Banklar vətəndaşları kütləvi şəkildə məhkəməyə verir - KREDİTƏ GÖRƏ
Sosial
Oxunub: 849
7 dek 2016 | 07:36
Banklar vətəndaşları kütləvi şəkildə məhkəməyə verir - KREDİTƏ GÖRƏ











Ekspertlər bildirirlər ki, kütləvi məhkəmə çəkişmələri bankların xeyrinə deyil

Ölkə banklarının durumu pisləşsə də, son ümid kimi vətəndaşlara hədə-qorxunu seçiblər. Üstəlik, banklar vətəndaşları kütləvi şəkildə məhkəməyə verərək ödənilməyən kreditlərini tələb edirlər. Bu tendensiya bir müddət səngisə də, yenidən müşahidə olunur. Ekspertlər isə bildirirlər ki, bankların məhkəməyə müraciəti çıxış yolu deyil. Bu, onsuz da bankların pisləşən durumuna kömək etməyəcək.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, əslində əhalinin kifayət qədər böyük sayda kredit borcu var: "Ümumi kredit borcu olanların sayı 2 milyon 300 min nəfərə yaxındır. Bunun da böyük əksəriyyəti problemli kreditlər kateqoriyasına daxil olmağa başlayıb.

Çünki insanların gəlirləri azalıb, iş yerlərini itiriblər, kreditləri ödəmək qabiliyyəti aşağı düşüb. Düşünmürəm ki, yüz minlərlə insanı məhkəmələr vasitəsilə məsuliyyətə cəlb etmək, yaxud həbs etmək, hər hansı bir qərarlarla yüz minlərlə insanı banklara uduzdurmaq mümkün olacaq. Bu, mümkün olmayacaq. Günün birində hökumət orqanları, dövlət orqanları, məhkəmə sistemi də anlayacaq ki, bu qədər insana məhkəmə vasitəsilə hər hansı təzyiq göstərmək mümkünsüzdür.

Çünki bu dəqiqə istənilən rayon məhkəməsinə zəng etsək, görərik ki, banklarla bağlı işlər çoxluq və əksəriyyət təşkil edir. Bəzi bank işləri kreditlərlə bağlıdır, getdikcə də artır. Bir müddət sonra bankların, hakimlərin bu tipli işlərə baxmağa fiziki imkanı da olmayacaq. Onsuz da əvvəl-axır ciddi siyasi qərar olmalıdır, hökumət buna məcburdur. Amma vaxt uzandıqca, hökumət tərəfindən məsələnin həlli uzadıldıqca, problemli kreditlərin həcmi artır, həm bank sektorunun gəliri azalır, həm də işləmə qabiliyyətini itirir. Çünki kreditlərini geri ala bilmir, gəliri azalır və növbəti kredit xətləri açmağa imkanları tükənir”.

Ekspert Əkrəm Həsənov isə bildirib ki, bankların son vaxtlar məhkəmələrə müraciəti kütləvi hal alıb: "Əksər hallarda vətəndaşlar özlərini müdafiə edə bilmirlər. Onlar yardımsız qalanda, banklar birmənalı olaraq prosesi udurlar. Həm də banklar məhkəməni öz istədikləri kimi, istədikləri şəkildə udurlar. İstənilən halda vətəndaşın banka borcu varsa, ödəniş etmirsə, bank məhkəməyə verib udacaq. Amma söhbət ondan gedir ki, hansı məbləği tələb edəcək? Yəni bir var vətəndaş məhkəmə prosesində etiraz edib, faiz dərəcələrinin çox yüksək olduğunu bildirir, bunun azaldılmasını tələb edir. Yaxud zaminin məsuliyyət daşımadığını deyir. Mübarizə aparan vətəndaşlar prosesdə nəyəsə nail olurlar. Əgər məhkəmədə vətəndaşlar özlərini müdafiə edirlərsə, vəziyyət acınacaqlı olmur. Amma əlbəttə, vətəndaşlar özlərini müdafiə etmirlərsə, vəziyyət birmənalı şəkildə bankların xeyrinədir. Təəssüf ki, əksər hallarda məhz belədir. Vətəndaşlarda belə bir əhval-ruhiyyə var ki, bankları məhkəmədə udmaq mümkün deyil. Bu fikri banklar özləri dövriyyəyə buraxırlar. İstəmirlər ki, vətəndaşlar onlara qarşı məhkəmələrdə mübarizə aparsınlar. Amma demək olmaz ki, banklar həmişə vətəndaşları udur. Keçən həftə Antikollektor bir bankı məhkəmədə udub. Biz zamini müdafiə edirdik. Məhkəmə onu zaminlik öhdəliyindən azad etdi”.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası