-dan açıqlama
Doğuşa qədər hamilə olduğunu bilməyib — Bakıda qeyri-adi hadisə
Həftənin çox oxunanları
Video
Qaradağda aksiya: sakinlər Bakı-Astara magistralını bağladı - VİDEO
Xəzər rayonunda qanunsuz torpaq biznesi - VİDEO
Millimizdən böyükhesablı qələbə — VİDEO
Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü? - VİDEO
Doğuşa qədər hamilə olduğunu bilməyib — Bakıda qeyri-adi hadisə