Milyonların yeyildiyi "Aztelekom"a yaraşanı da budur: - ÇÜRÜK DİRƏKLƏR
Sosial
Oxunub: 881
29 noy 2016 | 16:31
Milyonların yeyildiyi "Aztelekom"a yaraşanı da budur: - ÇÜRÜK DİRƏKLƏR






Noyabrın 25-də Qafqaznews.az-da “Ramin Quluzadənin işçiləri korrupsiya faktlarını ört-bastır edirlər?” başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, Qafqaz Xəbər Agentliyinə müraciət edən Ağdam rayonu Əfətli kənd sakini Əhmədov Şəmsəddin Məhəddin oğlu bildirib ki, 2010-cu ildə kənddə salınan xətlərin dirəkləri çürüyüb aşmaqdadır, lakin bu istiqamətdə ciddi tədbir görülmür. Onun sözlərinə görə, kənd sakinləri dəfələrlə “Aztelekom” İstehsalat Birliyinə, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etsələr də tədbir görülmür: “Mart ayında nazir müavini İltimas Məmmədov bizə cavab yazdı ki, müraciətimizə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən baxılıb və sözügedən ərazidə abunəçi xətlərinin texniki normaya gətrilməsi üçün “Aztelekom” MMC-yə müvafiq tapşırıq verilb.

Eyni zamanda nazir müavini xətt matreallarının vəziyyəti və texniki normalara uyğunluğunun Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığını bildirib. Ancaq sözügedən ərazidə heç bir iş görülməyib və gəlib heç maraqlanan da olmayıb. Artıq 1 ilə yaxın vaxt keçməyinə baxmayaraq nə xətt və dirəklər bərpa olunmadı, nə də bu işlərdə günahkar olan məmurlar öz cəzalarını almadılar. Hələ qış mövsümü gəlməyib, qar və boran olmayıb ancaq xətt dirəkləri aşıb, xətlər qırılıb. Çünki dirəklər çürük ağaclardan istifadə edilərək basdırılıb”, – deyə Ş.Əhmədov bildirib.


Milyonların yeyildiyi "Aztelekom"a yaraşanı da budur: - ÇÜRÜK DİRƏKLƏR








Məsələ ilə bağlı Qafqaznews.az əməkdaşı noyabrın 24-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə sorğu göndərsə də, hələ də bu sorğuya cavab verilməyib. Noyabrın 28-də yenidən Qafqaznews.az-la əlaqə saxlayan Şəmsəddin Əhmədov bildirdi ki, “Aztelekom”dan Yaqub Həsənov adlı nümayəndə kəndə gəlib və tezliklə xətlərin bərpa olunacağına söz verib. “Şikayətimizi ictimailəşdirdiyinə görə, Qafqaz Xəbər Agentliyinə təşəkkür edirik. Lakin biz sakinləri narahat edən bir məqam var ki, bunu Yaqub Həsənova da vermişik, lakin cavab ala bilməmişik. Bu 6 ildə çürük dirəklərə, sakinlərin çəkdiyi əziyyətə görə kimlər məsuliyyətə cəlb olunacaq? İllərdir qovşaq rəisi işləyən, “köhnə komanda” üzvü kimi tanınan Hümbət Mustafayev öz laqeydliyinə, nöqsanlarına görə cavab verəcəkmi?

Milyonların yeyildiyi "Aztelekom"a yaraşanı da budur: - ÇÜRÜK DİRƏKLƏR






“Axı orda çürük dirəklərin olduğu videolardan da görünür…”, – deyə qeyd etdik. “O dirəklər Rusiyadan gətirilib, hamısı da 2010-cu ildə təzə idi, sadəcə küləkdən o hala düşüblər” – deyə H.Mustafayev cavab verdi. Onun sözlərinə görə, təmir işləri üçün ən azı 50 dirək lazım olacaq. Nə qədər vəsaitin gərəkdiyi barədə sualımıza isə H.Mustafayevdən cavab ala bilmədik.

“Aztelekom” İstehsalat Birliyinin telekommunikasiya şöbəsinin rəisi Yaqub Həsənov da Hümbət Musatafayevin sözlərini təkrarladı və qeyd etdi ki, həmin dirəklər 2008-ci ildə Rusiyadan gətilib. Dirəklərin bir neçə ildə necə çürüdüyünü soruşsaq da, Y.Həsənov bu suala aydınlıq gətirmədi, lakin o, qeyd etdi ki, Ağdamda yoxlama aparılır və nəticələri barədə Bakıda “Aztelekom” rəhbərliyinə məruzə edəcək. “Mətbuata da geniş açıqlama verəcəyik. Kimin nöqsanı varsa, araşdırılıb tədbir görüləcək”, – deyə Y.Həsənov söz verdi.

Sözardı: Qeyd edək ki, “Aztelekom” xidmətlərindən istifadə edib narazı qalan vətəndaşlar yalnız Ağdamın Əfətli kəndində yaşamır; müəllifin yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində də son bir neçə gündə tez-tez rabitə və internetdə “qırılma”lar müşahidə olunur. Lakin həmişəki kimi, “Aztelekom”dan konkret bir açıqlama ala bilmirik.

O dirəklərə və xəttə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib, indi də yenidən vəsait ayrılması tələb olunur. Həm vətəndaşlara, həm də dövlətə ziyan vuran, yaşı 65-i keçmiş bütün tanış və qohumlarını qovşağa toplayan Hümbət Mustafayev barəsində bir tədbir görüləcəkmi? Xahiş edirik, bizim adımızdan bu sualları dövlət qurumlarının qarşısında qaldırın”, – deyə şikayətçi vətəndaş vurğulayıb. Biz məsələ ilə bağlı Ağdam Telekommunikasiya Qovşağının rəisi Hümbət Mustafayevlə əlaqə saxladıq və sakinlərin narazı olduğu məqamlara aydınlıq gətirməyi xahiş etdik.

“Orda bu günlərdə tufan olmuşdu, dirəklər aşmışdı. Siz də sağolun, soruşub-öyrənmədən qoymusunuz sayta. Nazirlikdən adamlar da gəlib, yoxlama aparılır. Dirəklərin hamısı yenilənəcək və əlavə nə qədər vəsait lazımdırsa, ayrılacaq”, – deyə H.Mustafayev bildirdi.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ