Məmur oğlu “Topaz”da 500 min manat uduzdu - Evlərini satdılar

Məmur oğlu “Topaz”da 500 min manat uduzdu - Evlərini satdılar











Azərbaycanlı gənc "Topaz”da 500 min manat uduzub.

Daxil olan məlumata görə, o, futbol oyunlarına bir neçə dəfə nisyə pul yazdırıb. Proqnozları səhv çıxan gənc, borcunu qaytara bilmək üçün bukmeykerə əlavə nisyə pul qoymaqdan çəkinməyib. O, bu addımına borcu 500 min manata çatana kimi davam edib.

"Topaz” idman mərc oyunlarının yerli məntəqəsinin sahibi ona daha pul yazdıra bilməyəcəyini deyib və borcunu qaytarmağı istəyib. Borcunu qaytara bilmədikdə isə "Topaz” sahibi polisə müraciət edib. Onun polisə müraciətindən sonra gəncin ailəsi övladlarının 500 minlik borcundan xəbər tutub. Çarəsiz vəziyyətdə qalan ailə övladlarını həbs təhlükəsindən qorumaq üçün Gəncə və Bakıdakı evlərini satmağa məcbur olub. Lakin evlərin pulu belə borcu qaytarmağa kifayət etməyib.

Əldə etdiyimiz məlumata görə, sözügedən gənc işğal altında olan rayonlardan birinin Təhsil Şöbəsinin müdirinin oğludur. Həmin şəxsin adı bizə məlum olsa da, özü ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadığından adını hələlik gizli saxlayırıq.

///BakiPost.az
Loading...
XƏBƏR LENTİ
Bütün xəbərlər
Maraqlı
Tarixdə bu gün
“Rolls Roys” Azərbaycanda kimə rüşvət verib? - Beynəlxalq qalmaqal
Təyyarədə qadınları cinsi təcavüzdən qorumaq üçün xüsusi oturacaqlar olacaq
Kamil Zeynallı `qara siyahı`ya salınacaq? - AZAL-dan açıqlama
Doğuşa qədər hamilə olduğunu bilməyib — Bakıda qeyri-adi hadisə
Həftənin çox oxunanları
Video
Qaradağda aksiya: sakinlər Bakı-Astara magistralını bağladı - VİDEO
Xəzər rayonunda qanunsuz torpaq biznesi - VİDEO
Millimizdən böyükhesablı qələbə — VİDEO
Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü? - VİDEO
Doğuşa qədər hamilə olduğunu bilməyib — Bakıda qeyri-adi hadisə