Səlim Müslümov xalqa səsləndi“... ünvanlı sosial yardım həmişəlik dayandırılacaq”
Sosial
Oxunub: 36 065
9 dek 2016 | 20:00
Səlim Müslümov xalqa səsləndi“... ünvanlı sosial yardım həmişəlik dayandırılacaq”










Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov Azərbaycanda ünvanlı sosial yardımların dayandırılması ilə bağlı Milli Məclisin bəzi deputatlarının təklif və fikirlərinə münasibət bildirib

Nazir modern.az saytına açıqlamasında məsələ ilə bağlı bunları deyib:

“Fikirlər səslənir ki, ünvanlı sosial yardımı hökumətlər qısa bir dövrü üçün tətbiq edir. Bilirsiniz, əsas məsələ odur ki, ünvanlı sosial yardım ailələrin gəlirlərində qapadıcı, tamamlayıcı həlqədir.

Əgər ailələrdə ehtiyac meyarının norması ünvanlı sosial yardımın normasından yuxarıdırsa, əlbəttə o zaman ünvanlı sosial yardım almağa ehtiyac olmayacaq”.

Səlim Müslümov ölkədə yeni iş yerlərinin açılacağı və ailələrin gəlirlərinin artacağı halda ünvanlı sosial yardımlara ehtiyacın qalmayacağını bildirib:

“Ailələrin gəlirlərinin də artmasının birinci meyarı onların çalışması və əmək haqlarının, yəni məşğulluqdan gəlirlərinin artmasıdır.

Hazırda neft erasından postneft erasına keçid gedir. Bu proses başa çatdıqdan sonra iş yerlərinin sayının sürətlə artması gözlənilir.

O zaman ailələrin gəlirləri onların əmək qabiliyyətlərinə uyğun şəkildə artdıqda, onda ünvanlı sosial yardımların verilməsi avtomatik şəkildə ardan qalxacaq”.

Nazir əlavə edib ki, hətta Rusiya Federasiyası da bu gün Azərbaycandakı avtomatlaşdırılmış ünvanlı sosial yardım praktikasının öyrənməyə başlayıb:

“Rusiya kimi böyük dövlət bu yaxınlarda Azərbaycanın sosial müavinətlər sahəsindəki təcrübəsini öyrənmək üçün nümayəndə heyəti göndərmişdi. Onlar Azərbaycandan avtomatlaşdırılmış ünvanlı sosial yardım sistemini öyrənmək istəyirlər.

Onlar Azərbaycanın bu sahədəki işinin son dərəcə proqressiv olduğunu görüb Rusiyaya qayıtdıqdan sonra bunu öz ölkələrində məruzə etdilər. Rusiyada maliyyə nazirliyi də belə bir təşəbbüslə çıxış etdi ki, o ölkədə də yoxsulluq müavinəti adı altında ünvanlı sosial yardım tətbiq edilsin. Digər ölkələrdə də bu çox uğurla həyata keçirilir”.

Xatırladaq ki, Milli Məclisin bir neçə deputatı Azərbaycanda ünvanlı sosial yardımların dayandırılmasını və əhalinin ələbaxımlığının qarşısının alınmasını təklif etmişdi.
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO