“800 manatlıq işi 10 minə yazıb cibimizə qoyurduq” - “Azəryolservis”in işçisi hər şeyi danışdı
Sosial
Oxunub: 791
24 noy 2016 | 10:08
“800 manatlıq işi 10 minə yazıb cibimizə qoyurduq” - “Azəryolservis”in işçisi hər şeyi danışdı












"Azəryolservis”in vəzifəli şəxsi hazırda məhkəməsi davam edən "Rabitə işi”nə cəlb olunub.

Nazirliyin vəzifəli şəxslərinin dövlət əhəmiyyətli tikintilər üçün şişirdilmiş məbləğ yazaraq dövlət büdcəsindən külli miqdarda pullar mənimsəməsi epizodu üzrə dindirilən "Xəzər” MMC-nin rəhbəri Ənvər Cabbarov bu işləri "Azəryolsrvis” ASC-nin İdarə rəisinin müavini Vilayət Səlimovun vasitəsilə gördüyünü deyib.

Ə.Cabbarov istintaqa ifadəsində bildirib ki, 2002-ci il "Xəzər” MMC-ni təsis edib, 2009-cu ildə isə qonşusu Vilayət Səlimova ona sərfəli bir təklif edib: "Vilayət Səlimov dedi ki, Rabitə Nazirliyində tanışları var, əgər istəyirəmsə Nazirliyinin tikinti işlərini birlikdə görə bilərik. Mən də razılaşdım, hesaba köçürüləcək pullardan 2 faiz alacaqdım. Bütün işlərə Vilayət özü başçılıq edirdi. Bir müddət "Azərpoçt”la, sonra isə "Aztelekom”la işlədik. "Aztelekom” MMC-nin tabeliyində olan Salyan, Qobustan, Goranboy və Beyləqan rayon Telekommunikasiya Qovuşaqlarının ATS-lərinin təmir etdik.

Ümumilikdə "Aztelekom” MMC-dən "Xəzər-2011” MMC-nin hesabına 250.000 manata yaxın vəsait köçürülüb. Həmin məbləğin 18 faizi əlavə dəyər vergisi, 0,5 faizi isə bank xidmət haqqı kimi çıxılırdı. Bankdan çıxartdığım nağd pulun hamısını Vilayətə verirdim, bütün xərcləri o ödəyirdi. Mənə isə, təxminən 1000 manat pul verirdi.

Ümumi olaraq, "Xəzər-2011” MMC-yə ayrılan 490.152 manat vəsaitdən 308.087 manatı iş həcmlərinin dəyərinin artırılması yolu ilə şişirdilib. Həmin puldan da 200.000 manatı Vilayət Səlimovun vasitəsi ilə "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova göndərmişik”.

Ə.Cabbarovun ifadəsi əsasında dindirilən Vilayət Səlimov 1998-2005-ci illərdə 1 saylı şəhər Kliniki Xəstəxanasında İqtisadi işlər üzrə müavin, 2006-2015-ci illərdə "Azəryolservis” ASC-də İdarə rəisinin müavini vəzifəsində işlədiyini deyib: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovu 25 ildir tanıyıram, onu Bakı şəhər Maliyyə idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdən tanıyırdım, yaxın dost olmuşuq. Rabitə Nazirliyindəki digər şəxsləri də onun vasitəsilə tanımışam. 2009-cu ildə "Azərpoçt” MMC və "Aztelekom” MMC-nin tabeliyində olan filiallarla bağlı təmir tikinti işlərinin icra olunduğunu eşitdim, qonşum Ənvər Cabbarova birgə işləməyimizi təklif etdim, razılaşdıq”.

"Azəryolservis” rəsmisi bundan sonra tenderlərdə qanunsuz olaraq qalib elan edilmələri üçün baş mühasib Oktay Rüstəmovla razılığa gəlib: "İşlərin bizə verilməsi ilə əlaqədar "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov və "Azərpoçt” MMC-nin əməkdaşı Abdulla müəllimlə danışdım. Oktay Rüstəmov daxili qaydaya əsasən kotirovka və tenderdə qalib gələn müəssisələrin hesabına köçürülən vəsaitin bir hissəsinin onlara qaytarılmalı olduğunu dedi, biz də razılaşdıq. Köçürülən pulu bankdan çıxarıb 50 faizini Oktay rüstəmova verirdik. EATS binasının təmir-tikintisinə, kvardatmetdən aslı olaraq maksimum 800-5000 manat arası vəsait sərf olunurdu, kotirovka sorğularında qiymətlər 10.000-17.000 manat arası sənədləşdirildi. Ümumi olaraq Oktay Səlimova 200 min manat pul qaytarmışıq”.

V.Səlimov bu hadisələr aşkarlanandan sonra, 2015-ci ildə tutduğu vəzifədən azad olunub.

///Qafqazinfo
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO