Memarlıq və İnşaat universitetində nə baş verir?-RÜŞVƏT İDDİASI
Sosial
Oxunub: 929
11 noy 2016 | 15:39
Memarlıq və İnşaat universitetində nə baş verir?-RÜŞVƏT İDDİASI









Bu universitetdə həyata keçirilən pul yığımlarının arxasında rektor Gülçöhrə Məmmədovanın bacısının durduğu iddia olunur

Məlum olduğu kimi son vaxtlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallar yenidən mətbuatın gündəminə yol tapmaqdadır. Bu ali təhsil müəssisəsində baş verən rüşvət yığımları, müəllim-professor heyətinə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları müxtəlif kütləvi informasiya vasitələrinə, o cümlədən redaksiyamıza ünvanlanan şikayət məktublarında da yer alır.

Qəzetimizin ötən saylarında biz də Azərbaycan Memarlıq və İnşaat Universitetinində olan mənbələrin təqdim etdikləri məlumatlar əsasında, bu ali təhsil müəssisəsində müxtəlif korrupsiya hallarına yol verilməsindən bəhs edən bir neçə tənqidi material dərc etmişdik. Həmin materiallarda biz göstərmişdik ki, bu gün Memarlıq və İnşaat Universitetində tələbələrdən rüşvət yığımı indiyə qədər müşahidə olunmamış bir həddə çatıb. Təbii ki, rüşvətxorluğun kök saldığı bir çox ali məktəblərdə olduğu kimi burada da pul yığımları üçün əsas bəhanə sessiya imtahanlarıdır. Məlumatlarda bildirilir ki, semestr imtahanlarında hər tələbədən bir fənn imtahanına görə alınan pulun minimal məbləği 100 manat təşkil edir. Digər tərəfdən isə, öz biliklərinə güvənərək rüşvət verməkdən imtina edən tələbələrə qarşı da müxtəlif təsir vasitələrindən istifadə olunur.

Bu xüsusda müxtəlif instansiyalara müraciət edən tələbələr bəzi hallarda rüşvət alan müəllimlərin konkret adlarını açıqlamasalar da onların kimliyini müəyyənləşdirməyin heç də çətin olmadığını vurğulayırlar. Bununla belə universitetdə həyata keçirilən rüşvət yığımlarının arxasında bilavasitə rektor Gülçöhrə Məmmədovanın bacısının durduğu da əksər məlumatlarda birmənalı şəkildə vurğulanır. Daxil olan məlumatlarda iddia olunur ki, Gülçöhrə Məmmədova bacısının həyat yoldaşına da universitetdə mühafizə xidmətinin rəisi vəzifəsini verməklə, AzMİU-nu demək olar ki, əsil ailə müəssisəsinə çevirə bilib. Bu arada isə, mətbuatda yayımlanan məlumatlarda Gülçöhrə Məmmədovanın yeni biznes-layihəsi barədə maraqlı açıqlamalar təqdim olunur. Məlumatda deyilir: "Memarlıq və İnşaat Universitetinin rektoru Azər adlı şərikilə birlikdə Məmməd Rahim küçəsinin bir hissəsini zəbt edib. Belə ki, Gülçöhrə Məmmədova avtodayanacaq biznesinə girişməyə qərar verib...”

Mənbənin deməyinə görə, rektor Məmməd Rahim küçəsindən «Azərbaycan» nəşriyyatına doğru, daha dəqiq desək, Mətbuat prospekti istiqamətində avtodayanacaq inşa etdirir. Tikinti işlərində iştirak edən fəhlələr də qeyd edirlər ki, rəisimiz Azər müəllimdir və o, Gülçöhrə Məmmədova ilə danışıb, məsələni yoluna qoyublar. Bildirilir ki, həmin avtodayanacağın bir hissəsi universitetin ərazisini, bir hissəsi isə, əsas yolu zəbt edib. Bu isə, həm avtomobillərin, həm də piyadaların hərəkətinə mane olur. Daxil olan məlumatlarda iddia olunur ki, SSRİ dövründə istedadlı inşaatçılar, mühəndislər və ümumiyyətlə savadlı kadrlar yetişdirən universitet 1999-cu ildən etibarən bu sahədəki fəaliyyətini sanki dondurub. Həmin ildən AzMİU-ya rəhbərlik edən rektor Gülçöhrə Məmmədova vəzifəsində müxtəlif qüsurlara yol verərək tələbələrin normal təhsil almasının qarşısına görünməz, eyni zamanda da keçilməz bir sədd çəkib.

Qeyd etmək lazımdır ki, bir müddət bundan əvvəl Hesablama Palatası AzMİU-da yoxlamalar apararaq ciddi qanun pozuntularını da aşkara çıxarmışdı. Palatadan bildirilmişdi ki, auditlə əhatə olunan illərdə xərc smetaları təsdiq edilərkən xərc maddələri üzrə tələbat düzgün müəyyənləşdirilməmiş, təsdiq olunmuş ilkin xərc smetalarında çoxsaylı, bəzi hallarda isə zərurət olmadığı halda dürüstləşmələr aparılmışdı. Bu isə, universitet rəhbərliyi tərəfindən sürəkli olaraq, mənimsəmə hallarına da yol verildiyinə dəlalət edir... //"Bizim Dövr"
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO