Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi keçirilib
Sosial
Oxunub: 868
16 dek 2016 | 20:29
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi keçirilib





15 dekabr 2016-cı il tarixdə Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, baş katibi Ləman Muradova, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev və 120 nəfər gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Tələbə - Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa cəlb etmək, bu sahə üzrə müvafiq bilik və bacarığa yiyələndirmək, cəmiyyətdə kiçik və orta sahibkarlığı təbliğ etməkdir. L.Muradova qeyd etdi ki, layihənin vəzifəsi gənclərə biznes üzrə təlimlərin keçirilməsi, onlara müvafiq qanunvericilik haqqında məlumat vermək, biznes layihələrin yazılması və idarə edilməsi üzrə təlimlərin keçirilməsidir. Qeyd edilən sahə üzrə ekspert kimi dəvət olunmuş “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev çıxış edərək bildirmişdir ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. O.Nəbiyev qeyd etdi ki, sahibkarlıq həm hüquqi, həm fiziki şəxs vasitəsi ilə həyata keçirilə bilər. Hər iki halda müvafiq tələblər yerinə yetirilməlidir.

Sonda ekspert tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.


Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi keçirilib
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO