Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi doktorantura və dissertanturaya qəbul elan edib
Sosial
Oxunub: 1 514
4 noy 2014 | 17:24
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi bu il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edib.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbul həm doktorantura, həm də dissertantura üzrə hər biri əyani və 1 yerdən ibarət olmaqla "Müəssisələrin təşkili və idarə olunması", "Sahə iqtisadiyyatı", "Demoqrafiya" və "Ekonometriya" ixtisasları üzrə aparılır.

Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. Doktoranturada təhsil müddəti əyani 3 il, qiyabi 4 il, dissertantura yolu ilə 4 ildir. Doktoranturaya qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən qəbul imtahanları verməlidirlər. Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturada təhsil ödənişsiz əsaslarla aparılır.

Qəbul olunmaq üçün tələb edilən sənədlər bunlardır: Mərkəzin direktorunun adına ərizə, kadrların şəxsiyyət və qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd foto şəkil (3x4 sm ölçüdə), çap olunmuş elmi əsərlərin siyahısı yaxud referat, iş yerindən xasiyyətnamə (işləyənlər üçün), əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün), ali təhsil haqqında diplomun surəti və diploma əlavə, şəxsiyyəti təsdiq edən sənədin surəti. (Diplomun əsli və şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilməlidir).
Sənədlər 15 noyabr 2014-cü il tarixədək Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin Kadrlar şöbəsinə təqdim olunmalıdır.
Qeyd olunub ki, qəbul Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli 253s-li sərəncamına uyğun olaraq həyata keçirilir.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?