Biabırçılıq: Bakıda məşhur şirkətdə qadınları yarıçılpaq gizli kameraya çəkirlər- Şok görüntülər
Sosial
Oxunub: 1 818
11 noy 2016 | 22:09
Biabırçılıq: Bakıda məşhur şirkətdə qadınları yarıçılpaq gizli kameraya çəkirlər- Şok görüntülər







Bakıda xanımlara kosmetik məhsullar satan müəssisə ilə bağlı şok ittihamlar ortaya çıxıb. Avropa.info xəbər verir ki, bu barədə musavat.com-a müəssisənin sabiq əməkdaşı danışıb.
Xanım əməkdaş kosmetik məhsullar satan “VİP Style” MMC-nin fəaliyyəti ilə bağlı ilginc faktlar açıqlayıb. Ən diqqət çəkən məqamlardan biri isə müəssisəyə gedən qadınların yarıçılpaq şəkildə görüntülənməsi ilə bağlıdır.
Redaksiyamıza müraciət edən Cəbrayılova Lalə Cümşüd qızı müəssisədəki fırıldaqlar və özbaşınalıqlarla bağlı gördüklərini və yaşadıqlarını müvafiq qurumlara yazılı şəkildə çatdırsa da, bir nəticə əldə edə bilmədiyini deyir.
29 aprel 2015-ci il tarixdən “VİP Həyat” MMC-də işə başlayan L.Cəbrayılova deyir ki, sonradan MMC-nin adı dəyişdirilərək “VİP Style” MMC ilə əvəz olunub.
MMC-də satış üzrə mütəxəssis vəzifəsində işləyən L.Cəbrayılova bəzi hallarda kosmetoloq kimi çıxış edərək, satış işi (marketinqlə) ilə də məşğul olduğunu deyib.
Aylıq 1000 manat əmək haqqı aldığını deyən L.Cəbraylova çalışdığı müəssisədə gördüyü özbaşınalıqlara etiraz etmək istəyərkən rəhbərliyin xəbərdarlığı ilə üzləşdiyini iddia edir:
“İlk işlədiyim vaxtlarda firmanı çox ciddi və həqiqətən də sağlam həyatı təmin edən və müştərilərə müəyyən miqdarda yüksək keyfiyyətli kosmetik vasitələr təqdim etdiyini düşünürdüm. Firmadan kremlər alan müştərilərə massaj aparatı ilə massaj olunmağı da hədiyyə edirdilər.
Bir neçə aydan sonra mənə məlum oldu ki, işlədiyim yerdə qanunsuz yolla heç bir tibbi sertifikatı olmayan, keyfiyyətsiz kosmetik məhsullardan istifadə olunur. Satılan kremlərin tərkibi tam aydın deyildi. Şirkətin əcnəbi rəhbərliyi, heç bir lisenziyası olmayan, keyfiyyətsiz məhsullarını azərbaycanlılara rahat şəkildə satırdılar. Bu insanların sağlamlığına təhlükə yaradır. Sosial şəbəkə və internet üzərindən apardığım araşdırma zamanı öyrəndim ki, başqa ölkələrdə bu kimi işlərlə məşğul olan şəxslər ifşa edilib, məsuliyyətə cəlb olunub. Bu barədə rəhbərliyi məlumatlandırmaq istədim. Mənə “başını aşağı sal, işini gör” dedilər. Mənə xəbərdarlıq da etdilər”.
Şikayətçi xanım deyir ki, bir müddət sonra əmək haqqının verilməsində də problemlər yaranmağa başlayıb.
L.Cəbrayılova deyir ki, xanımlara baha qiymətə satılan üz kremlərinin dəri üçün faydalı olduğu inandırmaq üçün satıcı xanımlara xüsusi təlim keçirilir, müştəriləri hipnoz edirlər: “Kremlər 2-3 min manat satılır. Həmin kremlərin kreditlə satışı da həyata keçirilir”.
Qeyd etdiyimiz kimi bu şikayətlə bağlı ən şok iddia xanım müştərilərin nəzarət kameraları vasitəsi ilə görüntülənməsidir.
L.Cəbraylova iddia edir ki, nəzarət kameralarının olmasından müştərilər xəbərsiz olur: “İş yerində hər tərəfdə kamera var. Hətta xanımların geyimlərini dəyişdikləri yerdə də. Lakin bu çəkilişdən gələn müştərilərin heç xəbərləri olmur. Şirkətin kişi işçiləri həmin çəkilişləri marketinqin səviyəsini artırmaq məqsədi adı ilə peşakar yanaşmanı bəhanə edib izləyirdilər. Otaqlarda xanımlar yarımçılpaq vəziyyətdə massaj olunurlar. Bu barədə mənim əlimdə əsaslı subutlar var. Əgər aidiyyəti orqanlar bunu araşdırarsa, həmin çəkilişləri onlara təhvil verməyə hazıram. Ancaq prokurorluğa 2 aydan artıqdır ki, müraciət etmişəm. Hələ ki, bir cavab ala bilmirəm. Bundan əlavə, onu da qeyd edim ki, azərbaycanlı işçilər əcnəbi rəhbərlik tərəfindən aşağılanır, təhqir edilir”.
L.Cəbraylova deyir ki, qısa müddət ərzində çalışdığı, lakin çoxsaylı özbaşınalıqlar gördüyü müəssisə ilə bağlı şikayətini ölkə rəhbərliyinə də ünvanlayıb: “Mətbuat vasitəsi ilə də dövlət qurumlarından, bu işi araşdırmalı olan şəxslərdən xahiş edirəm ki, qanunsuz fəaliyyət göstərən, istehlakçıların hüquqlarını kobud şəkildə pozan, heç bir vergi ödəməyən, mənşəyi məlum olmayan məhsulları insanlara satan “VİP STYLE” MMC-nin fəaliyyəti araşdırılsın”.
L.Cəbrayılovanın bu iddiaları ilə bağlı “VİP STYLE” MMC-nin mövqeyini öyrənməyə çalışdıq. Lakin bir həftədən artıq müddətdə etdiyimiz bir neçə müraciətə “Lalə Cəbrayılovanın ittihamlarına münasibət bildiriləcək” deyə cavab verildi.
Əvvəlcə bu ittihamlara cavab verəcək məsul şəxsin işdə olmadığını, daha sonra hüquqşünasın cavab verəcəyi deyildi. Lakin hüquqşünasdan da heç bir cavab ala bilmədik.
Onu da əlavə edək ki, Lalə Cəbrayılovanın əsas iddiası müştərilərin yarıçılpaq şəkildə, gizli şəkildə görüntülənməsi ilə bağlıdır. Adı çəkilən xanım sübut kimi həmin görüntülərə sahib olduğunu da qeyd edir. L.Cəbraylova haqqında danışdığı sübutları redaksiyamıza təqdim edib. Həqiqətən də həmin görüntülərdə masaja gələn müştərilərin- xanımların yarıçılpaq şəkildə kameralarla izlənildiyi görülür.
Bizə təqdim olunan sübutlar arasında diqqət çəkən məqamlardan biri də videogrüntüləri izləyən MMC əməkdaşlarının öz aralarında yaratdıqları vatsap qrupdakı dialoqlarıdır. Belə ki, xanımların yarıçılpaq görüntülərini gülərək izləyən işçilər qeyri-etik şərhləri ilə də diqqət çəkirlər. Sübutlardan o da məlum olur ki, həmin dialoqlarda MMC-nin vəzifəli şəxsləri də var.


Biabırçılıq: Bakıda məşhur şirkətdə qadınları yarıçılpaq gizli kameraya çəkirlər- Şok görüntülər
Biabırçılıq: Bakıda məşhur şirkətdə qadınları yarıçılpaq gizli kameraya çəkirlər- Şok görüntülər
Biabırçılıq: Bakıda məşhur şirkətdə qadınları yarıçılpaq gizli kameraya çəkirlər- Şok görüntülər
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb