"Səlim Müslümovun “oğurluq” yolu ilə iqtisad elmləri doktoru adına layiq görülməsi biabırçı halıdır"
Sosial
Oxunub: 1 095
3 noy 2016 | 09:04
"Səlim Müslümovun “oğurluq” yolu ilə iqtisad elmləri doktoru adına layiq görülməsi biabırçı halıdır"









Noyabrın 1-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümovun 55 yaşı tamam olur. S.Müslümov 1961-ci il noyabrın 1-də anadan olub. 1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunun Uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib.

1983-1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək İqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb. 1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olub.

1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilib. 2006-cı ilin fevral ayında doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alıb. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.

Nazir haqda cumhuriyyet.az-ın media üzərindən apardığı araşdırma zamanı ilginc bir faktla rastlaşdıq. Bir müddət əvvəl Rusiyanın Kazan şəhərində doktorluq disertasiyası müdafiə edən o zamankı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları elmi işinin plaqiat olması haqda xəbər yayılmışdı. Məlumatlarda bildirilirdi ki, Səlim Müslümovun doktorluq desertasiyası Rusiya Federasiyasının Maliyyə Nazirliyində, Dövlət Maliyyə Nəzarəti, audit və mühasibat şöbəsinin direktoru, iqtisadiyyat elmləri doktoru, professor Leonid Shneidmanın elmi işinin plagiatıdır və Səlim Müslümov həmin elmi işinin plagiat olduğunu yaxşı bildiyindən http://leb.nlr.ru/edoc/179285/ ünvanında yerləşdirilmiş disertasiyasına müəllif hüquqları qorunur adı altında baxmağa yasaq qoydurub.

Bununla bağlı olaraq oxucuların nəzərinə çatdıraq ki, Səlim Müslümovun 10 fevral 2006-ci ildə Kazan Dövlət Maliyyə və İqtisad İnstitutunda, Pensiya Sığorta Sistemində Mühasibat uçotu, Təhlil və Audit İslahatları elmi işi iqtisad elmləri doktoru, professor Leonid Shneidmanın bir müddət əvvəl Rusiya Dövlət Universitetləri üçün yazdığı “Mühasibat nəzriyyəsi” kitabından köçürmələrdir. Eyni zamanda Səlim Müslümov elmi işinin desertasiyasında digər rus alimlərinin mühasibat uçotu, təhlil və audit islahatları nəzəryələrindən də istifadə edib.

Məsələn DSMF sədri rus alimi Aleksandr Bakayevin ” Rusiyada uçot sisteminin islahatı” elmi işinin bəzi hissələrinə istinad etmədən köçürüb. Bu barədə Kazan Dövlət Maliyyə və İqtisad İnstitutunda çalışan şəxsin verdiyi məumatlarda bildirilir ki, Səlim Müslümovun elmi işinin əhəmiyyətli hissəsi bir çox rus alimlərinin nəzəriyyələrindən köçürülüb. Elə bu baxımdan o zamankı DSMF sədrinin disertasiyasını plagiat hesab etmək olar. “Səlim Müslümov özünün əməyi kimi rus alimlərinin elmi əsərlərini mənimsəməklə, bir sözlə elmi işlərin əhəmiyyətli hissəsinin vergülünə və noqtəsinə toxunmadan, “oğurluq” yolu ilə iqtisad elmləri doktoru adına layiq görülməsi biabırçı halıdır.

Səlim Müslümovun elmi işini təhlil etdikdə açıq aydın plagiatlıqa yazıldığı görünür. Əsasən DSMF sədrinin bəzədilmiş elmi məqaləsi Leonid Shneidmanın elmi nəzəriyyələrindən olduğu kimi köçürülüb. Burda ümumi xarakterli fraqmentlər təşkil edilir. Məsələn L.Shneidmanın Rusiya Dövlət Universitetləri üçün yazdığı “Mühasibat nəzriyyəsi” kitabında olan bəzi fraqmetləri Səlim Müslümovun elmi əsəri ilə müqayisə etdikdə çarpan oxşarlıq müşahidə olunur. L.Shneidmanın müəllifi olduğu “Mühasibat nəzriyyəsi” kitabına nəzər yetirmək kifayyətdir ki, Səlim Müslümovun “orijinal dissertasiyası” məhz bu rus aliminin yazdığı kitabına istinad edilmədən yazılıb”.
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"