"Heç kim mənə güc gələ bilməz, lazımı yerlərdən razılıq almışam" - ŞİKAYƏT VAR
Sosial
Oxunub: 849
29 noy 2016 | 16:35
"Heç kim mənə güc gələ bilməz, lazımı yerlərdən razılıq almışam" - ŞİKAYƏT VAR








Bir müddət öncə qeyd etdiyimiz kimi, Laçın rayonu, Minkənd kənd sakini, hazırda Yeni Yasamal qəsəbəsində yaşayan məcburi köçkün Abdulla Gülüm oğlu Səfərov Gundelik-Baku.com-a şikayət ərizəsilə müraciət edərək adıçəkilən qəsəbədəki 300 kvadratmetrlik qanuni sənədli torpaq sahəsinin Aydın adlı şəxs tərəfindən qeyri-qanuni yolla zəbt edildiyini, nəticədə ona külli miqdarda ziyan dəydiyini vurğulayıb. Beləliklə, 1992-ci ildən Yeni Yasamal qəsəbəsində məskunlaşdığını, həmin vaxt adıçəkilən ərazidə 300 kvadratmetrlik yer aldığını, bir müddət sonra isə sözügedən ərazidə tikinti işləri apardığını bildirən laçınlı məcburi köçkün qeyd edib ki, 2006-cı ildə həmin ərazidəki bazar dağıdılarkən onun da kafesi uçurulub. O gündən indiyədək heç bir tikili aparmadığını deyən şikayətçinin sözlərinə görə, bütün zəruri sənədləri olan torpaq sahəsi bir müddət sonra Aydın adlı şəxs tərəfindən hasara alınıb: «Hasarlama işləri apararkən onlara yaxınlaşdıq və özümüzü təqdim etdikdən sonra yerin sahibi olduğumuzu bildirdik. Dedik ki, bu yerin bütün lazımı sənədləri var, hər şey qaydasındadır. Belə ki, 1994-cü ilin may ayının 6-da Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən inşaat pasportunun olduğunu da qeyd etdim. Bildirdim ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyevin verdiyi sərəncam əsasında bizim burda tikilimiz olub. Bir sözlə, bu yerin bizim olduğunu dedim. Lakin uzun söz-söhbətdən sonra Aydın adlı şəxs bildirdi ki, yox, yerin mənimdir, Bakı Şəhər İcra Hakimiyyətindən qərar almışam və buna görə də buranı hasarlayacam. Nə isə məcburi köçkün olduğumuzdan bizi eşidən, səsimizə səs verən olmadığından Aydın adlı şəxs həmin 300 kvadratmetrlik yeri qeyri-qanuni yolla zəbt edib». Qanuni torpaq sahəsinin zəbt olunması ilə bağlı bütün müvafiq dövlət qurumlarına rəsmi qaydada şikayət etdiyini deyən Abdulla Səfərovun sözlərinə görə, hələ də heç kimdən cavab almayıb: «Hər yerə yazmışıq. Elə bir yer qalmayıb ki, ora şikayət ərizəsi ünvanlamayaq. Lakin indiyədək heç bir cavab almamışıq. Həmin Aydın adlı şəxsin kim olduğunu, hansı vəzifədə çalışdığını deyə bilmərəm. Lakin bir onu bilirəm ki, bu adamın arxasında nüfuzlu adamlar olmasa o, bizim qanuni torpaq sahəmizi zəbt edə bilməzdi. Hələ də yerimi onun əlindən ala bilmirəm». Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, əsasən bina tikintisilə məşğul olan həmin Aydın adlı şəxs nüfuzlu məmurlardan birinin onu himayə etdiyini və elə bu səbəbdən də heç kimdən, heç nədən çəkinmədiyini bəyan edib. Belə ki, bu barədə Gundelik-Baku.com-u bilgiləndirən məlumatlı şəxs iddia edir ki, Aydın adlı şəxs işçilərinə laçınlı məcburi köçkün Abdulla Səfərovun torpaq sahəsini zəbt etdiyini etiraf etməklə yanaşı, həmin ərazini heç bir halda sahibinə geri qaytarmayacağını, həmçinin dəymiş ziyana görə kompensasiya ödəmək fikrində olmadığını bildirib: «Deyilənlərə görə, Abdulla Səfərovun torpağını qeyri-qanuni yolla zəbt edən və bununla da məcburi köçkünə xeyli ziyan vuran, onun qanuni əmlakını mənimsəyən Aydın adlı şəxs nüfuzlu məmurlardan birinə arxalandığı üçün qanunlara belə əhəmiyyət vermir. Belə ki, «Arxamda güclü dayaqlarım var. Buna görə də nə istəyirəmsə onu da edirəm. Heç kim mənə güc gələ bilməz. Lazımı yerlərdən razılıq almışam» deyən Aydın bununla da ərazini heç bir halda sahibinə geri qaytarmayacağını, həmçinin dəymiş ziyana görə kompensasiya ödəmək fikrində olmadığını bəyan edib. Təbii ki, bu, qanunazidd addım olduğundan, ümid edirəm ki, müvafiq dövlət qurumları tez bir zamanda məsələyə müdaxilə edəcək və məcburi köçkünün əmlakını mənimsəyən Aydın adlı şəxs barəsində lazımı ölçü götürəcəklər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR