“Kontakt-Home”la nazirliyin oyunu: Kreditini ödəməyənlərə görün nə edirlər
Sosial
Oxunub: 769
24 noy 2016 | 13:44
“Kontakt-Home”la nazirliyin oyunu: Kreditini ödəməyənlərə görün nə edirlər












Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Kontakt-Home” mağazalar şəbəkəsi ilə birlikdə analoqu olmayan bir işə əl atıb

Məlumata görə, "Kontakt-Home”un şirkətin kreditə verdiyi, ödənişi gecişən telefonların IMEI kodu nazirlik tərəfindən bağlanır.

Nazirliklə şirkət bu yolla müştəriləri tezliklə ödəniş etməyə məcbur edir. Maraqlıdır ki, nazirliyin borca görə İMEİ kodu başlaması üçün heç bir səlahiyyəti yoxdur.

"2015-ci ildə telefonların IMEI kodlarını qeydiyyatdan keçirən imei.az saytı fəaliyyətə başlayıb. Amma bu haqda ictimaiyyətə məlumat verilməyib. Əgər telefonun kredit ödənişi varsa, bağlana biləcəyi haqda xəbərdarlıq həmin saytda qeyd olunmalıdır. Çünki kreditlə telefon alan şəxs onu sonradan dükana və ya başqa birinə satır. Telefonu alan isə kredit borcunun olduğunu bilmir. Nazirlik də IMEI kodu bağlayır. Maraqlıdır ki, nazirlik bunu nəyin əsasında edir? Nazirliyin işi o kodu qeydiyyatdan keçirməkdir. Amma koda məhdudiyyət qoymaq onun səlahiyyətində deyil. Bu məsələ məhkəmənin səlahiyyətindədir. Belə çıxır ki, nazirlik şirkətlə əlbir olub bu işi həyata keçirir. Çünki öncədən kreditə telefon verilən andan o, sistemə daxil edilməlidir. Hamı həmin telefonun kreditdə olduğunu bilməlidir. Belə olarsa, saytda bunu görən dükan və ya şəxs də onu almaz. Amma iki il keçəndən sonra nazirlik IMEI kodu bağlayıb pulun ödənilməsini tələb edir”, – deyə saytımıza ünvanlanan şikayətdə bildirilir.

O da qeyd olunub ki, şirkətdən 2015-ci ilin fevralından əvvəl manatla kreditə götürülən telefonun ödənişi indi dollarla istənilir: "Birinci devalvasiyadan sonra ödənişin dollarla edilməsi tələb edilir. Hətta iki il keçəndən sonra kreditə götürən şəxsdən telefonu alan adamdan 500 dollar istənilir. Əsas gətirilir ki, telefonun krediti var. Bunu hansı qanunun əsasında edirlər? Bu da müştərilərdə narazılıq yaradıb. "Kontakt Home” mağazalar şəbəkəsi kreditə həddindən çox telefon verir. Amma vergidən yayınmaq üçün onların hamısını sistemə yerləşdirmir”.

Məsələ ilə bağlı "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev BakiPost.az-a bildirib ki, nazirliyin özbaşına IMEI kodunu bağlaması yolverilməzdir: "Bu məsələ məhkəmədə həll olunmalıdır. Mülkiyyətçi tərəfindən kredit verdiyi şəxs tapılmazsa, məhkəməyə, həmçinin polisə müraciət olunmalıdır. Amma nazirlik bunu şirkətin istəyi ilə inzibati qaydada edə bilməz. Nazirliyin kiminsə əmlakı üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla bağlı birbaşa sərəncam vermək hüququ yoxdur. IMEI kodun bağlanması telefon üzərində olan istifadə imkanlarını məhdudlaşdırır. Alıcı telefondan istifadə edilə bilmir. Məhkəmə qərarı olmazsa, mülkiyyət hüququnun məhdudlaşdırılması yol verilməzdir”.

Hüquqşünas onu da əlavə edib ki, krediti olan telefon satılan zaman öhdəlikləri başqasına keçməlidir: "Müqavilə dəyişməlidir. Buna görə kredit təşkilatı bu məsələ ilə bağlı iddia qaldıra bilər. Kredit ödənilməyibsə şirkətin onunla bağlı müvafiq tədbirlər görmək hüququ var. Çünki kreditdə olan əmlak satıla bilməz. Bu, yalnız kredit verənin razılığı ilə başqasına keçirilə bilər. Bu zaman bütün öhdəliklər də o şəxsə verilir. Əlbəttə telefonu alan şəxs də kredit borcunun olduğu bilsəydi almazdı. Həmin şəxs də məhkəməyə müraciət edə bilər. Alıcının elə də günahı yoxdur. Kreditdə olan halda onu satan şəxs əsas günahkardır”.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Rabitə və Yüksək Texnologiya Nazirliyindən isə dəfələrlə müraciət etməyimizə, elektron sorğu göndərməyimizə baxmayaraq, müxtəlif bəhanələr gətirərək məsələyə münasibət bildirilmədi.(bakipost.az)
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB